Gündəm 24.09.2025 11:30

Həqiqət carçısı “Haber Global” 7 yaşını qeyd edir

Bu gün regional və beynəlxalq informasiya məkanında mühüm rol oynayan “Haber Global” telekanalının fəaliyyətə başlamasından 7 il ötür.

Rakus.az xəbər verir ki, Türkiyə teleməkanında qısa zaman kəsiyində böyük uğur qazanan “Haber Global” 2018-ci il sentyabrın 24-də yayıma başlayıb. Bu xəbər telekanalı fəaliyyət göstərdiyi ilk gündən etibarən Azərbaycan həqiqətlərini və maraqlarını qoruyaraq bütün mühüm mövzuları daim diqqət mərkəzində saxlayır, müntəzəm olaraq ölkəmizlə bağlı həqiqətləri operativ şəkildə geniş tamaşaçı auditoriyasına təqdim edir. Telekanalın yayımladığı proqramlar və xüsusi layihələr Türkiyə və Azərbaycanda geniş izləyici kütləsinin rəğbətini qazanıb. Xüsusilə, Vətən müharibəsi dövründə Azərbaycana göstərdiyi informasiya dəstəyi ilə “Haber Global” həm Türkiyə, həm də Azərbaycan tamaşaçılarının yüksək qiymətləndirdiyi kanallardan birinə çevrilib.  Kanalın İkinci Qarabağ müharibəsi zamanı cəbhə xəttində baş verən hadisələri, erməni separatçılarının dinc əhaliyə qarşı hücumlarını dünya ictimaiyyətinə çatdırılmasında əvəzsiz rolu olub. “Haber Global” Azərbaycan və Türkiyə arasındakı dostluğun və iş birliyinin inkişafına özünəməxsus töhfələr verib. Kanalın təcrübəli və peşəkar komandası azərbaycanlı jurnalistlərə mütəmadi təlimlər keçərək öz bilik və bacarıqlarını onlarla bölüşüb. Bu illər ərzində “Haber Global”da yayımlanan verilişlər böyük tamaşaçı marağına səbəb olaraq auditoriyasını Türkiyə və Azərbaycanda daha da genişləndirib. Bu günə kimi televiziyanın istehsalı olan bir sıra layihələr müxtəlif yerli və beynəlxalq festivallarda yüksək qiymətləndirilərək mükafatlara layiq görülüb.

“Haber Global” telekanalının kollektivini 7 illik münasibətilə təbrik edir, yaradıcılıq uğurları arzulayırıq!

 

XƏBƏR LENTİ
Gündəm / 25.09.2025 11:30
Şəhid jurnalistlərin xatirəsinə 4-cü Ənənəvi Futbol Turniri başlayır - FOTO - VİDEO
Siyasi, Sosial / 24.09.2025 23:36
“Əvvəl erməni, sonra xristian” erməni kimliyinin əsas şüarıdır
Siyasi, Sosial / 24.09.2025 14:22
Ermənilərin gizli kilsə siyasəti – ANONS
Gündəm, Mətbuat / 24.09.2025 11:30
Həqiqət carçısı “Haber Global” 7 yaşını qeyd edir
Siyasi, Sosial / 23.09.2025 22:01
Aşirabad və Aşnak toponimi – türk tarixinin izi - VİDEO
İqtisadi, Müsahibə / 23.09.2025 18:35
“Ermənistanın kənd təsərrüfatı məhsulunun 70%-ni azərbaycanlı əhali təmin edib” - FOTO - VİDEO
Sosial / 23.09.2025 14:22
Adı V əsrdə xatırlanan kənd – ANONS - VİDEO
Müsahibə, Sosial / 23.09.2025 13:35
“Ermənistanın yırtıcı mədənçilik təcrübələri var” – ANONS
Müsahibə / 22.09.2025 23:55
“Qaraqoyunlular Dəniz xandan törəyənlərdir” - VİDEO
Elm və təhsil, Gündəm / 22.09.2025 12:00
Tibb elminin cəfakeşi – professor Məhəmməd Kərimovun yubiley portreti  - FOTO
Mədəni, Sosial / 20.09.2025 23:51
“Çingizxan sarayından İrəvana uzanan dad” - VİDEO
Siyasi, Sosial / 19.09.2025 23:26
“Sonrakı həyatımız Xocalı, Quşçular, Malbəyli faciəsi ilə bağlı oldu” - FOTO - VİDEO
Sosial / 19.09.2025 14:22
“Nənəm ermənilərə gavır deyirdi” – İsmayıl Ağayevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 18.09.2025 23:44
Ermənistan ordusu ixtisar edilir: addım-addım Zəngəzura doğru - VİDEO
Təhlil / 18.09.2025 14:22
Qərbi Azərbaycanla bağlı razılıq var – ANONS - VİDEO
Elm və təhsil, Siyasi / 17.09.2025 23:36
“Erməniləri qorumaq üçün Rusiyanın müdaxilə imkanları yarandı” - VİDEO
Siyasi / 17.09.2025 14:22
“Urartu dövləti ermənilərə aid deyil” – ANONS - VİDEO
Siyasi, Sosial / 16.09.2025 23:50
Aşağı Çəmbərək, Aşağı Şipirxan, Aşağı Şəhərcik, Aşağı Şorca – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 16.09.2025 18:29
“NATO nəzəri olaraq Rusiyaya qarşı hərəkətə keçə bilər” - VİDEO
Sosial / 16.09.2025 14:45
“Adı qədim xəritəyə yazılan məkan” – ANONS - VİDEO
Müsahibə / 16.09.2025 13:22
“Ermənistan rəhbərliyi səhvini düzəldir” – ANONS
Müsahibə / 15.09.2025 23:57
“Şəki kəndinin adı Sak tayfasının adı ilə bağlıdır” - VİDEO
Elm və təhsil / 15.09.2025 15:15
Sonbeşiyin yaratdığı sevinc – Pəricanın ilk məktəb günlüyü - FOTO
Mədəni / 13.09.2025 22:02
“Torpağa qayıdan xalq mətbəxini də geri gətirir” - VİDEO
Siyasi, Sosial / 12.09.2025 21:42
“Amağuya 20 maşın erməni saqqallıları dolmuşdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 12.09.2025 14:22
“İtmiş Vətən həsrəti” – Elmira Hüseynovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO