İqtisadi 08.02.2020 18:20

Hədəf: Dördüncü Sənaye İnqilabında lider olmaqdır

Hazırda dünya iqtisadiyyatı Dördüncü Sənaye İnqilabına qədəm qoyub. Bu, özündə rəqəmsallaşmanı, texnologiyaların birləşməsini və fiziki, rəqəmsal və bioloji sferalar arasında sərhədlərin aradan qalxmasını səciyyələndirir.

Rakus.az xəbər verir ki, Azərbaycan da Dördüncü Sənaye İnqilabına ən yaxşı hazırlaşan ölkələrdən biri olmaq niyyətindədir. Artıq bu istiqamətdə mühüm addımlar atılır. Bu il yanvarın 21-də Prezident İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşündə Forumun ölkəmizdə regional mərkəzinin yaradılması ilə bağlı niyyət protokolu imzalanıb.

Belə mərkəzlər çox məhdud sayda ölkələrdə yaradılır və onların əsas məqsədi isə Dördüncü Sənaye İnqilabının səbəb olduğu çağırış və imkanların həyata keçirilməsidir.

Prezident İlham Əliyev Bakıda regional mərkəzin yaradılmasını əlamətdar hadisə, Azərbaycanın növbəti uğuru kimi səciyyələndirərək deyib: “Ölkəmizin əhəmiyyətini, rolunu və bizə olan münasibəti əks etdirən son hadisə Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində Davos Forumu ilə Azərbaycan arasında Dördüncü Sənaye İnqilabı üzrə Bakıda regional mərkəzin yaradılması hadisəsidir. Bu, çox əlamətdar hadisədir. Çünki Davos Ümumdünya İqtisadi Forumu dünyada birnömrəli Forumdur, bundan yuxarı yoxdur. Bu, həm siyasi, həm iqtisadi sahədə nömrə birdir və bu bölgədə, Cənubi Qafqazda, Orta Asiyada Azərbaycanı mərkəz kimi seçmək, əlbəttə, böyük hadisədir, mən və Forumun prezidenti niyyət protokolunu imzaladıq, indi işlər başlanacaq və Dördüncü Sənaye İnqilabında Azərbaycan lider olmalıdır”.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Natiq Əmirov AZƏRTAC-a müsahibəsində bu mühüm hadisənin əhəmiyyətini şərh edərkən deyib ki, belə bir mərkəzin Azərbaycanda yaradılması birbaşa Prezident İlham Əliyevin şəxsi iradəsi ilə bağlıdır. Beynəlxalq təşkilatlar Azərbaycanda həyata keçirilən texnologiyayönümlü, innovativ layihələri, ümumilikdə aparılan işləri yüksək qiymətləndirib. Çünki Azərbaycanda insan kapitalının inkişafı üçün çox böyük işlər görülüb. Son dövrlərdə aparılan islahatlar nəticəsində insan kapitalına diqqəti artırmaq, gənc kadrların, yeni düşüncə tərzinə malik insanların, yüksək təhsil almış, eyni zamanda, dünya iqtisadi və siyasi məkanında baş verənləri təhlil etməyə qadir gənclərin irəli çəkilməsinə xüsusi önəm verilir.

Qeyd edək ki, Dünya İqtisadi Forumunun regional mərkəzləri azsaylı ölkələrdə yaradılıb. İsrail, Cənubi Afrika Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, Kolumbiya və Səudiyyə Ərəbistanından sonra Azərbaycan Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Regional Mərkəzinin yaradıldığı altıncı ölkə olacaq. Dünya İqtisadi Forumunun Bakıda yaradılacaq Dördüncü Sənaye İnqilabı Mərkəzi, yeni texnoloji məhsulların implementasiyası, inkişaf etməkdə olan texnologiyalarla əlaqəli problemlərin həlli və sektorlararası əməkdaşlığın sürətləndirməsi üçün tərəfdaşlıq platforması olacaq. Mərkəz həm tərəfdaş dövlətlərə, həm də özəl sektor nümayəndələrinə informasiya texnologiyaları sahəsində çevik həll yolları təklif edib, regionda miqyaslı tətbiqinə dəstək verəcək.

Dördüncü Sənaye İnqilabı miqyası, həcmi və mürəkkəbliyi baxımından bəşəriyyətin bütün əvvəlki təcrübələrinin heç birinə bənzəmir. Qarşıda bizi süni intellekt, robot-avtomobillər, nanotexnologiya, biotexnologiya və sair daxil olmaqla ən geniş sahələrdə heyrətamiz texnoloji sıçrayış gözləyir.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO