İdman 05.02.2020 11:43

FIFA prezidenti önəmli açıqlamalar verdi - FOTO

“Yaxın Şərqdə ilk dəfə Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatı bütün dünya üçün dönüş anı olacaq”.

Rakus.az xəbər verir ki, bunu FIFA prezidenti Canni İnfantino Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) seminarında çıxışı zamanı deyib. 50 yaşlı funksioner Qətərin mundiala hamıdan əvvəl hazır olacağını bildirib: “Bu, dünyanı müsbətə doğru dəyişəcək fantastik hadisə olacaq. Çünki insanlar Qətərə yollanarkən, ərəb dünyasına qarşı düşüncələrimizin əsası yoxdur”.

İnfantino futbolu qloballaşdırmaq istədiyini də açıqlayıb. Onun fikrincə, futbolun dünyada bir nömrəli idman növü olmasının səbəbini anlamaq çox vacibdir: “Dərindən axtarsanız, görəcəksiniz ki. ən yaxşı futbol bir necə ölkədə cəmləşib. Biz futbolun yalnız bir neçə ölkədə mövcudluğunun qayğısına qalmamalıyıq. Məhz bu səbəbdən, Afrikaya səfər etmişdim. Rusiyadakı son dünya çempionatında 8 1/4 finalçıdan 6-sı Avropa ölkəsi idi. Avropa və dünyanın digər hissəsi ilə fərq get-gedə böyüyür”.

FIFA prezidenti idmanda rasizm hallarının artmasından da danışıb. O, ali futbol qurumunun belə hallara heç bir dözüm nümayiş etdirməyəcəyini diqqətə çatdırıb: “Referi irqçi xarakterli insident olduqda matçı dayandırmalıdır. Oyunun davamında eyni hal yenidən təkrarlanarsa, görüş ləğv olunmalı, irqçiliyə yol verən fanatların komandası isə məğlub elan olunmalıdır. Rasizm bir neçə ölkədə müşahidə olunmağa başlayıb. Bunun qarşısı alınmasa, məsələyə FIFA qarışacaq”.

Dünya çempionatında komandaların sayının artırılma məsələsinə gəldikdə, İnfantino deyib: “Biz iki yarışı – hazırkı klublararası dünya çempionatını və Konfederasiyalar Kubokunu ləğv edirik. Biz yeni yarış əlavə etmirik, futbolun xeyrinə dəyişdiririk. Ona görə də klublararası dünya çempionatını yeni formatda təşkil edəcəyik”.

FIFA prezidentinin fikrincə, gələcək mundiallarda namizədlərin say çoxluğunun artımı yalnız futbola kömək edəcək: “DÇ-2030-dək mən xalqın iradəsinə hörmət edəcəyəm. Nə qədər çox iştirakçı olsa, o qədər sevinəcəyəm”.

İnfantino qadın futbolunu populyarlaşdırmaq istədiyini də vurğulayıb: “Mənim 4 qızım var. Evə gəldikdə, onlar həyat yoldaşımla birgə mənə güclü təzyiq göstərirlər. Mən qadın futbolunu dəstəkləmədikdə, hesab 5:1 onların xeyrinə olur. Ciddi olsaq, gender bərabərliyini meydanda və ondan kənarda, iclas zallarında və idarəetmədə təmin etməyin zamanı yetişib. Bizim Fransada ən uğurlu dünya çempionatımız olmuşdu. Çoxları ilk dəfə başa düşmüşdülər ki, bu, əsl idmandır, darıxdırıcı, ləng deyil, stadionlar isə oyundan-oyuna dolub-daşırdı”.

FIFA prezidenti qadın klubları arasında dünya çempionatı yaratmaq və komanda sayını artırmaq niyyətində olduğunu açıqlayıb. İnfantinonun sözlərinə görə, bunun üçün sərmayə lazımdır: “Biz gələcək illərdə qadın futboluna 1 milyard ABŞ dolları sərmayə qoymağı qərara almışıq. Dünya çempionatını isə hər iki ildənbir keçirməyi təklif etmişəm. Son 10 illikdə UEFA-da insanlar yarış və tədbirlər təşkil etməyə kökləniblər. İndi onların Avropa Liqası və digər yenilikləri var. Qalan dünyada, o cümlədən, FIFA-da isə təəssüf ki, insanlar digər fəaliyyət növlərinə yönəliblər”.   (report.az)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO