İdman 30.08.2019 09:00

Onda göz yaşlarım olmuşdu, indi daha təcrübəliyəm – Qurbanov

“APOEL-ə məğlubiyyətdən sonra azarkeşlər bu gün də bizi möhtəşəm dəstəklədilər. Onları təbrik edirəm”.

Rakus.az xəbər verir ki, bu sözləri  “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsinin “Linfild”lə Bakıdakı cavab matçından (2:1) sonra mətbuat konfransında deyib.

Qurbanovun qələbəni belə şərh edib: “Futbolçularımı təbrik edirəm. Bizim üçün asan olmadı. Bəlkə də, avrokuboklarda ən çox qol epizodu yaratdığımız ildir. Bu özü böyük uğurdur. Deməli, futbolçularımızın ustalığını tez zamanda daha da yaxşılaşdırmalıyıq. Yenə qrupa düşdük. Sabahı gözləyək, görək hansı komandalar düşəcək. Şimali İrlandiya komandası göstərdi ki, futbolda zəif rəqib yoxdur. Futbolçularımız çox intizamlı oynadılar. Son dəqiqədə buraxılan qol planda yox idi. Üzərimizdə böyük təzyiq var idi. Çünki avrokuboklarda Azərbaycan komandaları arasında tək qalmışıq. Belədə oyunçuları hazırlamaq da asan olmur. “Linfild” də çox istəkli idi, müdafiə olunmaqdan həzz alırdılar. Onlar bura elə-belə gəlib çıxmayıblar”.

– Bu oyunun sizin üçün əhəmiyyəti nə dərəcədədir?

– Hər bir oyunun baş məşqçi üçün əhəmiyyəti böyükdür. Bilmirəm, 100-cü oyun olduğu üçünmü bu sualı verirsiniz. Mənim üçün “Səbail”lə qarşıdakı oyun da vacibdir. Daim futbolçuları qələbəyə kökləməliyik.

– Romero orta sahədə ümidləri doğrultdumu?

– Xaymenin mövqeyini dəyişmişdik. Çünki hücumda daha sürətli oynamaq istəyirdik. Sona qədər yaxşı oynadı.

– 6-cı dəfə qrupa düşdünüz. İlk uğur yadınızdadırmı?

– Çox yaxşı xatırlayıram. “Tvente” üzərində qələbədə göz yaşlarım olmuşdu. İndi daha təcrübəliyəm. İlk qələbənin ləzzəti fərqli olur. Hamı Çempionlar Liqasına vəsiqəni düşünürdü. Amma Avropa Liqasına düşməyin məsuliyyəti də var idi. Turnirə yaxşı hazırlaşanda və qalib olmaq istəyəndə əziyyət çəkirsən. Bunun bəhrəsini görəndə sevincli, görməyəndə kədərli olursan.

 Artıq qrupa düşmüsünüz. Transferlər gözlənilirmi?

– Bütün dünya klubları indi transferlərdən şikayət edirlər. Çünki hətta “Real”, “Barselona” da istədiyi oyunçuları ala bilmir. Xüsusən də, bizim oyun üslubuna malik oyunçu tapmaq çətindir. Bütün keyfiyyətlərin hamısının bir futbolçuda olması çətindir. Birində hansısa keyfiyyət çatmırsa, digəri onu sığortalamalı olur. Bəzən 3-4 transfer istədiyin kimi alınmır. Bu günə kimi bir neçə futbolçularla danışığımız olub. Son günə qədər bunu davam etdirəcəyik.

– Son iki ildə qrup oyunlarınızı BOS-da keçirmisiniz və azarkeşlər buna narazılıq bildirmişdilər. Budəfəki seçiminiz necə olacaq?

– Bəzi məqamlar var ki, bununla razılaşmalıyıq. Bu arena azarkeşlər üçün daha rahatdır. Hamısı Bakının stadionudur. Amma BOS-la “Tofiq Bəhramov”u futbolçular üçün eyni edə bilmərik. Mərkəzi arenanın oyunçular üçün daha rahat olduğunu deyə bilərik. Mövsümün əvvəlində “Dalğa Arena”da da oynamışıq. Bütün qərarlara normal yanaşmalıyıq. Qrup üçün mərkəzi arenanı sifariş etmişik. Düşünürəm ki, qrup oyunlarını burda oynayacağıq.

– Rəqibin baş məşqçisi dünən dedi ki, 1 milyon pulum olsa, Riçard, Zubir və Rahili alardım. Düşünmürsünüz ki, bu məbləğ azdı? Siz onlardan kimisə alardınızmı?

– Belə fikirlər eşitmək xoşdur. Aranızda normal diskussiya olub. Onlardan hansı futbolçuları istərdim? Belə fikirlər səsləndirməyi xoşlamıram. Çünki futbolçuları dərindən, gizlindən araşdırırıq. Futbolçularımız üçün təklif gəlsə, ondan sonra nəsə demək olar.

 Qrupda minimum hədəf nə olacaq?

– Püşkatmadan sonra deyə bilərik.

– Elə bir potensialınız var ki, indiyə qədər nümayiş etdirə bilməmisiniz və qrupda bunu görə bilərik?

– Futbolçu üzərində çox çalışmalıdır. “Qarabağ”ın futbolçularının oyununu yaxşılaşdırmağa, daha keyfiyyətli oyun göstərməyə potensialı var. Onlarla fərdi şəkildə də hazırlaşırıq. Qrup tam fərqlidir, ordakı rəqiblər də futbolçunu daha yaxşı, sürətli oynamağa məcbur edirlər. Çünki daha yuxarı səviyyə olacaq. İnşallah, qrupda daha sürətli və baxımlı oyun göstərə bilərik.

– Belə bir fikir formalaşıb ki, digər klubların uğursuzluğu Premyer Liqadakı rəqabətsizlikdən qaynaqlanır və “Qarabağ” topladığı təcrübə hesabına qrupa düşür…

– Təcrübə bu turnirdə oynamağa yetərlidir. Fikir bildirsəm, neqativ fikirlər səsləndirməliyəm. Bunu hər dəfə demək istəmirəm. İstərdim ki, daha imkanlı klublarımız, güclü çempionatlardan gələn futbolçular olsun. İlboyu belə tempdə oynamaq hamı üçün daha yaxşı olardı. İstəmərəm ki, çempionatı Avroliqadakı çıxışla əlaqələndirsinlər (matc.az).

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO