Həmsədrlər XİN başçılarını bu gün görüşdürür
Bu gün Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrləri və fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə görüşünün keçirilməsi nəzərdə tutulur.
Rakus.az xəbər verir ki, bu barədə aprelin 20-də Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qupunun həmsədrləri İqor Popov (Rusiya), Endryu Şafer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə videobağlantı formatında görüşündə razılaşdırılıb.
Görüş videobağlantı formatında baş tutacaq.
E.Məmmədyarov ilə görüşdə tərəflər hazırda COVID-19 pandemiyası ilə mübarizə aparıldığı bir vaxtda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin irəli aparılması yollarını müzakirə olunub.
Mövcud vəziyyətin sülh danışıqlarının davam etdirilməsinə maneə olmamasının vacibliyi vurğulanıb.