Maraqlı 13.03.2024 22:06

“Hayların Göyçə gölü sahilində yerləşmə sirri” - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə gəlmə ermənilərin məskunlaşdırılması ilə ərazisi zəbt edilən Kəvər rayonu haqqında süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Hayların Göyçə gölü sahilində yerləşmə sirri” adlı süjetdə tarixə etdikləri saxta müdaxiləni hər zaman böyük siysət kimi qələmə verən ermənilərin əsl mahiyyətinin təxribatçılıq, işğalçılıq və vəhşilik olduğu, hayların oğuz türklərinə məxsus ərazilərdə “köçürmə” adı ilə törətdiyi hadisələrdən bəhs olunur.

Bildirilir ki, indiki Ermənistanda, İrəvan xanlığının Göyçə mahalının ərazisində yerləşən Kəvər erkən orta əsrlərdə burada məskunlaşmış xəzərlərin Kəbər türk tayfasının adı ilə bağlıdır: “Kəvər rayonunda ulu keçmişimizin bir parçası olan Nərədüz abidə kompleksi mövcuddur və bura qədimdən türk-oğuz boylarının, qafqaz albanlarının vətəni olub. Kəvər ərazisinə 1829-1830-cu ildə Türkiyədən 2560 erməni köçürülüb. Hayların Göyçə gölü sahilində yerləşməsi nəticəsində bu oğuz yurdu müxtəlif vaxtlarda Yeni Bayazid adlandırılıb”.

Qeyd olunur ki, rəsmən 1930-cu il sentyabrın 9-da yaradılan Kəvər rayonu 1938-ci ildən Yeni Bayazid, yəni Nor Bayazid adını daşıyıb və respublika tabeli şəhər statusu alıb. 1959-cu il aprelin 13-nə qədər Yeni Bayazid rayonu, həmin tarixdən etibarən isə Kamo rayonu adlandırılıb. Göyçə yaylasının böyük bir hissəsi Kəvər rayonu ərazisinə düşür.

Diqqətə çatdırılır ki, 1948-1951-ci illərdə rayonun azərbaycanlı əhalisinin əksəriyyəti məcburən Azərbaycana köçürülüb: “1988-ci ildə rayon mərkəzinin,  eləcə də qədim kəndlərin yerli sakinləri olan azərbaycanlılar tamamilə qovulublar. Hazırda yalnız ermənilərin yaşadığı bu ərazilərdən oğuz türkləri didərgin salındıqdan sonra yer-yurd adlarının saxtalaşdırılmasına başlanılıb və rayon üzrə mərhələli şəkildə 15 tarixi yer adı dəyişdirilib. Nəhayət, Ermənistan parlamentinn 1995-ci il 7 noyabr tarixli qərarı ilə mərkəzi Kəvər, yəni Qavar olan Geqarkunik mərzliyi yaradılıb. Mərzliyə Kəvər, yəni Kamo, Çəmbərək, yəni Krasnoselo,  Basarkeçər, yəni Vardenis, Aşağı Qaranlıq, yəni Martuni rayonları, eləcə də Sevan şəhəri daxil edilib”.

Sonda vurğulanır ki, ermənilər Qərbi Azərbaycanın oğuz-türk yurdlarını yeni metod – mərzlik adı altında birləşdirib mənimsəyiblər: “Əminik ki, bu çirkin metodlarla qürurlanan ermənilərin sevinci uzun sürməyəcək, 35 ildir doğma yurd yeri həsrəti çəkən Qərbi azərbaycanlıların qayıdışı ilə kədərə çevriləcək”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında martın 13-də saat 19:30-da Baku Tv-nin efirində və 21:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO