Mətbuat 27.10.2023 07:29

Etibarlı istinad mənbəyinə çevrilən 9 yaşlı “Report”

Bu gün “Report” İnformasiya Agentliyinin (İA) fəaliyyətə başlamasından 9 il ötür.

Rakus.az xəbər verir ki, Azərbaycanda azad mətbuatın fəaliyyəti üçün yaradılan münbit şərait, ictimaiyyətin onlayn xəbər resurslarına əlçatanlığının asanlaşmasını nəzərə alaraq, habelə ölkəmizin son illər genişmiqyaslı layihələrə qoşulması, mötəbər tədbirlərə ev sahibliyi etməsi barədə ictimaiyyətin daha dolğun informasiyalarla təmin olunması məqsədilə 2014-cü ildə “Report” İnformasiya Agentliyi onlayn media məkanında fəaliyyətə başlayıb.

Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən “Report” İA ötən doqquz il ərzində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb.

“Report” İA gündəlik bülletenlər vasitəsilə də məlumatların abunəçilərə təqdim edilməsini həyata keçirir. Agentliyin dərc etdiyi məlumatlara abunə olan qurumlar və şəxslər www.report.az saytında gedən bağlı xəbərləri, analitik məlumatları oxumaq üstünlüyü qazanırlar.

Yarandığı gündən agentliyin qarşıya qoyduğu məqsəd ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırmaq, ictimai-siyasi, iqtisadi proseslərlə bağlı analitik materiallar təqdim etmək, gündəmin vacib hadisələri ilə bağlı eksklüziv müsahibə və açıqlamalar yaymaq, Azərbaycanda baş tutan irimiqyaslı tədbirləri foto, video reportajlar vasitəsilə işıqlandırmaqdan ibarət olub.

İlk gündən eksklüziv xəbərlərə üstünlük verən agentlik bütün yerli saytlar üçün etibarlı istinad mənbəyinə çevrilib. Hazırda “Report”un özəl xəbərlərini gün ərzində çoxlu sayda yerli və xarici mötəbər kütləvi informasiya vasitələri istinadla dərc edir.

“Report” agentliyinin fəaliyyətində Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin, postmüharibə dövrünün həqiqətlərinin, o cümlədən də işğaldan azad olunan ərazilərdə görülən bərpa-yenidənqurma işlərinin, həyata keçirilən layihələrin ölkə və dünya ictimaiyyətinə çatdırılması xüsusi yer tutur. Bu məqsədlə il ərzində 24/7 formatında fasiləsiz çalışan Report.az saytında dərc olunan xəbərlər, şərhlər rus və ingilis dillərinə operativ şəkildə tərcümə olunur.

Hazırda “Report”un ölkə ərazisində müxbir postları mövcuddur, bölgələrin sosial-iqtisadi inkişafı ilə bağlı materialların hazırlanmasına xüsusi diqqət yetirilir. Agentliyin Rusiya, Türkiyə, Ukrayna, ABŞ və Fransada fəaliyyət göstərən xüsusi büroları isə həmin ölkələrdə baş verən mühüm hadisələri, Azərbaycanla həmin ölkələr arasında əlaqələrin inkişafı ilə bağlı məqamları, orada yaşayan azərbaycanlıların fəaliyyətini diqqətlə izləyir, müxtəlif səpkili yazılar hazırlayır.

Agentlik Azərbaycanda ixtisaslaşmış jurnalistlərin hazırlığına da töhfə verməyə davam edir. Media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə aşılamaq məqsədilə agentlikdə Report Media Məktəbi fəaliyyət göstərir. Məktəbdə tədrisin ən yeni üsullarla aparılması, gənclərin praktik bilik və bacarıqlarının gücləndirilməsi sayəsində onlarla gənc jurnalist “Report”da və digər KİV-də fəaliyyətə başlayıb.

Report.az mütəmadi olaraq beynəlxalq və yerli tədbirlərin informasiya dəstəkçisi kimi çıxış edir.

Onlayn medianın hər gün inkişaf edib dəyişdiyini nəzərə alaraq Report.az bundan sonrakı dövrdə də daim işini təkmilləşdirərək cəmiyyətin daha dolğun informasiya ilə təminatına çalışacaq.

Hazırda “Report” İnformasiya Agentliyi “Global Media Group” şirkətinin tərkibinə daxildir.

Rakus.az olaraq “Report” İnformasiya Agentliyinin bütün kollektivini təbrik edir, bu şərəfli yolda uğurlar arzulayırıq. 

XƏBƏR LENTİ
Maraqlı, Sosial / 27.10.2023 14:24
“Qaraçantalı 11 yaşlı uşağın daşlaşmış xatirəsi” – ANONS
Sosial / 27.10.2023 11:52
“Vəli müəllim həqiqətən də ölənə kimi yaşadı” – OĞULUN QEYDLƏRİ
İdman / 27.10.2023 10:36
Şəhid jurnalistlərin Xatirə Turnirində son tur həftəsonu yekunlaşır - FOTO
Mətbuat / 27.10.2023 07:29
Etibarlı istinad mənbəyinə çevrilən 9 yaşlı “Report”
Dünya, Siyasi / 26.10.2023 19:40
Avropa İttifaqının müşahidəçiləri Ermənistanda absurd missiya həyata keçirirlər - FOTO - VİDEO
Dünya, Siyasi / 26.10.2023 14:04
Ermənilərin və avropalı missonerlərin fırıldağı – ANONS - VİDEO
Siyasi, Sosial / 25.10.2023 19:56
“Ermənilərin Ağində saxtalaşdırma əməliyyatı” - FOTO - VİDEO
Mətbuat / 25.10.2023 18:21
MEDİA Agentliyində Türkiyə İnternet Media Birliyinin rəsmiləri ilə görüş keçirilib - FOTO
Siyasi, Təhlil / 25.10.2023 16:28
Avropalı vasitəçilərə etimadsızlıq – Nəticəsiz qalan təşəbbüslər – TƏHLİL
Hadisə, Mətbuat / 25.10.2023 14:23
Ermənilər Ağinə niyə Türkiyədən köçürülüb? – ANONS - VİDEO
Gündəm, Siyasi / 24.10.2023 20:11
Erməni alim saxta tarix düzəldənlərin gizli əməlini ifşa etdi - FOTO - VİDEO
Siyasi / 24.10.2023 19:05
“Erməni alimləri yazırlar ki, tarixdə “Böyük Ermənistan” olmayıb” - FOTO - VİDEO
Elm və təhsil, Sosial / 24.10.2023 12:59
Nərimanlı gəncləri dövlətçiliyin güclənməsinə töhfə verirlər - FOTO
İdman / 24.10.2023 10:17
İkinci tur oyunlarının XÜLASƏSİ - VİDEO
İqtisadi, Video müsahibə / 23.10.2023 21:00
“Ermənistanı 85 faiz kənd təsərrüfatı məhsulları ilə azərbaycanlılar təmin edib”– MÜSAHİBƏ - VİDEO
İqtisadi, Müsahibə / 23.10.2023 14:03
“Ardanış Alban türklərinin yaşadığı qədim yaşayış məskənidir” – ANONS - VİDEO
İdman / 23.10.2023 12:59
Turnirin 2-ci turu – yaddaqalan məqamlar - FOTO
İdman, Maraqlı / 23.10.2023 10:17
İkinci turun mənzərəsi: epizodlar, qollar və bombardirlər – CƏDVƏL - VİDEO
Gündəm, İdman / 22.10.2023 23:25
“Çəmbərək”, “Ardanış” və “İrəvan” adını yarımfinala yazdırıb
Mədəni / 22.10.2023 19:58
Qərbi Azərbaycan incəsənəti barədə bilinməyənlər - FOTO - VİDEO
İdman / 22.10.2023 10:48
Bu gün 2-ci tura 3 qarşılaşma ilə yekun vurulur
İdman / 21.10.2023 20:28
Məğlubların dueli – “Loru-Borçalı” 3 xal qazanıb - VİDEO
Mədəni / 21.10.2023 20:04
“Qıpçaq adətləri, yaşayan bölgənin sirli aləmi” - FOTO - VİDEO
İdman / 21.10.2023 11:18
“Loru-Borçalı” ilə “Qərbi Azərbaycan” yaşıl sahədə görüşür
Hadisə, Siyasi / 20.10.2023 20:17
“Ermənilər bilir ki, gec-tez bu evin sahibi, bu torpağın yiyəsi gələcək” - FOTO - VİDEO
Hadisə / 20.10.2023 15:28
Müzahim İsgəndərovun həyat hekayəsi: “Rus hərbiçiləri bizə 10 gün vaxt verdi…”