skip to Main Content
İdman 07.10.2025 08:10

İkinci turun mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO - VİDEO

Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi, eləcə də Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə sentyabrın 27-dən noyabrın 8-dək keçirilən şəhid jurnalistlərin xatirəsinə həvəskar komandalardan ibarət 4-cü Ənənəvi Minifutbol Turniri davam edir.

Rakus.az xəbər verir ki, oktyabrın 4-5-də – ötən şənbə və bazar günü ikinci tur çərçivəsində A qrupu üzrə “APA” və “Baku WS” görüşüb. Matç 6:2 hesabı ilə “APA”nın xeyrinə tamamlanıb. Bu nəticədən sonra A qrupunda iki dəfə məğlub olan  “Baku WS” turniri tərk edib. Üç xala sahib olan “Real TV” ilə “APA” oktyabrın 11-də saat 23:00-da 3-cü tur çərçivəsində qrupun liderliyi uğrunda tər tökəcək.

Bakı Tennis Akademiyası

04 Oktyabr

II tur – A qrupu

22:00 “APA” – “Baku WS” – 6:2

Qollar: Uluçay Məmmədov 3, Əlirza Əlirzalı, Rasim Sultanzadə, Əmir Quluzadə.

Şahin Həbibov 2.

xxx

Saat 23:00-da B qrupunda  “Baku TV” ilə “AZƏRTAC” qarşılaşıb. Televiziya təmsilçilərinin 2:1 hesablı qələbəsi agentlik komandasını turnirdən kənarda qoyub. Qrupun son oyunu oktyabrın 12-də “AzTV” ilə “Baku TV” arasında baş tutacaq və qrupun lideri bəlli olacaq.

Bakı Tennis Akademiyası

04 Oktyabr

II tur – B qrupu

23:00 “Baku TV” – “AZƏRTAC” – 2:1

Qollar: Nurani İsgəndərov, Seymur Əliyev,

İlkin Cavanşirov

Qarşılaşmaları AFFA-nın hakimləri Mahir Məmmədov və Elgün Hüseynov idarə ediblər.

 

 

xxx

Oktyabrın 5-də C qrupunda “Yurd.Media”  “Zəfər 44” komandaları qarşılaşıb. “Zəfər 44″ 4:2 hesablı qələbə qazanmaqla növbəti mərhələyə çıxmaq şansını artırıb. Bu nəticədən sonra qrupdakı vəziyyətə  “Yurd.Media” ilə “Dəmir Yumruq” qarşılaşmasından sonra aydınlıq gələcək.

 

Bakı Tennis Akademiyası

05 Oktyabr

II tur – C qrupu

22:00 “Yurd.Media” – “Zəfər 44” – 2:4

Qollar: Babək Əliyev 3, Ramin Teyubov

Asif Nərimanlı, Eltac Nurullazadə

Sarı kart: İlkin Muradov (Yurd.Media)

 

 

xxx

Saat 23:00-da D qrupunun ikinci oyununda “Veteranlar” “Vətən” ilə sahəyə çıxıb. Gərgin mübarizə şəraitində keçən oyunda tərəflər yaşıl meydandan 1:1 hesablı sülhlə ayrılıblar. Bu nəticədən sonra növbəti mərhələyə çıxmaq üçün maraqlı vəziyyət yaranıb. “Veteranlar” 2 xalla qrup lideri olsalar da bu vəziyyət qrupun son oyununda dəyişə bilər. Belə ki, hərəyə bir xal toplayan “İctimai TV” və “Vətən” komandaları qrupda qalma mübarizəsi aparacaqlar.

 

Bakı Tennis Akademiyası

05 Oktyabr

II tur – D qrupu

23:00 “Vətən” – “Veteranlar” – 1:1

Qollar: Ramiz Vəlizadə – (“Veteranlar”)

Azər Hüseynov – “Vətən”

 

Oyunları AFFA-nın hakimləri Kənan Məlikov və Vüsal Balaşov idarə ediblər.

 

xxx

Növbəti oyunlar oktyabrın 11-12-də – şənbə və bazar günləri keçiriləcək.

11 oktyabr

A qrupu 23:00 – “Real TV” – “APA”

B qrupu 22:00 – “İctimai TV” – “Vətən”

12 oktyabr

D qrupu 22:00 – “Baku TV” – “AzTV”

C qrupu 23:00 – “Yurd.Media” – “Dəmir Yumruq”

xxx

Hazırda bombardirlər siyahısına 4 qolla Babək Əliyev (“Zəfər 44”) rəhbərlik edir. Onu 3 qolla Ramiz Vəlizadə (“Veteranlar”), Mahir Qafarov (“AzTV”), Ulucay Məmmədov (“APA”)  və Elmir Məlikov (“İctimai TV”) izləyir.

 

 

 

 

 

XƏBƏR LENTİ
İdman / 07.10.2025 08:10
İkinci turun mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO - VİDEO
Müsahibə / 06.10.2025 23:06
“Ermənilər Fərqanədə 35 min özbək türkünü qətlə yetiriblər” - VİDEO
İdman / 06.10.2025 02:06
“Zəfər 44” qələbə qazandı, “Vətən” isə heç-heçə etdi - FOTO - VİDEO
İdman / 05.10.2025 09:22
“Yurd.Media”-“Zəfər 44”ə, “Vətən” isə “Veteranlar”a qarşı
İdman / 05.10.2025 02:25
“APA” və “Baku TV” qələbə qazanıb - FOTO - VİDEO
Mədəni / 04.10.2025 23:21
“Azərbaycan mətbəxi: sufi və dərviş süfrələri” - VİDEO
İdman / 04.10.2025 08:42
“APA”-“BakuWS” və “Baku TV”-“AZƏRTAC” duelə çıxır
Siyasi, Sosial / 03.10.2025 23:18
“Milli yaddaşımızdan erməni xisləti heç vaxt çıxmayıb” - FOTO - VİDEO
Sosial / 03.10.2025 14:16
Andranikin şəkilini qoparıb atırdıq – Avtandil Məmmədovun “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
İdman / 03.10.2025 09:22
Həftə sonu 8 komanda münasibətlərə aydınlıq gətirəcək - FOTO
Siyasi, Təhlil / 02.10.2025 23:32
Alma-Ata Bəyannaməsi niyə İrəvanı həyəcanlandırır? - VİDEO
Siyasi / 02.10.2025 14:22
“Ermənistan 20-25 ilə yox olacaq” – ANONS
Siyasi, Sosial / 01.10.2025 23:42
“Sovetlərin Ankaraya qarşı ideoloji aləti: “erməni kartı”nın yaranması, yayılması və bugünkü iflası” - VİDEO
Siyasi / 01.10.2025 14:22
Türkiyəyə qarşı “erməni kartı” – ANONS
İdman / 01.10.2025 08:22
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
Siyasi, Sosial / 30.09.2025 23:29
Baba bulaq, Babakişi, Babaxan toponimi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 30.09.2025 18:44
“Sülh sazişi ilin sonunadək imzalana bilər” - VİDEO
Sosial / 30.09.2025 14:22
Məhv edilən Baba mənşəli toponimlər – ANONS - VİDEO
Müsahibə / 30.09.2025 13:22
ABŞ və Çin Azərbaycanla əməkdaşlığa can atır – ANONS - VİDEO
İdman / 30.09.2025 08:03
Turnirin ilk həftəsi – yaddaqalan mənzərə - FOTO
Sosial / 29.09.2025 23:00
“Samuxda 6225 Qərbi azərbaycanlı məskunlaşıb” - VİDEO
Gündəm, İdman / 29.09.2025 16:14
İlk həftənin mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO
İdman / 29.09.2025 09:25
“Dəmir Yumruq” qələbə qazandı, “İctimai TV” heç-heçə etdi - FOTO - VİDEO
İdman / 28.09.2025 10:10
“Dəmir Yumruq” “Zəfər 44″, “Cəmiyyət” isə “Veteranlar”la görüşür
İdman / 28.09.2025 09:52
“Real Tv” və “Az TV” tura qələbə ilə başlayıb - FOTO
İdman / 28.09.2025 08:22
Bakıda 4-cü Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
Back To Top
×Close search
Axtar