Xatirə turnirində yarımfinalçılar həftəsonu duelə çıxır - FOTO
Zəfər Günü (8 Noyabr) münasibətilə həftəsonu – oktyabrın 30-da şəhid jurnalist Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə keçirilən həvəskar komandalardan ibarət Ənənəvi Futbol Turnirində yarımfinal oyunları başlayır.
Rakus.az xəbər verir ki, ilk olaraq saat 9:30-da A qrupunun lideri “Ardanış” ilə B qrupunun 2-cisi “Novoivanovka” qarşılaşacaq.
Eyni gücə sahib olan hər iki komanda adını finala yazdırmaq üçün tər tökəcək.
Bu görüşdən sonra B qrupunun birincisi “Ada Təpə” A qrupunun ikincisi “Göyçə”ni sınağa çəkəcək. Bu komandaların da güc balansı demək olar, eyni qiymətləndirilir. Oyunların kimin üçün fərq və həyacan yaradacağı maraq doğurur.
Bu görüşlərin nəticəsində noyabrın 6-da final və 3-cü yer uğurunda keçiriləcək oyunlarda mübarizə aparacaq komandalar məlum olacaq.
Heyətləri belədir:
“Ardanış” – Elvin İsmayılov, Elşən Nəsibov, Emin Ələsgərov, Emin Qasımov, İmaməddin Zeynalov, Ramiz Hüseynov, Azər Hüseynov, Tarik Qasımov, Namik Həsənov, Allahyar Musayev, Vaqif Həsənov, Taleh Muradov, Əsgər İbrahimov
Məşqçi Telman Məhərrəmov
“Novoivanovka” – Emil Bayramov, Vüsal Hüseynov, Ayxan Abbasov, Emin İmaməliyev, Elçin İsmayılov, Qasım Məmmədov, Rakif Əliyev, Murad Natiqoğlu, Vasif Əliyev, Rafiq Həsənov, Samir Əliyev, Etibar Məhərrəmov, Malik Löymanov, Rasim Həsənov
Məşqçi Yaşar Vəliyev
“Ada Təpə” – Natiq Vəliyev, Rövşən Məhərrəmov, İsrail İsmayılov, Heydər Xudayev, Şükür Məmmədalıyev, Araz Qurbanov, Xəlil Xudayev, Aqil Qurbanov, Zaur Hüseynov, İsa İsayev, Toğrul Süleymanov, Hüseyn Kazımlı, Etibar Alıyev
Məşqçi Bayram Süleymanov
“Göyçə” – İlkin Ağayev, Məcnun Məmmədov, Əfqan Əliyev, Şirazi Rüstəmoğlu, Cəlal Məmmədov, Mikayıl Səfərov, Səhman Xasıyev, Xəqani Mazanov, Ramin Şahmaroğlu, Samir Həsənov, Nəriman Həsənov, Cavanşir Nəsirli, Xamis Hacıyev
Məşqçi Məhəmməd İsmayılov
Ounlar saat 09:30-da “Vətən” İdman Klubunun stadionunda ardıcıllıqla baş tutacaq.
Komandaların xal durumu belədir:
Xatırladaq ki, Ardanış Futbol Akademiyasının təşkilatçılığı ilə keçirilən turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, Məhərrəm və Siracın timsalında şəhid olan igidlərimizin öz peşələrindən əlavə, idmana olan marağını gənclərə aşılamaq, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.
“Sultan keramik” və “Bee Tours”un sponsorluğu, “Mister Tum”un tərəfdaşlığı ilə keçirilən Ənənəvi Xatirə Turnirinə informasiya dəstəyini “Report” İnformasiya Agentliyi və Rakus.az saytı verir.