Fettel “Formula 1″i azarkeşsiz istəmir
“Formula 1” rəhbərliyi mövsümə yay aylarında başlamaq niyyətindədir.
Rakus.az xəbər verir ki, hətta “Red Bull”un məsləhətçisi Helmut Marko Avstriyada ardıcıl 2 Qran-prinin keçiriləcəyini də istisna etməyib. “Maklaren”in icraçı direktoru Zak Braun da Avropa Qran-Prilərini azarkeşsiz keçirməyə hazırlaşdıqlarını bildirib. “Ferrari” pilotu Sebastyan Fettel isə bu deyilənlərlə razılaşmayıb.
Almaniyalı dördqat dünya çempionu azarkeşsiz yarışların mənasız olduğunu bildirib. “Ferrari”pilotunun sözlərinə görə belə vəziyyətdə gözləmək ideal variantdır:
“Əlbəttə, indiki şəraitdə baş verənlərə doğru qiymət vermək lazımdır. Formula 1-in maliyyə tərəfini nəzərə almaya bilmərik. Çempionat və komandalar yaşamalıdır. Amma digər tərəfdən də öz idman növümzün imicini də fikirləşməliyik. Azarkeş olmadan Formula 1 Qran-Prisini təşkil etməyin əhəmiyyəti yoxdur. Yaxşısı budur ki, belə vəziyyətdə tələsməyək. Yarışı azarkeşsiz keçirməkdənsə, vəziyyətin düzələcəyini gözləmək daha yaxşıdır”.