“Formula 1” və FİA testlərin nəticələrini açıqladı
Beynəlxalq Avtomobil Federasiyası (FİA) və “Formula 1” koronavirus testlərinin nəticələrini açıqlayıb.
Rakus.az xəbər verir ki, iyunun 26-dan iyulun 2-dək 4032 şəxs testdən keçib. Onlardan heç birinin nəticəsi müsbət olmayıb.
“Formula 1″də yeni mövsüm Avstriya Qran-prisi ilə bərpa olunub. Buradakı yarış iyulun 5-də başa çatacaq.
“Formula 1″də ilk 8 Qran-prinin təqvimi məlumdur. Avstriyadan sonra Macarıstan (17 – 19 iyul), Böyük Britaniya (31 iyul – 2 avqust, 7 – 9 avqust), İspaniya (14 – 16 avqust), Belçika (28 – 30 avqust), İtaliya (4 – 6 sentyabr) Qran-priləri baş tutacaq. Bütün yarışlar azarkeşsiz keçiriləcək.
İndiyədək Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-priləri təxirə salınıb, Avstraliya, Monako, Niderland, Fransa, Azərbaycan, Sinqapur və Yaponiya mərhələləri isə ləğv olunub.