Siyasi 13.11.2019 13:54

Gəncəliyev ABŞ-da erməni işğalından danışdı - FOTO

Noyabrın 11-də ABŞ-ın Los Ancelesdə şəhərində Azərbaycan, Pakistan və Türkiyə dövlətləri və xalqları arasındakı dostluq və qardaşlıq münasibətlərinə həsr olunmuş ikinci illik tədbir keçirilib.

Rakus.az xəbər verir ki, bu barədə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

Bildirilib ki, tədbir hər üç ölkənin Los Ancelesdəki Baş Konsulluqlarının birgə təşkilatçılığı ilə təşkil edilib.

Bu dəfə Türkiyənin Baş Konsulluğunun ev sahibliyi etdiyi tədbirdə sözügedən ölkələrin baş konsulları, Kaliforniyadakı Azərbaycan, Türkiyə və Pakistan icmalarının rəhbərləri və üzvləri, tanınmış ictimai xadimlər və jurnalistlər iştirak edib.

Hazırda Los Ancelesdə səfərdə olan Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndə heyəti, o cümlədən icmanın sədri Tural Gəncəliyev, nümayəndə heyətinin üzvləri Gülməmməd Məmmədov, Dürdanə Ağayeva və Ceyhun Ələkbərov da tədbirdə iştirak ediblər.

150-dək icma üzvünün qatıldığı tədbir hər üç ölkənin dövlət himnlərinin ifası ilə başlayıb. Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev üç ölkə arasında həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. O, Pakistan və Türkiyənin xüsusilə Ermənistan-Azərbaycan münaqişəsində ölkəmizə göstərdikləri hərtərəfli dəstəyin Azərbaycan hökuməti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. Diplomat, Pakistanın işğalçı Ermənistanı dövlət kimi tanımamasını və Türkiyənin Ermənistanla sərhədlərinin bağlı saxlanılmasının hər iki qardaş ölkənin Azərbaycan ilə həmrəyliyinin bariz göstəriciləri olduğunu qeyd edib.

Türkiyənin Los Ancelesdəki baş konsulu Can Oğuz üç ölkə arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini qeyd edərək, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın vacibliyindən danışıb və hər üç icmanın öz güclərini birləşdirməsinin önəmini vurğulayıb.

Pakistanın Los Ancelesdəki baş konsulu Abdul Cabbar Memon çıxış edərək, üç ölkə arasında sıx münasibətlərin Los Ancelesdəki Baş Konsulluqlar və buradakı icmalar arasındakı münasibətlərə çox önəmli təsir göstərdiyini bildirib. Bu kimi birgə tədbirlərin davamlı olacağına əminliyini ifadə edən baş konsul, 2020-ci ildəki 3-cü illik tədbirə Pakistan Baş Konsulluğu olaraq ev sahibliyi edəcəklərini elan edib. Hər iki baş konsul Azərbaycan torpaqlarının işğalının davam etməsinin qeyri-məqbul olduğunu bildirərək, təmsil etdikləri dövlətlərin Azərbaycanın haqq səsini daim dəstəklədiklərini vurğulayıblar.

Tədbirin əsas natiqi qismində çıxış edən Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Tural Gəncəliyev Ermənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasəti barədə danışaraq, bu işğal nəticəsində yüz minlərlə azərbaycanlının didərgin salındığını və bu gün də məcburi köçkün kimi yaşadıqlarını diqqətə çatdırıb.

T. Gəncəliyev bildirib ki, bu qədər insanın əsrlər boyu yaşadıqları öz ana yurdlarından məhrum edilmələri böyük bir hüquq pozuntusu, cinayət və ədalətsizlikdir ki, bu da tezliklə aradan qaldırılmalı, işğala son qoyulmalı və azərbaycanlılar öz torpaqlarına qayıtmalıdırlar.

T. Gəncəliyev Türkiyə və Pakistan icmalarına Azərbaycanın haqlı mövqeyinə Los Ancelesdə verdikləri dəstəyə görə təşəkkürünü bildirib.

Tədbirdə həmçinin Pakistan mənşəli yerli siyasətçilər, o cümlədən Örvayn şəhər şurasının üzvü Fərəh Xan və Los Anceles şəhərinin İnsan Haqları üzrə müvəkkili Amna Qazi çıxış ediblər.

Sonra Kaliforniya Azərbaycan Dostluq Assosiasiyasının icraçı direktoru Kimiya Məmmədova, Pakistan Şurasının sədri Adnan Xan və Türkiyə icmasının liderlərindən Mətin Məngir çıxış edərək, Azərbaycan, Pakistan və Türkiyə icmalarını bir araya gətirmək təşəbbüsünü alqışladıqlarını və bu tədbirin hər üç icmanı bir-birilərinə daha da yaxınlaşdıracağına ümidvar olduqlarını bildiriblər.

Qeyd edək ki, birinci illik tədbir 2018-ci ildə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunda keçirilib.

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO