ASCO 23 gəmini dezinfeksiya etdi
Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.
Rakus.az xəbər verir ki, bu barədə ASCO-dan məlumat verilib.
Bildirilib ki, müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “Atlet-24”, “Akademik Həsən Əliyev”, “Balakən”, “Akademik Zərifə Əliyeva”, “Professor Gül”, “MPK-474”, “PSK-31”, “Məcik-1”, “Socar-1”, “Kapitan Ağasiyev”, “BPM-701”, “Zəfər “, “Turan”, “Vadim Seyidov”, “Qaradağ-4”, “PSK-38”, “PSK-51”, “Ağdərə-4”, “Ağdərə-7”, “Çalqan-8”, “MPK-452”, “MKP-474”, “PSK-48” gəmilərində aparılıb.
Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.