FIDE şahmatçıların reytinqini açıqladı
Beynəlxalq Şahmat Federasiyası (FIDE) sentyabrın 1-nə olan reytinq siyahısını açıqlayıb.
Rakus.az xəbər verir ki, yeni reytinq siyahısına görə, şahmatçılarımızın mövqeyində cüzi dəyişiklik olub. Belə ki, təmsilçimiz Teymur Rəcəbov (2765) əvvəlki kimi 9-cu, Şəhriyar Məmmədyarov isə 11-ci pillədə (2764) qərarlaşıblar.
Şahmatçılarımız Qədir Hüseynov (2665, 71-ci yer) və Nicat Abasov (2664, 73-cü) bir pillə irəliləyiblər. Rauf Məmmədovun (2654) mövqeyi isə dəyişməz qalıb (91-ci yer).
Siyahıda ilk üçlükdə hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen (2863), amerikalı Fabiano Karuana (2835) və çinli Liren Dinq (2791) qərarlaşıblar.
Qadınların reytinq cədvəlinə çinli Hou Yifan (2658) başçılıq edir. Hindistan şahmatçısı Humpi Koneru (2586) ikinci, rusiyalı Aleksandra Qoryaçkina (2582) isə üçüncüdür.
Qadın şahmatçılarımızdan Günay Məmmədzadə mövqeyini qoruyub (2443, 29-cu yer). İlk yüzlükdə yer alan digər iki şahmatçımız iki pillə irəliləyiblər. Belə ki, Gülnar Məmmədova (2382) 73-cü, Xanım Balacayeva (2376) 85-ci yerə yüksəliblər.