Koronavirus 22.06.2020 10:50

Füzuli COVID-19 pandemiyası dövründə - FOTO

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq, insanların sağlamlığını qorumaq məqsədi ilə Füzuli rayonu ərazisində karantin rejimi çərçivəsində qabaqlayıcı tədbirlər, sosial izolyasiya işləri ardıcıl və sistemli şəkildə davam etdirilir.

Rakus.az xəbər verir ki, bununla yanaşı, aqrar rayon olan Füzulidə insanlar karantin rejiminin tələb və tövsiyyələrinə riayət etməklə yaşayır və işləyirlər.

Artıq 2020-ci ilin birinci yarım ili başa çatmaq üzrədir. Cari ilin 6 ayının nəticələrini indidən Füzuli rayonu üçün əlverişli hesab etmək olar. İpəkqurdu bəsləyərək yüksək gəlir əldə edən füzulili kümçülər bu il də 47 ton yaş barama istehsal edərək qısa müddət ərzində bu sahədən 430 min manat pul qazanıblar. Rayonun müxtəlif yaşayış məntəqələrində ipəkqurdu bəslənilməsinə ümumilikdə 5 min nəfərə yaxın məcburi köçkün cəlb olunub, onların məşğulluğu təmin edilib, sosial-rifah halları yaxşılaşdırılıb.

Rayonda 700 ha sahədə strateji məhsul olan pambıq, 280 ha sahədə şəkər çuğunduru əkilmiş, ayrı-ayrı yaşayış məntəqlərində və həyatyanı torpaq sahələrində bol  bostan-tərəvəz məhsulları yetişdirilmişdir. Pambıq, şəkər çuğunduru və bostan-tərəvəz sahələrinə vaxtlı-vaxtında aqrotexniki qulluq göstərilmiş, suvarma suyu ilə təmin edilib.

Rayon ərazisində 2700 ha sahədə yaradılan Aqroparkda taxıl, soya, qarğıdalı və digər kənd təsərrüfatı məhsulları becərilir, 82 hektar sahədə isə badam bağı salınıb.

Füzuli rayonunda əhalinin heyvandarlıq və bostan-tərəvəz məhsullarına olan tələbatı yerli istehsal hesabına ödənilməklə, respublika bazarına da bir sıra məhsullar çıxarılır, əhalinin məşğulluğu təmin edilir.

Rayonun işğaldan azad olunmuş ərazisində tikinti-quruculuq abadlıq işləri də davam edir. Horadiz şəhərində Dövlət Bayrağı Meydanının ərazisində Bayraq Muzeyinin, Bala Bəhmənli kəndi ərazisində Mərkəzi rayon Xəstəxanasının, Heydər Əliyev Fondunun hesabına Bala Bəhmənli kənd tam orta məktəbinin, Arayatılı  Əhmədbəyli və Mahmudlu-2 kəndlərində uşaq bağçalarının, Aşağı Yağlıvənd kəndi ərazisində barama qurutma məntəqəsinin, Əhmədalılar kəndində 35 fərdi yaşayış evinin, kərpiv evlər adlanan ərazidə məskunlaşan məcburi köçkün ailələri üçün 95 evin tikintisi davam edir.

Azərbaycan Respublikası Baş Nazirinin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən Füzuli rayonu ərazisində işğal dövrü yandırılmış və dağıdılmış lakin, bu günə kimi bərpa olunmamış  fərdi yaşayış evlərinin əsaslı təmir-bərpa olunması üçün xüsusi komissiya yaradılmış, ayrı-ayrı yaşayış məntəqəsində olan həmin evlərə baxış keçirilmişdir. Yaxın zamanda həmin evlərin də bərpa olunmasına başlanılacaq1.

Prezident İlham Əliyevin Sərəncamına əsasən Horadiz şəhərinin və ətraf kəndlərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri həyata keçirilir.

Bununla yanaşı, Füzuli rayonunda bir sıra problemlər də mövcuddur. Belə ki, hazırda rayonun işğaldan azad olunmuş ərazisində 18-20 min nəfər əhalinin yaşamalı olduğu halda, hazırda burda 70 minə yaxın məcburi köçkün məskunlaşıb yaşayırlar. Bu da əhali sıxlığına, onların torpaq, suvarma suyu, işlə təmin olunmasında çətinliklər yaradır.

Bütün bunlara baxmayaraq, Füzulililər nikbindirlər, gələcəyə ümidlə baxırlar. Cəbhə bölgəsində yaşayan Füzulili məcburi köçkünlər inanırlar ki, Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gecəli-gündüzlü yorulmaz fəaliyyəti, müdrik və düşünülmüş qərarları nəticəsində biz koronovirus epidemiyasına da qalib gələcəyik.

Prezident cənab İlham Əliyevin və Mehriban xanım Əliyevanın bu ağır və çətin günlərdə necə işlədiyini, xalqın qayğısı ilə yaşadığını, hər zaman olduğu kimi insanların yanında olduğunu Füzulililər yaxşı bilirlər və Azərbaycan vətəndaşı olaraq bundan qürur duyurlar.

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi”
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO