İdman 16.09.2020 19:00

Fatih Terim: “Neftçi” ilə oyun çox önəmlidir”

Uzun illər sonra yenidən Bakıda olduğum üçün çox xoşbəxtəm. Azərbaycanın bizə olan sevgisindən şübhə etmirik.

Rakus.az xəbər verir ki, bunu UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Bakının “Neftçi” klubunun qonağı olacaq Türkiyənin “Qalatasaray” komandasının baş məşqçisi Fatih Terim sentyabrın 16-da təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, “Qalatasaray” avrokuboklara öyrəncəli komandadır. İstənilən şərtlərdə sonadək mübarizə aparmaq istəyirik. Püşkatma zamanı Azərbaycan komandasına rəqib olduğumuz üçün çox sevindim.

Azərbaycan çox sevdiyimiz və gözəl qonaq olduğumuz bir yerdir. Bizim üçün “Neftçi” ilə oyun çox önəmlidir. Hələ bəzi oyunçuların vəziyyəti bəlli deyil. Gərgin qrafikə bütün oyunçularımız hazır olmalıdır. Komandanın birinci və ikinci heyətlərinin vəhdətini təmin etmək istəyirəm. Meydana çıxan futbolçular üzərilərinə düşən vəzifənin öhdəsindən gəlməlidirlər.

“Aeroport və hoteldə böyük sevgi ilə qarşılandıq. Buna baxmayaraq meydana qələbə üçün çıxacağıq. Rəqibin iki matçı – Şimali Makedoniyanın “Şkupi” və “Səbail” ilə görüşlərini izlədim. “Neftçi” 3 mövsümdür eyni səviyyədə oynayan komandadır, Azərbaycanda 2 güclü klubdan biridir. Bu mövsüm hələ səfərdə oynamamaları maraqlıdır. Emin Mahmudov, Yusuf Laval, Tallison və Stiven Monrozun önəmli oyunçular olduqlarını bilirəm”, – 67 yaşlı mütəxəssis əlavə edib.

Bildirib ki, “Avro-2020”də Türkiyə millisi iki matçını Bakı Olimpiya Stadionunda keçirəcək. Azərbaycanı öz məmləkətimiz kimi hesab edirik. Əvvəlki oyunlarımızı başqa stadionda keçirmişdik. Bakı Olimpiya Stadionunda ilk dəfə mübarizə aparacağıq. Ümid edirəm ki, Bakıda yaxşı nəticə qazanarıq. Azarkeşsiz oynamaq mənfi cəhətdir. Böyük komandaların üstünlüyü məhz azarkeşləridir. Azarkeş olmadıqda hər iki komanda bərabər şəraitdə olur.
“Qalatasaray”ın qapıçısı Fernando Musleranın ayağının qırılmasından təəssüfləndiyini bildirən baş məşqçi deyib: “Muslera bizim üçün bir qapıçıdan daha önəmlidir. Tezliklə yaşıl meydanlara dönməyə çalışır. Amma digər qapıçılarımıza da güvənirik. Musleranın karyerasını “Qalatasaray”da bitirəcəyini də düşünürəm. Bu qədər xidmət edib və etməkdə də davam edəcək”.

Türkiyəli mütəxəssis qeyd edib ki, “Qalatasaray” Azərbaycanda bir başqa cür sevilir. Azərbaycanda yoxlama görüşü keçirmək sözü verə bilərəm. Yetər ki, pandemiya bitsin. Bir deyil, bir neçə oyun üçün və ya təlim-məşq toplanışı üçün gələ bilərik. İnşallah, burada birlikdə bir neçə gözəl gün keçirərik. Sosial məsafəni də isti məsafəyə çevirərik.

Sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Neftçi”-“Qalatasaray” oyunu saat 20:00-da start götürəcək. Koronavirus pandemiyasına görə UEFA-nın qərarı ilə matç azarkeşsiz keçiriləcək.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO