İqtisadi 18.10.2020 13:20

Hərbi təxribatlar Ermənistana nə qədər ziyan verdi? - FOTO

Bu ilin sentyabr ayının 27-də Ermənistanın Azərbaycana qarşı təcavüzünə cavab olaraq, ordumuzun başladığı əks-hücum hərəkatı Ermənistanın dağ-mədən sənayesinin çöküşünü sürətləndirib. Belə ki, təkcə Azərbaycanla sərhəddə yerləşən “Sotk” qızıl mədəninin tamamilə dayanması ümumilikdə ölkənin dağ-mədən sənayesinin istehsalına əhəmiyyətli təsir göstərəcəyi gözlənilir.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzindən məlumat verilib.

Məlumatda bildirilir ki, Ermənistanın mədənçıxarma sənayesi 2019-cu ildə ÜDM-in formalaşmasında 2.8 faizlik paya malik olub.  Belə ki, 2019-cu ilə Ermənistanın cəmi ixracı 2,6 milyard ABŞ dolları olub və onun 16 faizini qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar və onlardan hazırlanan məmulatların ixracı 415 milyon ABŞ dolları təşkil edib. Qiymətli və az qiymətli metallar və onlardan hazırlanan məmulatlar Ermənistanın ixracının dörddə birindən çoxunu təşkil edir. Bu sənaye Ermənistana valyuta gətirən önəmli sahədir.

Ermənistandan qiymətli və az qiymətli metallar və onlardan hazırlanan məmulatların  ixracı, milyon ABŞ dolları ilə. 

Əlavə olaraq, “Sotk”un Ermənistanın ən böyük qızıl mədəni olduğu vurğulanıb. Bu mədən Azərbaycanla sərhəddə yerləşir. Ermənistan tərəfi “Sotk” mədəni ilə yanaşı həm də qanunsuz olaraq Azərbaycan ərazisindəki Söyüdlü – Zod qızıl mədənini də istismar edir. Murovdağ zirvəsinin azad olunmasından dərhal sonra Ermənistan “Sotk” mədənində işləri dayandırdığını bildirdi. Bununla yanaşı Ermənistanda hərbi səfərbərliyin başlaması və ölkənin digər mədənlərində də işlərin yavaşlamasına səbəb olub. Çünki mədənlərdəki işçi qüvvəsi əsasən kişilərdir və onlar səfərbərlik çərçivəsində orduya cəlb olunurlar.

İlkin hesablamalara görə, savaşın davam etdiyi üç həftə ərzində Ermənistan iqtisadiyyatı təkcə dağ mədən sənayesində yaşanan problemlər səbəbindən təxminən 20 milyon ABŞ dollarından çox zərər edib. Təbii ki, azalma məhz bu sektor üzrə ixracın da azalmasına əhəmiyyətli dərəcədə təsir göstərəcək. Eyni zamanda, dağ-mədən sənayesində fəaliyyət göstərən şirkətlər ölkənin iri vergi ödəyiciləridirlər və bu sahədə istehsalın geriləməsi Ermənistanın dövlət büdcəsinin gəlirlərinin azalmasına da səbəb olacaq.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS