İqtisadi 02.04.2020 10:24

Füzulidə pambıq əkininə və ipəkqurdu saxlanılmasına hazırlıq gedir - FOTO

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə Füzuli rayonu ərazisində karantin rejimi çərçivəsində qabaqlayıcı tədbirlər, sosial izolyasiya işləri davam etdirilir.

Rakus.az xəbər verir ki, bununla yanaşı, aqrar rayon olan Füzulidə ənənəvi təsərrüfat sahələrindən olan pambıq əkininə və ipəkqurdu saxlanılmasına da hazırlıq işləri görülür.

Belə ki, 2020-ci təsərrüfat ilində rayon ərazisində pambıq əkiləcək sahələr hələ bir neçə ay əvvəl müəyyənləşdirilmiş, fiziki və hüquqi şəxslərlə müqavilələr bağlanılmışdır. Füzuli Rayon İcra Hakimiyyətinin, Dövlət Aqrar İnkişaf Mərkəzinin və aidiyyəti təşkilatların mütəxəssislər tərəfindən pambıq əkiləcək sahələrə baxış keçirilmiş, çiyid səpiləcək sahələr arat edilmiş, mala işi aparılmışdır. Yaxın günlərdə sahələrdə çiyid səpininə başlanılacaqdır. Ümumilikdə bu il rayon üzrə 700 ha sahədə pambıq əkilməsi nəzərdə tutulub ki, bunun da 500 hektarı P-Aqro MMC ilə, 170 hektarı Azərbambıq MMC ilə yerdə qalanı isə fərdi qaydada həyata keçiriləcəkdir.

Rayon ərazisində ipəkqurdu saxlayacaq kümçülər də aylar öncə müəyyənləşdirilmiş, barama saxlanılacaq yerlərə baxış keçirilmiş, qarğı tədarükü görülmüşdür. İpəkqurdu bəsləyərək qısa müddətdə yaxşı gəlir əldə edən füzulili kümçülər 2016-cı ildə 3070 kq, 2017-ci ildə 24320 kq, 2018-ci ildə isə 38 ton, 2019-cu ildə isə 49.5 ton yaş barama isehsal ediblər. Füzulili kümçülər cari ildə də 50 tondan artıq barama istehsal etməyi qarşılarına məqsəd qoyublar.

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə respublika üzrə tətbiq olunmuş karantin rejiminin qaydalarına uyğun olaraq, rayonda pambıq əkini və ipəkqurdu becərilməsi ilə bağlı tapşırıqlar insanların bir yerə cəm olmaması şərti ilə, telefon vasitəsilə, uzaqdan idarəetmə ilə həyata keçirilir.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO