Siyasi 08.05.2020 16:02

Heydər Əliyev Azərbaycana əbədi inkişaf bəxş edib

YAP Qaradağ rayon təşkilatının İdarə Heyətinin və Siyasi Şurasının keçirilən videokonfransında əvvəlcə “Ümummilli lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur” mövzusu ətrafında danışıldı.

Rakus.az xəbər verir ki, təşkilatın sədri, YAP-ın Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov bu barədə danışaraq qeyd etdi ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin fədakar əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycanın dövlətçiliyinin siyasi, iqtisadi əsasları yaradılmış, müstəqil Azərbaycan dünya məkanında öz layiqli yerini tutmuşdur. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlər minilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsidir. Bu mərhələ Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması, milli-mənəvi yüksəliş, hər bir fərdin özünü layiqli vətəndaş olaraq dərk etməsi ilə müasir tariximizə əbədi həkk olunmuşdur.

Azərbaycanın hərtərəfli inkişafı, gələcək tərəqqisi üçün möhkəm əsasların yaradılması zəngin təcrübəyə, böyük istedada, parlaq zəkaya, ali mənəvi keyfiyyətlərə, yüksək siyasi idarəçilik və liderlik qabiliyyətinə, tükənməz enerjiyə malik Heydər Əliyevin sosial-iqtisadi strategiyasının həyata keçirilməsi nəticəsində mümkün olmuşdur.

Qeyd olundu ki, Heydər Əliyev həmişə qurub-yaratmaq, inkişaf etdirmək amalı ilə çalışmış və hansı vəzifədə olmasından asılı olmayaraq dövlət işlərinə sədaqətlə xidmət etmişdir. Onun təşəbbüskarlığı və gərgin əməyinin məhsulu olan Baykal-Amur magistralı, dəmir yolları, körpülər, yol və geniş miqyaslı nəqliyyat qovşaqları, infrastruktur layihələri, mühüm strateji dövlət obyektləri tikilib istifadəyə verilmişdir.
Təşkilatın sədri bildirdi ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu möhtəşəm inkişaf salnaməsi Onun siyasi varisi, yeni güclü lider, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilərək Azərbaycanın inkişaf piramidasının yeni obrazını yaradıblar. Ötən illər ərzində ölkəmiz sürətli iqtisadi tərəqqiyə çatıb, dünyanın ən inkişaf etmiş dövlətlərindən birinə çevrilib, ölkəmizin hər bir vətəndaşı layiqli və ləyaqətli sosial həyat, şəraitlə təmin olunuşdur.

Təşkilatın Siyasi Şurası üzvlərinin fikirləri dinlənildikdən sonra gündəlikdə duran digər məsələ – 3 ərazi partiya təşkilatı üzvlüyə qəbul olundu.

Sonda YAP Qaradağ rayon təşkilatının 2020-ci ilin birinci rübünün hesabatı dinlənildi və qarşıda duran vəzifələr müzakirə olunaraq qəbul edildi.

 

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO