Siyasi 18.10.2019 12:02

Həmsədrlərə bütün tələblərimizi, istəklərimizi çatdırdıq – Tural Gəncəliyev

“Prezident İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubundakı “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı bir daha Dağlıq Qarabağ məsələsinin gündəmdə olduğunu və bizim torpaqlarımıza qayıdacağımız günün yaxında olduğunun göstəricisidir”.

Rakus.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) təşkil edilən “Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusundakı dəyirmi masada Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev bildirib.

T.Gəncəliyev qeyd edib ki, İcma fəaliyyətini aktiv davam etdirir: “İstər ölkə daxilində, istərsə də ölkə xaricində intensiv görüşlərimiz olur. Artıq ikinci dəfədir, ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüş keçiririk. Sonuncu görüş dünən baş tutub. Həmsədrlər bizimlə görüşdən dərhal sonra bəyanat verdilər. Bəyanatda Dağlıq Qarabağın Azərbaycanlı İcması ilə də görüş keçirdiklərini qeyd etdilər. Bizim İcmanın münaqişənin maraqlı tərəfi kimi bəyanatda qeyd edilməsi və münaqişənin maraqlı tərəfi olaraq ermənilərin saxta iddiaları, arqumentlərinə əks olaraq həmsədrlərin bəyanatında il ərzində ikinci dəfə qeyd olunması onu göstərir ki, ermənilərin saxta iddiası qəbul olunmur. Biz münaqişənin maraqlı tərəfi kimi mövcuduq, ona görə də həmsədrlərin bizimlə görüşü xüsusilə Qarabağ separatçılarının böyük narahatlığına səbəb olub. Onlar müxtəlif bəhanələr, iddialar irəli sürməklə bizim İcmanın həmsədrlərin bəyanatında qeyd olunmasını həzm edə bilmirlər”.

İcma sədri qeyd edib ki, informasiya müharibəsində, danışıqlarda, müzakirələrdə daha fəal iştirak etməliyik: “Biz dünən həmsədrlərə bütün tələblərimizi, istəklərimizi çatdırdıq. Qeyd etdik ki, dəfələrlə erməni icması ilə görüş və dialoq aparmaq üçün müraciət etmişik. ATƏT-in Minsk Qrupu da bu mesajı dəfələrlə onlara çatdırıblar. Ancaq erməni icması hələ də bizimlə görüşə reaksiya verməyib. Bütün beynəlxalq ictimaiyyət qəbul edir ki, Azərbaycanın Qarabağ bölgəsində əvvəl-axır iki icma bir yerdə yaşamalıdır. Bunu erməni icması da gözəl başa düşür. Ancaq onların bizimlə birgə yaşamaq istəməmələri, məhz qeyri-konstruktiv niyyətlərindən xəbər verir. Biz bu məsələni açıq şəkildə həmsədrlərin qarşısında qoyduq ki, əgər onlar keçmişdə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində bizimlə bir yerdə yaşayıblarsa, nəyə görə adi bir dialoq qurmaqdan imtina ediblər? Bu, bir daha Ermənistan rəhbərliyinin və qondarma rejimin qeyri-konstruktiv mövqeyi və təcavüzkar tərəf olduğunun göstəricisidir. Biz eyni zamanda həmsədrlərə işğal olunmuş ərazilərdə dağıdılmış mədəni-tarixi və dini irsimizin vəziyyəti haqqında məlumat verdik və tələb etdik ki, buna son qoyulmalıdır. Məsələn, son günlər Şuşada yerləşən Qarabağın əsas simvollarından biri olan “Gövhərağa” məscidinin “təmir” işlərinin başa çatması, onun fars məscidi adı altında təqdim edilməsi bizim böyük etirazımıza səbəb olub. Biz bir daha həmsədrlərə bildirdik ki, bu, Azərbaycan tarixinin saxtalaşdırılmasına yönələn bir addımdır və onlar ermənilərə təsir etmədilər ki, bu qanunsuz, cinayətkar fəaliyyətlərinə son qoysunlar. Ümid edirik ki, İran tərəfi də bundan bir nəticə çıxaracaq və müvafiq addımlar atacaq ki, orada təmir-bərpa işlərində iştirak edən İran şirkəti gələcəkdə bu məsələlərə daha ehtiyatlı yanaşsın, bizim Dağlıq Qarabağdakı irsimizin dağıdılmasında və gizlədilməsində iştirak etməsin”.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO