Elm və təhsil 28.04.2025 22:34

“Göyçəli Aşıq Nəcəf ilk milli şəhidimizdir” - FOTO - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi şair-publisist, araşdırmaçı Qılman İman olub. O, Qərbi Azərbaycanda geniş vüsət alan aşıq yaradıcılığından, o cümlədən Göyçə aşıq məktəbindən söhbət açıb. Bildirib ki, Qərbi Azərbaycan yalnız elm adamları, tarixi şəxsiyyətləri, qəhrəmanları ilə deyil, ozan aşıq sənətinin görkəmli nümayəndələri ilə də tanınıb. Həmin saz, söz, sənət adamları tarixən bu ərazilərdə yaşayıb-yaradıb, folklor nümunələrini nəsildən-nəslə ötürüblər.

Araşdırmaçının sözlərinə görə, Göyçə aşıq sənətinin dərin tarixi kökləri var. Dədə Qorquddan başlanğıcını götürən bu sənət, ənənə Ozan İbrahim, Miskin Abdal, Ağ Aşıq, Aşıq Alı, Şair Məmmədhüseyn, Aşıq Ələsgər, Ululu Kərim, Aşıq Nəsib, Aşıq Cəlil Dərələyəzli və digər saz-söz ustadları ilə daha da inkişaf edib Qərbi Azərbaycanın, ümumən tarixi Azərbaycan ərazilərinin hər bir bölgəsinə yayılıb.

Q.İman qeyd edib ki, Dədə Ələsgər aşıq sənətində yeni mərhələ yaradıb. Təsadüfi deyil ki, ondan sonra gələn bütün aşıqlar, hətta müasir dövrümüzdə yaşayıb-yaradan ustadlar, gənclər də Dədə Ələsgəri özlərinə istinad mənbəyi biliblər. Aşıq Ələsgərin şəyirdləri Aşıq Talıb, Aşıq Ağayar, Aşıq Əsəd, Aşıq Nəcəf, Növrəst İman, Aşıq Nağı və başqaları ustadın yolunu davam etdirərək böyük aşıqlar ordusunun yaranmasına mühüm töhfə veriblər.

Araşdırmaçının dediyinə görə, Göyçə mühiti aşıqlarla yanaşı, görkəmli el şairləri də yetirib. O, Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kəndində yaşayıb-yaradan Aşıq Bəhmən Göyçəlinin adını buna bir nümunə kimi qeyd edib. Söyləyib ki, Aşıq Bəhmən gənclik dövründən el arasında aşıq-şair kimi tanınıb, toy-düyünlərə dəvət olunub. Onun gəraylı, qoşma, müxəmməs, qəzəl, divani, dodaqdəyməz, cığalı təcnis və digər janrlarda yaratdığı şeirlər dillər əzbəri olub. Müsahib klassik Göyçə aşıq məktəbinin layiqli nümayəndəsi kimi Əməkdar mədəniyyət işçisi, ustad aşıq Fətullah Göyçəlinin, gənclərdən Aşıq Göyçə Ömürlünün və digər saz-söz sahiblərinin adlarını sadalayıb. Vurğulayıb ki, Qərbi Azərbaycan aşıqlarının yaradıcılığında irfan xətti özünü açıq şəkildə göstərir.

Şair-publisist Q.İman ermənilərin ötən əsrdə xalqımızın başına gətirdiyi müsibətlərdən, o cümlədən sənətkarlarımıza yaşatdıqları faciələrdən də danışıb. Onun sözlərinə görə, göyçəli Aşıq Nəcəf ilk milli şəhidimizdir. Ermənilər ustadın gözləri qarşısında övladlarını diri-diri basdırıb, digərlərini amansızlıqla qətlə yetiriblər. Aşıq Nəcəfin özünün də sazını sındırıb samovar qalayıb, daha sonra həmin samovarı sənətkarın belinə şəlləyib ona müxtəlif işgəncələr veriblər. Bu işgəncələrə dözə bilməyən Aşıq Nəcəf dünyasını dəyişib. Göyçəli Aşıq Əsəd isə erməni təqibindən yaxa qurtarmaq üçün ata-baba yurdunu tərk etməyə məcbur olub, Tovuz rayonunda məskunlaşıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş aprelin 28-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Elm və təhsil, Mədəni / 28.04.2025 22:34
“Göyçəli Aşıq Nəcəf ilk milli şəhidimizdir” - FOTO - VİDEO
Mədəni / 28.04.2025 19:33
Bayrağımız balacaların qəlbində ucalır - FOTO
Siyasi, Sosial / 28.04.2025 18:52
Hümbət Hüseynov TDBB-nin 7-ci qurultayına qatılıb - FOTO
Siyasi, Təhlil / 28.04.2025 17:15
Brüssel-Bakı münasibətlərdə yeni səhifə açılır - FOTO - VİDEO
Mədəni / 26.04.2025 22:32
“Aşıqlara ağlasığmaz işgəncə verilirdi” - VİDEO
Siyasi, Sosial / 25.04.2025 22:10
“Ölən erməni qızın nənəsi məhkəmədə tələb etdi ki, yunan yox, türk tutulmalıdır” - FOTO - VİDEO
Siyasi, Sosial / 25.04.2025 13:26
“Ermənilər əmimi qətlə yetirdilər” – Məcid Həsənovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 24.04.2025 22:48
“Tavuşda əsgərlərə mövqelərini tərk etmək əmri verilib” - VİDEO
Siyasi / 24.04.2025 13:43
Göyçədə ərazilərin qaytarılmasına hazırlıq gedir – ANONS
Elm və təhsil / 23.04.2025 22:59
“Azərbaycan dövlətçiliyinin tarixi Urmu gölü ətrafından 4200 il əvvəldən başlayır” - VİDEO
İqtisadi, Siyasi / 23.04.2025 17:09
“Vahid Çin siyasəti”nin dəstəklənməsi Azərbaycanın üzərinə hansı öhdəlikləri qoyur? - FOTO - VİDEO
Elm və təhsil / 23.04.2025 14:50
Türklər Altaydan gəlmə deyil – ANONS - VİDEO
Siyasi, Sosial / 22.04.2025 22:54
Aslan xaraba, Asnı, Atqız, Atqoç, Artdaş, Atdaş – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Müsahibə, Video müsahibə / 22.04.2025 18:30
“Ermənilər düşünürlər ki, biz Ermənistana qayıtsaq, onlar ikinci plana keçəcəklər” - FOTO - VİDEO
Sosial / 22.04.2025 14:45
“Asnı” tayfa adından yaranan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə / 22.04.2025 14:02
“Ermənilər yunanları da qovdular” – ANONS - FOTO - VİDEO
Gündəm / 22.04.2025 10:15
“Antanta dövlətləri ermənilərə Şərqi Anadoluda muxtariyyət vəd etmişdi” - VİDEO
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Elm və təhsil / 18.04.2025 12:59
Məktəblilər şəhid jurnalistin doğum gününü qeyd ediblər - FOTO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO