İdman 30.07.2019 18:54

“Hamı sabah maraqlı oyun gözləyəcək” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov  Çempionlar Liqasının II təsnifat mərhələsində “Dundalk”la sabahkı cavab oyunu öncəsi mətbuat konfransı keçirib.

Rakus.az-ın məlumatına görə, o, əvvəlcə matç haqda danışıb.

– Vacib oyuna hazırlaşırıq. Cavab matçında daha diqqətli olmalıyıq. Hər iki komanda çox istəklidir. Onlar da qalib olmaq istəyirlər. Nə qədər çətin olsa da, hamı sabah maraqlı oyun gözləyəcək. Çalışacağıq baxımlı oyun göstərək və uğurlu nəticə qazanaq.

– Zədəlilərin son durumu necədir?

– Son durumları heç də yaxşı deyil. Bədavi Hüseynov hətta fərdi məşqlərə də başlamayıb. Başlamışdı, ancaq sonra yenidən müayinəyə ehtiyac oldu. Həkimlər riskə getmək istəmədilər. Dünən qərar verdik ki, daha 4-5 gün müayinə olunsun. Digərləri 100 faiz hazır olmasalar da, komanda ilə məşqlərdə iştirak edirlər. Onlarda hər şey yaxşılığa doğru gedir.

– Faysal və Qeyenin meydana çıxmaq ehtimalı nə qədərdir?

– Optimal formalarından hələ uzaqdılar. Ən azı birinin “18-lik”də olmaq şansı var. Start heyətində olmayacaqlar.

– “Dundalk”ın ilk oyundakı çıxışına əsasən taktikada hansısa dəyişiklik etməyi düşünürsünüzmü?

– Bütün rəqiblərə qarşı hər hansı bir dəyişiklik olur. Çalışmışıq öz oyun üslubumuzu qoruyaq və yaxşılaşdıraq. Rəqibin istədiklərini yerinə yetirməsinin qarşısını almalıyıq. Təbii ki, hardasa səhvlər olur, gecikmələr yaranır. Rəqibi kollektiv şəkildə analiz etmişik. Öz oyunumuzu göstərmək və yaxşılaşdırmaq fikrindəyik.

– İrlandiya millisinin baş məşqçisi bildirib ki, “Qarabağ” əsəbi oynayacaq…

– İnşallah, əsəbiləşmərik. Futbolun nə demək olduğunu bilirik. Bir az aqressiv olmaq lazımdır. Futbolçularda arzu, istək görmək istəyirik. Belə oyunlarda təmkinli olmalıyıq. Futbolçularda idman prinsiplərinə görə əsəbiləşmək xarakteri var.

– Sizcə, “Neftçi” “Arsenal” səddini keçə bilərmi?

– İnşallah, keçər. Avrokubokda xallara ehtiyacımız var. Ölkə reytinqi yaxşılaşmalıdır. Keçmək bir yana, qələbə ilə mərhələ adlamaq daha yaxşı olar

– İspaniya mətbuatı “Estremadura” və “Malaqa”nın Mahir Emreli ilə maraqlandığını yazıb. Bu, nə dərəcədə doğrudur?

– Hazırda oyuna hazırlaşırıq. Matçdan sonra bütün suallara cavab vermək olar.

– Növbəti mərhələdəki potensial rəqib barədə nə düşünürsünüz?

– Hamımızın düşüncəsi sabahkı oyundur. Niyyətimiz sabah qələbə qazanmaq və bu turnirdə davam etməkdir. Bu yarışa qoşulmuşuqsa, düşüncəmiz mübarizəni davam etdirməkdir.

(qol.az)

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS