Gündəm 23.06.2019 23:39

Gürcüstanda siyasi təlatüm, müxalifətin aksiyaları – TƏHLİL - FOTO

Tbilisidə etiraz aksiyalarının təşkilatçıları bəyan ediblər ki, əgər hakimiyyət ötən etiraz aksiyaları zamanı saxlananları saat 19-dək azad etməsə Rustaveli prospektində aclıq aksiyasına başlayacaqlar.

Rakus.az xəbər verir ki, bu barədə iyunun 23-də AzadlıqRadiosu Rusiya xidmətinin müxbiri Georgi Kolobadze məlumat verib.

Aksiyaçılar həmçinin daxili işlər naziri Georgi Qaxariyanın istefasını tələb edirlər.

Gürcüstan paytaxtında müxalifətin kütləvi etiraz aksiyası iyunun 23-də davam edib.

Saat 19:00-da yüzlərlə insan parlamentin qarşısına toplaşıb.

 

Təşkilatçıların sözlərinə görə, bu gün daxili işlər naziri Qeorqi Qaxariyanın deyil hökumətin də istefası, növbədənkənar parlament seçkilərinin keçirilməsi və iyunun 20-də keçirilmiş aksiyada saxlanılan 300-dən çox insanın azadlığa buraxılmasını tələb edəcəklər.

Təşkilatçılar bacardıqca iğtişaş və qarşıdurmaya yol verməyəcəklərini bildirirlər. Hazırda parlamentin binası önündə minə yaxın insan toplaşıb. Onların sayı artır.

Qeyd edək ki, etiraz aksiyası iyunun 20-də Tbilisidə keçirilən Pravoslav Parlament Assambleyasının iclasında Rusiyadan olan deputatların iştirakına etiraz əlaməti olaraq başlayıb. İyunun 20-də gecə polislə aksiya iştirakçıları arasında qarşıdurma yaranıb. Aksiya iştirakçıları parlamentin binasını ələ keçirməyə cəhd edib.

Polis gözyaşardıcı qazdan, rezin güllələrdən və su sınağından istifadə edərək mitinqi dağıdıb. Qarşıdurma zamanı 80-ni polis, 31-i jurnalist olmaqla 240 nəfər yaralanıb. 300-dən çox insan polis tərəfindən saxlanılıb.

Artıq baş verənlərə görə parlamentin sədri İrakli Kobaxidze istefa verib.

Müxalifət tələbləri yerinə yetirilənədək aksiyanın davam edəcəyini bildirib.

Ötən etiraz aksiyası zamanı parlament binasının qarşısında polislə nümayişçilər arasında baş verən toqquşmada 240 nəfər xəsarət alıb. Onlardan 80-i polislərdir. Rezin güllə nəticəsində nümayişçilərdən ikisi gözünü itirib.

Reper və hakim “Gürcü arzusu” Partiyasının rəhbəri Bidzina İvanişvilinin oğlu Bera İvanişvili aksiyaçılara dəstək nümayiş etdirib ki, bu bir çoxları üçün gözlənilməzdir. “Azadlıqsevər soydaşlarımın səsinə səs verirəm. Öz azadlığımızı heç kimə verməyəcəyik” – Bera İvanişvili özünün Facebook səhifəsində yazıb.

Bu arada Gürcüstan Prezidenti Salome Zurabişvili Euronews televiziya kanalına müsahibəsində bildirib ki, iki ölkə arasında problemlərlə rəğmən Rusiya turistlərinin ölkəyə gələ bilməsinə imkan verilməsi vacibdir.

“Mənim cavabım belədir – Turislərə bizim ölkəyə gəlmək imkanı verilməlidir. Çünki onlar Gürcüstanı sevirlər. Siyasətçitlər və liderlər isə baş verənlərin səbəbi olan problemin həllini tapmalıdırlar. Bu problemlin həlli Gürcüstan ərazilərinin bərpa edilməsi deməkdir. Lakin bu heç cürə nə turistlərə, nə də əhaliyə və sülh mühitinə təsir etməməlidir”, – Zurabişvili bildirib.

Gürcüstanın paytaxtı Tbilisidə 20 iyun tarixində küçə etirazları başlayıb. Səbəb provoslavların parlamentlərarası assamleyasında rusiyalı kommunist deputatın Gürcüstan parlamentinin spikerinin yerində oturması olub. Kütləvi nümayişlər zamanı 200-dən çox insan xəsarət alıb. Polisin atdığı rezin güllələr bəzilərinin gözlərinə dəyib. Növbəti gün Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidze istefa verib.

Rusiya Prezidenti Vladimir Putin təhlükəsizliyi səbəb göstərərək, 8 iyul tarixindən etibarən Rusiya aviaşirkətlərinin Gürcüstana uçuşlarını qadağan edib.

Rusiya Prezidenti Vladimir Putin fərman verərək iyulun 8-dən Gürcüstana təyyarə reyslərini dayandırıb. Rusiyanın xarici işlər nazirliyi bunun, ölkə vətəndaşlarının təhlükəsizliyi üzündən edildiyini deyir.

Gürcüstanda kütləvi etirazlar iyunun 20-də başlanmışdı. Buna səbəb, rusiyalı deputat Sergey Qavrilovun parlamentlərarası assambleyanın Tbilisidə keçirilən iclasında spikerin kreslosunda oturması oldu. Onun bu hərəkəti Gürcüstan cəmiyyətini qəzəbləndirdi.

Rusiya 2008-ci ilin yayında Gürcüstanla qısa müharibədən sonra, onun separatçı bölgələri Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlətlər kimi tanıdı. Bundan sonra tərəflər arasındakı münasibətlər kəskin pizləşdi.

İyunun 20-də Tbilisidə keçirilən etiraz aksiyası zamanı polislə baş verən qarşıdurmada 200-dən çox adam xəsarət alıb. Aksiyalar şənbə və bazar günləri də davm etdi, amma dinc şəraitdə.

İndi aksiyaçılar daxili işlər naziri Georgi Qaxariyanın istefasını, həmçinin seçki sistemində islahatlar aparılmasını tələb edirlər.

XƏBƏR LENTİ
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO