Gündəm 03.11.2020 10:05

Füzuli ziyalıları Prezidentə təşəkkür və müraciət ünvanladılar

Füzuli ziyalıları Prezidentə təşəkkür və müraciət məktubu ünvanlayıblar.

Rakus.az xəbər verir ki, Füzuli rayonun akademik və professorları Hətəm Quliyev, Əli Nuriyev, Akif Musayev, Arif Quliyev, Şəfa Əliyev, Qalib Qarayev, eləcə də yazıçı və şairləri Seyran Səxavət, Vaqif Bəhmənli, Çingiz Əlioğlu, Cavad Zeynal, o cümlədən 50-dən çox ziyalı Füzuli rayon ziyalıları adından prezident İlham Əliyevə şanlı Azərbaycan ordusunun qələbələrinə görə təşəkkür və müraciət məktubu ünvanlayıblar. Məktubda ziyalılar sevinclərini, düşüncələrini bölüşərək həyata keçirilən qətiyyətli siyasət və ordu quruluculuğuna görə Prezidentə təşəkkürlərini bildirmiş və Müzəffər Azərbaycan Ordusunun ölkəmizin ərazi bütövlüyü uğrundankı şücaətini yüksək qiymətləndirmişlər:

“Hörmətli cənab Prezident və Ali Baş Komandan, indiki mürəkkəb və şərəfli dövrdə özümüzə borc bilərək qeyd etmək istərdik ki, biz Füzuli ziyalıları bütün xalqımız kimi Sizinlə fəxr edir, qürur duyur və Sizin daxili və xarici siyasətinizi tam olaraq dəstəkləyirik. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi Sizin əmrinizlə işğalçı Ermənistana qarşı artıq bütün cəbhəboyu genişmiqyaslı əks-hücum əməliyyatına başlanılıb. Qəhrəman Azərbaycan Ordusunun əzmi və şücaəti nəticəsində bir çox ərazilərimiz, o cümlədən Füzuli rayonunun işğal altında olan bir çox kəndləri də erməni qəsbkarlarından təmizlənib. Bu parlaq qələbə heç şübhəsiz ki, Sizin yürütdüyünüz qətiyyətli siyasətin və nail olduğunuz yüksək ordu quruculuğunun nəticəsidir.”

Məktubda ziyalılar həmçinin Qarabağ həqiqətlərinin dünya xalqlarına çatdırılması istiqamətlərində çalışdıqlarını və beynəlxalq qurumlara müraciətlər ünvanladıqlarını bildiriblər:

“Xalqımızın hər bir nümayəndəsi kimi biz də ordumuza maddi-mənəvi və informasiya dəstəyini daha mütəşəkkil həyata keçirmək məqsədilə var qüvvəmizlə çalışır və bütün imkanlarımızı səfərbər etmişik. Cəbhədə hərbi əməliyyatlarla yanaşı, qızğın informasiya müharibəsinin getdiyi hazırkı şəraitdə biz də kütləvi informasiya vasitələrində müxtəlif çıxışlar edirik. Qarabağ həqiqətləri, erməni irqçi faşist ideologiyasının ifşa edilməsi, ədalətli dövlət siyasətinin təbliği, xalqımızın vətənpərvərlik ruhunun və haqq işinin dünya xalqlarına çatdırılması yönündə əlaqədə olduğumuz müxtəlif ölkə alimləri və ziyalılarıyla məqsədyönlü məlumatlandırma işləri aparırıq. Dağlıq Qarabağ müharibəsi ilə bağlı obyektiv məlumatların daha geniş dünya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə xaricdə fəaliyyət göstərən beynəlxalq qurumlara, universitet və elmi mərkəzlərə, görkəmli alim və mütəxəssislərə, ziyalılara, gənclərə, tələbələrə tərəfimizdən xüsusi məktublar və müraciətlər göndərilib.”

Füzuli rayon ziyalılarının müraciətində mənfur düşmənin mülki əhaliyə qarşı həyata keçirilən terror əməlləri də pislənilmiş və bu həssas zamanda hər zaman dəstəyi ilə Azərbaycanın yanında olan qardaş Türkiyə dövləti ilə dostluq əlaqələrinin sarsılmazlığı və möhkəmliyi vurğulanmışdır.

Bununla yanaşı, ziyalılar Qəhrəman Azərbaycan Əsgərinin tezliklə Azərbaycan bayrağını Şuşaya, Xankəndinə sancmaqla tarixi ədaləti bərpa edəcəyinə əminliklərini ifadə edərək işğal altındakı torpaqlarımızın düşmən tapdağından azad ediləcəyi günün o qədər də uzaqda olmadığını qeyd ediblər. “Xalqımıza qürurunu, özgüvənini, inamını qaytarmış, ümidsizliyi, sınıqlığı qovmuş, birliyimizi, yekdilliyimizi bərqərar etmiş və Prezident İlham Əliyevdən Azərbaycana əbədi yadigar qalacaq “Qələbə Bayramı Günü”müzə az qalıb. İndi isə böyük qələbəyə doğru addım-addım qətiyyətlə yaxınlaşırıq.

Yolumuz Qubadlıya, Şuşaya, Xankəndinə, Laçına, Kəlbəcərədir!

YOLUMUZ BÖLÜNMƏZ VƏTƏNƏDİR!

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO