Mətbuat 04.10.2024 22:27

“Vertolyotla xilas edilən 4 aylıq körpənin tarixçəsi” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Məni anamdan ayıraraq vertolyota atıblar” adlı veriliş Pəmbək mahalının Böyük Qarakilsə rayonunun Hallavar kənd sakini Famil İbrahimovun həyat hekayəsinə həsr olunub.

 

1988-ci il iyulun 15-də dünyaya gələn F.İbrahimov tarixin ən ağrılı səhifələrindən birinin canlı şahididir. Cəmi 4 aylığında deportasiyaya məruz qalan bu körpə Qərbi Azərbaycandan didərgin salınan son nəslin nümayəndəsidir.

Faciəvi hadisələr zamanı anasından ayrı düşən və xalalarının himayəsinə keçən F.İbrahimov o dövrdə baş verənləri belə xatırlayır: “1988-ci ilin noyabrında erməni təcavüzü nəticəsində Hallavar kəndinin sakinləri təxliyə edilməyə başlayıb. Məni anamdan ayıraraq vertolyota atıblar. Xoşbəxtlikdən xalalarım məni tapıblar. Onlar da vertolyotda olublar. Gülnarə xalamın özünün də  2 azyaşlı övladı var idi. Vertolyotda olan iki xalam məni himayələrinə götürüblər. Biz Qazağa gəldik, bir müddət sonra valideynlərim bizi tapıb”.

O, babası və nənəsindən eşitdiklərini belə nəql edir: “Hallavar kəndi, Hallavar və Pəmbək çaylarının qovuşduğu yerdə yerləşirdi. Kəndin ətrafında Qoşabulaq, Kəndirbaz, Arxaşan, Nədiralı kimi məşhur yaylaqlar var idi. Bizim orada gözəl ərazilərimiz var idi, dağlıqla əhatə olunmuşdu. Çaylarımız var idi, buz bulaqlarımız var idi. İnsanlar orada təsərrüfatla məşğul olurdular, əkinçiliklə, maldarlıqla və beləcə öz həyatlarına davam edirdilər”.

Onun sözlərinə görə, Hallavar kəndində mövcud olan toponimlər və nəsil adları bu torpaqların qədim türk yurdu olduğunu sübut edir: “Kənddə Talıblı, Boralı, Aşıqlı, Məşədililər kimi böyük nəsillər yaşayırdı. Burada qədim alban kilisələri, Miskin Abdal və Karadon ziyarətgahları kimi tarixi-dini abidələr var idi. Hallavar qədim türk torpağı, azərbaycanlıların müqəddəs yurdudur. Babamın, nənəmin pasportlarında yazılıb ki, onlar 1929 və 1934-cü illərdə Hallavarda doğulublar. Mən 7 nəslimi saya bilərəm. Bu, sübut edir ki, ora əcdadlarımızın yurdudur”.

Ata-baba yurduna qayıtmaq arzusu ilə yaşayan Hallavar sakini öz hisslərini belə ifadə edir: “Övladlarımı Hallavarda böyütmək istəyirəm. Ən böyük istəyim odur ki, nənəmin, babamın ziyarətgah hesab etdiyi öz doğma ata-baba yurdumuzu gedim görüm, ulu babalarımın, nənələrimin qəbirlərini ziyarət edim, at çapılan düzləri gəzim. İnanıram o gün uzaqda deyil”.

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan azərbaycanlıların yaşadığı çətinlikləri, qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş oktyabrın 4-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Mətbuat, Siyasi / 04.10.2024 22:27
“Vertolyotla xilas edilən 4 aylıq körpənin tarixçəsi” - FOTO - VİDEO
Təhlil / 04.10.2024 16:16
Müxalifətçi Paşinyanın köhnələn KTMT şousu – TƏHLİL
Mətbuat / 04.10.2024 13:26
“Hallavar kəndinin son körpəsi” – Famil İbrahimovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 03.10.2024 22:08
Ermənistanın Azərbaycana vurduğu zərər 800 milyard dollar civarındadır - VİDEO
Elm və təhsil / 03.10.2024 17:24
Yaxşı təhsili olan insan həmişə parlaq qalır – Ardanış gəncləri ilə görüş - FOTO
Təhlil / 03.10.2024 16:03
Türk düşmənlərinə qoyulan heykəllər – İrəvanın destruktiv mövqeyi – TƏHLİL
Siyasi, Təhlil / 03.10.2024 14:03
“Paşinyan Azərbaycanın valisi olmağa hazırdır” – ANONS - VİDEO
Elm və təhsil / 02.10.2024 22:23
“Azərbaycandan tapılan maddi mədəniyyət nümunələrini dünya bazarlarında satırlar” - FOTO - VİDEO
Elm və təhsil / 02.10.2024 13:17
Ermənilər antik Alban qalasına necə od vurublar – ANONS - VİDEO
Siyasi, Sosial / 01.10.2024 22:20
Ağyarğan, Ağyoxuş, Ağyoxuş və Ağqıraq – türk tarixinin izi - FOTO - VİDEO
Hərbi, Video müsahibə / 01.10.2024 19:00
“Azərbaycan öz xalqının təhlükəsizliyini təmin etmək üçün silahlanır” - VİDEO
Hərbi / 01.10.2024 13:27
Ermənistan niyə və necə silahlanır? – ANONS - VİDEO
Siyasi, Sosial / 01.10.2024 12:19
“Qərbi Azərbaycanın Ağ rəngli yer adları” – ANONS - VİDEO
İdman / 01.10.2024 10:00
Turnirin 3-cü turun yaddaqalan MƏNZƏRƏSİ - FOTO - VİDEO
Müsahibə, Video müsahibə / 30.09.2024 23:58
“Babamın qardaşının ailəsini ermənilər təndirə salıb yandırıblar” - FOTO - VİDEO
Gündəm / 30.09.2024 14:16
Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib - FOTO
Mədəni / 30.09.2024 12:00
Azər Hüseynov Fəxri Fərmanla təltif olunub – SİYAHI
İdman / 30.09.2024 11:40
Turnirin 3-cü tur XÜLASƏSİ: epizodlar, növbəti oyunlar, xallar və bombardirlər - FOTO
İdman / 29.09.2024 09:56
“Gənclər 2020” və “Zəfər 44” növbəti mərhələyə çıxıb - FOTO
Mədəni, Sosial / 28.09.2024 22:57
“Qoros türk tayfalarının məskunlaşdığı qədim yaşayış yeri” - FOTO - VİDEO
Mədəni / 28.09.2024 10:06
Bakıda Aşıq Ələsgərin heykəli ucaldılıb
İdman / 28.09.2024 08:58
Bu gün “Baku Ws”-“Gənclər 2020”, AZƏRTAC – “Zəfər 44” ilə qarşılaşır - FOTO
Elm və təhsil, Siyasi / 27.09.2024 22:05
“Atam danışırdı ki, evimizi tərk edəndə qapıdakı itimiz ağladı” - FOTO - VİDEO
İdman / 27.09.2024 20:51
Sülhlə bitən matç – “Veteranları” liderlikdən 2 top ayırdı - FOTO
İdman / 27.09.2024 16:31
“Veteranlar”, yoxsa “Turan” birinci olacaq?
Təhlil / 27.09.2024 15:00
Anım Günü: zəfərə gedən yol