Gündəm 08.02.2023 19:00

“Həyat hekayəsi” – Qərbi Azərbaycan Xronikası – TAM MƏTN

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində “Həyat hekayəsi verilişi hazırlanıb.

Rakus.az xəbər verir ki, Qərbi Azərbaycandan qaçqın düşmüş jurnalist Əsgər İbrahimovun həyat hekayəsinə həsr olunan verilişi “ERMƏNİLƏR AZƏRBAYCANLI JURNALİSTİN AİLƏSİNİ NECƏ PARÇALADI? adı ilə YouTube kanalında izləyə bilərsiniz.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

İlk süjet bu il yanvarın 30-da saat 22:00-da QATARLARLA SƏRVƏTİ DAŞINAN QƏRBİ AZƏRBAYCAN adı ilə Baku Tv-nin efirində göstərilib.

Süjetdə Qərbi Azərbaycanın tarixi oğuz-türk yurdu olduğu faktlarla göstərilir, ermənilərin Qarabağda, eləcə də hələ Qərbi Azərbaycandan son deportasiya başlamışdan əvvəl Göyçə mahalının bir çox oğuz-türk məskənlərindən olan, yeraltı və yerüstü sərvətlərlə zəngin Çəmbərək (Krasnoselsk) rayonunun Ardanış kəndindəki “Dağ yeri”, “Güllərin döşü”, “Kəvəkli dərə”, “Çalın daşı”, “Kollu quzey”, “Qara Güney”, “Şah ocağı” adı ilə tanınan ərazinin necə talan edilib viran qoyulmasından, ekoloji terrorundan söz açılır.

TAM MƏTN

Əsgər İbrahimov- Qərbi Azərbaycandan qaçqın:

“Qərbi Azərbaycan bizim ana torpağımızdır, qədim oğuz-türk yurdumuzdur. Oranı xatırlamamaq mümkünsüzdür. Mənim uşaqlığım o torpaqda başa çatıb və uşaqlıq illərimi çox gözəl və yaxşı xatırlayıram. Bizim zona ərazi olaraq Göyçə mahalı adlanır. Göyçə mahalı qədim Azərbaycan- oğuz yududur. Çox strateji, zəngin təbiəti olan bir məkandır. Əlbəttə, bizim zonada sırf azərbaycanlılar olduğu üçün, türklər yaşadığı üçün ermənilərin törətdiyi faciələrdən həmişə bizə danışıblar.

Atamın anası Pəri nənəm 1915-ci il doğumlu idi. O bizə o dövrdə baş verən erməni vəhşiliyindən danışırdı. 1918-ci il hadisələrində bacısı Məsmənin, yəni atamın xalasının heç 1 yaşı tamam olmayıb. Xəbər gəlib ki, ermənilər kəndə hücum edir, hamı qaçmağa başladı. Deyirdi ki, biz də Şah Ocağına doğru qaçdıq. Hündürlüyü, təxminən, 150 metrdən çox olardı. Rəhmətlik nənəm danışırdı ki, Şah Ocağına çatmamış “Kilsəlinin içi” deyilən yer var idi, orada Alban kilsəsi olduğu üçün belə adlanırdı, – orda görürlər ki, Məsmə yoxdur, yaddan çıxıb evdə qalıb. Nəhayət, böyük qardaşları Məhəmmədəli geri qayıdıb çox çətinliklə, bir təhər uşağı götürüb. Bax, ermənilər bu qədər talatümlü vahimələr yaşadıblar.

Hamı bilir ki, ermənilər ora köçmədir. Bunu bütün faktlar, tarixçilər, erməni mənbələri bunu çox aydın göstərir ki, ermənilər orada yaşamayblar. Kənddən avtomobillər, maşınlar rayona gedirdi, şüşəsini sındırırdılar. İrəvan şəhərinə gedənlər üçün çox çətin idi. Şəhərə yaxın olan Zəngibasar zonası bütün azərbaycanlı olduğu üçün onlara daha böyük zülm verilib. Hətta onları enli, həcmi böyük olan borulara doldurub, iki tərəfini qaynaq edib yandırmışdılar. Belə faciələr baş vermişdi.

İrəvan mahalı, əsasən Zəngibasar zonası, şəhərə yaxın olan ərazilərdə çox dəhşətli hadisələr olurdu və o xəbərlər bizə gəlirdi. Bakıdan da vahiməli xəbərlər gəlirdi.

Mən 1988-ci ildə 10-cu sinifdə oxuyurdum. Həmin il noyabrın 5-də bacımın yoldaşı məni Şəmkirə, Yeni kəndə apardı. Atam evin son beşiyi rəhmətlik şəhid jurnalist Məhərrəm və ondan böyük qardaşım Ələsgər Gədəbəyə göndərdi. Böyük qardaşım Əkbər Saxalində hərbi xidməttə idi, heç bir məlumat yox idi. Bacılarımın biri Bakıda, biri o rayonda, biri bu rayonda, biri də İrəvanda texnikumunda oxuyurdu. Onu da Xırdalana bacımın yanına göndərdilər. Ailə pərən-pərən düşdü. Təsəvvür edin, ata-ana orda qalıb, biz hərəmiz bir yerdə, bir-birimizdən heç bir məlumat yoxdur.

O zaman yollarda bizi çox incitdilər, çox çətinliklə gəldik. Yol boyu yeznə göstərirdi ki, bax görürsənmi ermənilər maşını necə vurub, yandırıblar. Mən o mənzərəni görmüşəm. Nəhayət, biz 1989-cu ildə Bakıda bir yerə yığışa bildik. Böyük qardaşımız da əsgərlikdən gəldi.
Novruz bayramı bizim zonadakı kimi heç bir yerdə möhtəşəm keçirilmirdi.
Dağın döşündə göyəm deyilən kol bitirdi. Biz o kolları elə yandırırdıq ki, uzaqdan “Novruz bayramınız mübarək olsun” aydın şəkildə oxunurdu. Bu mənzərə Göyçə gölünün o üzündən, Kəvərdən (indiki Kamo) aydın görünürdü, erməniləri dəhşət bürüyurdü.

Ermənilər həmişə neqativ olublar, həmişə əngəl axtarıblar ki, türkləri, azərbaycanlıları hansı yolla, necə məhv etsinlər.

Bu saz mənim genetik kodumdur. Bizim toplumun, Qərbi Azərbaycanın əksər mahallarının genetik kodu budur. Həmişə uşaqlarıma da bunu öyrədirəm. Çox maraq göstərirlər, ifa etmək istəyirlər.

Göyçə mahalının tanıdılması məhz Aşıq Ələsgərin adı ilə bağlıdır. Onun müəllimi, ustad olan rəhmətlik Aşıq Alı saz haqqında deyir:

Dühasıynan, nizamıynan, səsiynən,
Elin hüzurunda dayandı sazım.
Nə naqisdi, nə qovğakar, nə zalım.
Nuhi Nəbiyyidən əyyandı sazım!

Dədə Ələsgər isə Göyçə haqqında belə yazıb:

Sən mənim vətənim ana yudumsan,
Həmişə dilimdə sözüm, a Göyçə!
Gözəl mənzərəli, xoş səfalısan,
Səndən necə doyum, bezim a Göyçə!

Kəndimiz, evimiz, otaqlarımız, həyətimiz, məhəllələr, yollar, izlər, bulaqlar, kəndin sakinləri hamısı gözümün qabağındadır.

Heç vaxt pessimist olmadım. Ana babam 1918-20-ci illərdə daşnaklara qarşı mübarizədə Məşədi Hümbət kişinin yanında olub, sonra dünyasını dəyişib. Ata babam 1943-cü ildə Böyük Vətən Müharibəsində qəhrəmancasına, rəşadət göstərərək həlak olub. Qardaşım Ələsgər 1-ci Qarabağ savaşında əlil olub, 2-ci Qarabağ savaşında, kiçik qardaşım Məhərrəm jurnalist kimi fəaliyyətini yerinə yetirərkən erməni terrorunun qurbanı olub, şəhidliyə ucalıb. İtkilərim çoxdur, bunu unuda bilmərəm. Amma pessimizmə də qapılmıram.

Millətin rəhbəri olanda, rəhbər millətini, xalqını sevəndə istənilən hədəfə nail olmaq mümkündür.

Mən bunu tam əminliklə deyirəm. Bu gün Azərbaycan rəhbərinin strategiyası bəllidir. Mən indi Prezident İlham Əliyevə, cənab Prezidentə necə təşəkkür etməyim ki, həsrətində olduğum Vətəni qarşıya hədəf qoyub. Mən bu hədəf üçün cənab Prezidentə gücümüz daxilində kömək etməliyik, yerimi-yurdumu danışmalıyam, göstərməliyəm, xatırlatmalıyam, deməliyəm. Biz toplum olaraq ona dəstək olacağıq.

Hörmətli Prezident İlham Əliyev sərkərdə adını zatən 2-ci Qarabağ savaşında qazandı. İnşallah, onun Qərbi Azərbaycan uğrunda nailiyyətindən sonra cənab Prezidenti Göyçədə Novruz tonqalına dəvət edəcəyik. Bu, ən böyük arzumuzdur”.

XƏBƏR LENTİ
İqtisadi / 16.02.2023 10:47
Əli Hüseynli: “Mingəçevir bölgənin enerji habına çevriləcək”
Müsahibə / 16.02.2023 01:10
Qərbi Azərbaycan Xronikası: Ermənistan tarixi Azərbaycan torpaqlarında qurulub - FOTO - VİDEO
Hadisə / 16.02.2023 01:04
Qərbi Azərbaycan Xronikasında ermənilərin Azərbaycan torpaqlarına köçürülməsindən danışılıb - VİDEO
Gündəm, Video müsahibə / 15.02.2023 21:58
Doğulmamış azərbaycanlıları öldürən ermənilər - VİDEO
Müsahibə, Siyasi / 15.02.2023 18:21
Qərbi Azərbaycan Xronikası: Pofessor İbrahim Bayramov ilə müsahibə – ANONS
Gündəm, Mətbuat / 09.02.2023 14:32
Jurnalist: “Prezidenti Göyçədə Novruz tonqalına dəvət edəcəyik”
Mətbuat / 09.02.2023 14:20
Qərbi Azərbaycan xronikası: Ermənilər azərbaycanlı jurnalistin ailəsini necə parçaladı? - VİDEO
Gündəm, Siyasi / 09.02.2023 11:25
Həsrətində olduğum Vətənə qayıtmaq əsas hədəfdir – Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO
Gündəm, Mətbuat, Siyasi, Video müsahibə / 08.02.2023 19:00
“Həyat hekayəsi” – Qərbi Azərbaycan Xronikası – TAM MƏTN
Gündəm, Siyasi / 08.02.2023 17:25
Jurnalistin “Həyat hekayəsi” bu gün Baku Tv-nin efirində – ANONS - VİDEO
Siyasi, Təhlil / 05.02.2023 20:07
Heydər Əliyev – Müasir Azərbaycanın memarı
Siyasi, Təhlil / 04.02.2023 17:35
Azərbaycanın dövlətçilik əsasları sivill inkişafa söykənir – MƏQALƏ
Elm və təhsil, Mədəni / 02.02.2023 13:26
“Ötən illər, itən illər” – Vaqif Kərim yaradıcılığının yeni nümunəsi - FOTO
Gündəm, Siyasi, Təhlil / 31.01.2023 11:00
Yolumuz Qərbi Azərbaycanadır – SÜJET
Gündəm, Maraqlı, Siyasi / 30.01.2023 23:54
“Qatarlarla sərvəti daşınan Qərbi Azərbaycan” - VİDEO
Gündəm / 30.01.2023 19:10
Qərbi Azərbaycan Xronikası – Baku Tv-nin efirində
Elm və təhsil, Müsahibə / 26.01.2023 15:39
İsmayıl Rafiqoğlu: “Abşeron zəfəranı daha keyfiyyətlidir” - FOTO
Hərbi, Mədəni / 16.01.2023 19:12
“Zəfərə gedən yol”
Mədəni / 14.01.2023 11:50
Yerin, göyün bir quşu var, qardaşım…
Gündəm / 13.01.2023 13:05
Ulu Öndər region və dünya üçün önəmli şəxsiyyət idi – Heydər ƏIiyevi səfərlərdə müşayiət etmiş jurnalist xatirələrini danışır
Gündəm / 01.01.2023 00:05
Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciəti
Gündəm / 12.12.2022 08:00
Ulu öndər Heydər Əliyevin vəfatından 19 il ötür
Elm və təhsil, Gündəm / 08.12.2022 20:04
Ələkbər Həsənli – Göyçəmizin göynək yaralı ziyalısı - FOTO
Mədəni / 05.12.2022 16:04
“Sanki Nəsibə Zeynalovanın özü idi…” - FOTO
Elm və təhsil / 04.12.2022 15:11
Şair Nizami Elyanarın “İşğaldan qələbəyə” kitabının təqdimatı olub - FOTO
Siyasi / 04.12.2022 14:50
Müstəqil Azərbaycan dövləti Heydər Əliyevin əməyinin bəhrəsidir – MƏQALƏ