“Formula 1”də komandaların sayı azalır
“Formula 1”də yarışan İngiltərənin “Williams” və “Racing Point” komandaları müvəqqəti olaraq fəaliyyətini dayandırıb.
Rakus.az xəbər verir ki, buna koronavirus böhranı səbəb olub. Hər iki komanda pilotlarla yanaşı, bəzi işçilərin də məvaciblərini azalıb. Onların arasında məzuniyyətə göndərilənlər də olub.
“Williams” britaniyalı pilot Corc Rassellin və kanadalı Nikolas Latifinin 20 faiz maaş alacağını qeyd edib. “Racing Point” isə meksikalı Serxio Peres ilə kanadalı Lens Strollun könüllü olaraq məvacibdəki azalmanı qəbul etdiyini bildirib.
İngiltərə təmsilçiləri qərarın təsir göstərdiyi işçilərinin sayını açıqlamayıb.
Xatırladaq ki, daha əvvəl “Formula 1” rəhbərliyi koronavirusa görə Monakodakı yarışı ləğv edib. Azərbaycanla yanaşı, Avstraliya, Bəhreyn, Vyetnam, Çin, Hollandiya və İspaniya Qran-priləri təxirə salınıb. Azərbaycan Qran-prisi 5 – 7 iyunda keçirilməli idi. (Report)