Siyasi 05.02.2025 22:24

Ermənistanı son beş ildə 40 mindən çox insan tərk edib - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Ermənistanda bölgələr sürətlə boşalır” adlı süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, verilişdə Ermənistanda son beş ildə 40 mindən çox insanın ölkə ərazisini tərk etməsindən bəhs olunur.

Bildirilir ki, ermənilər Azərbaycanın tarixi bölgəsindən kütləvi şəkildə qaçırlar və bu proses Zəngəzur, Göyçə və digər mahallarda daha sürətlə gedir.

Qeyd olunur ki, Ermənistanda son beş ildə 40 mindən çox insan bu əraziləri tərk edib. Qafan yaxınlığında dalğalanan Azərbaycan bayrağı erməniləri çox narahat edir. Bir neçə ay ərzində Tavuş bölgəsində əhali 3200 nəfər, Göyçə (Geqarkunik) ərazisindən isə 15 min nəfər azalıb.

Süjetdə Ermənistan sakinləri, o cümlədən parlamentin sabiq spikerin, blogerlərin fikir və etiraflarına da yer verilir. Onların sözlərinə görə, vaxtilə biz bu torpaqları azərbaycanlılardan əlindən almışıq: “Ermənilərin Qafqazda yerləşdirmə planında Zəngəzur həmişə diqqətdə olub. Belə davam edərsə, Gorus tam boşalacaq. Nikol Paşinyan Azərbaycanın Ermənistandakı səfiridir. Biz azərbaycanlılara qul olacağıq. Qarabağ erməniləri qorxaq çaqqallardır. Paşinyanın yanında üç nəfər qalsa, mən dördüncü olacam. Qarabağ klanını və daşnakları məhv edəcəyik”.

Sonda vurğulanır ki, Qarabağdan köçən ermənilərə qarşı Ermənistanda kütləvi narazılıq başlayıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş fevralın 5-də saat 19:30-da Baku Tv-nin efirində və 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 05.02.2025 22:24
Ermənistanı son beş ildə 40 mindən çox insan tərk edib - FOTO - VİDEO
Sosial / 05.02.2025 13:25
Ermənistan boşalır – ANONS - VİDEO
Siyasi, Sosial / 04.02.2025 22:10
Almalıq, Alpava, Almalıq, Almalıq çayı – türk tarixinin izi - FOTO - VİDEO
Müsahibə, Mətbuat / 04.02.2025 18:40
“Azərbaycanın sərmayə qoyduğu növbəti ölkə Ermənistan ola bilər” - FOTO - VİDEO
Sosial / 04.02.2025 14:08
Adı 2 dəfə dəyişdirilən türk yurdu – ANONS - VİDEO
Siyasi / 04.02.2025 13:43
“Paşinyan bilir ki, ölkəsinin rifahı Azərbaycan və Türkiyədən asılıdır” – RƏY
Müsahibə, Mətbuat / 04.02.2025 13:29
Makronun Azərbaycan qıcığı – ANONS - VİDEO
Müsahibə / 03.02.2025 22:06
“Hayların tarixinin uydurma olduğunu sübut edən erməni alimini “Asala” qətlə yetirib” - FOTO - VİDEO
Təhlil / 03.02.2025 16:32
İran irqçiliyi – “Traktor” tərəfdarlarına qərəzin sirri – TƏHLİL
Siyasi, Təhlil / 03.02.2025 11:23
Aİ missiyası müşahidə adı altında kəşfiyyat izləmələrini davam etdirir - FOTO
Elm və təhsil / 03.02.2025 09:57
Avropa Azərbaycanlıları Mühəndislər İttifaqı yaradılıb
Mədəni / 01.02.2025 22:46
Alban -türk memarlığını fərqləndirən əsas əlamətlər - FOTO - VİDEO
Mədəni / 01.02.2025 14:45
Qərbi Azərbaycanda dağıdılan memarlıq nümunələri – ANONS - VİDEO
Siyasi, Sosial / 31.01.2025 21:31
“Hamilə qadınlar yolda stresdən doğum edərkən övladları tələf olmuşdu” - FOTO - VİDEO
Siyasi / 31.01.2025 16:34
Avropa missiyasının vaxtı niyə uzadıldı? - FOTO - VİDEO
Siyasi, Sosial / 31.01.2025 13:14
“Qaçqın düşəndə 4 yaşım vardı” – Ceyhunə Şirəliyevanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
İqtisadi / 31.01.2025 09:38
İİTKM-də görüş – yeni reallıqlar və parlament diplomatiyası - FOTO
Siyasi, Təhlil / 30.01.2025 22:43
Gürcüstan-Ermənistan yolunun əhəmiyyətli hissəsi Azərbaycanın nəzarətinə keçir“ - FOTO - VİDEO
İqtisadi, Təhlil / 30.01.2025 16:04
Zəngəzura gedən yol – regional və qlobal əhəmiyyətli layihə – TƏHLİL
Siyasi / 30.01.2025 13:41
Strateji ərazilər Azərbaycana qaytarıla bilər – ANONS - VİDEO
Mədəni / 29.01.2025 22:17
“Sinayda tapılan alban dilində 315 səhifəli Palimpsest erməni yalanlarını ifşa etdi” - FOTO - VİDEO
Mədəni / 29.01.2025 14:03
Ermənilərin kilsə qorxusu – ANONS - VİDEO
İqtisadi / 29.01.2025 09:50
Nəqliyyata həsr olunmuş müşavirənin detalları “Hədəf”də - FOTO - VİDEO
Siyasi, Sosial / 28.01.2025 22:37
Allahverdi, Allahverdibəy, Almalı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 28.01.2025 18:41
“Qərbi Azərbaycan torpaqlarının tarixi və mədəni irsi” adlı yeni fənn tədris olunur”
Hərbi, Təhlil / 28.01.2025 15:26
Rusların İrəvan şoku – 102 saylı baza bağlanır? – TƏHLİL