Siyasi 15.06.2019 09:47

Heydər Əliyev Azərbaycanı parçalanmaq təhlükəsindən qurtardı – Akademik

Dahi şəxsiyyət Heydər Əliyevin qədirbilən xalqımız qarşısında ən böyük tarixi xidmətlərindən biri budur ki, doğma torpaqlarımıza yiyələnmək üstündə ən kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etdi, Azərbaycanın varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtardı!

Rakus.az xəbər verir ki, bunu  Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov deyib.

O bildirib ki, 1993-cü ildə Azərbaycanın ənənəvi xarici düşmənləri və onların ölkə daxilindəki əlaltıları dövlətçiliyimizi yox olmaq həddinə çatdırmışdılar. Azərbaycan siyasi bir varlıq kimi Qafqazın xəritəsindən silinmək təhlükəsi qarşısında idi.

Y.Mahmudovun sözlərinə görə, inkarolunmaz həqiqətdir ki, məhz belə bir ağır tarixi şəraitdə, ümidsiz bir vəziyyətdə qalan Azərbaycanın müstəqilliyinə qənim kəsilmiş, xalqımızı tarix boyunca dəfələrlə qan içərisində boğmuş ənənəvi düşmənlərin, onların bitib-tükənməyən məkr, hiylə və ən müasir silahlarının qarşısında məhz Heydər Əliyev şəxsiyyəti duruş gətirə bildi, Heydər Əliyev zəkası qalib gəldi:

“Ötən əsrin 90-cı illərinin əvvəlində ölkə fırtınalı dənizdə sükançısı olmayan gəmiyə bənzəyirdi. Ən qorxulusu o idi ki, əgər vaxtilə bir çağırışa “Azadlıq” meydanına yüz minlərlə və daha çox Vətən övladı toplanırdısa, indi bu fəallıq artıq aradan qalxmışdı. Sanki xalqın mübarizə əzmini qırıb məhv etmişdilər. Xalq ümidsizlik və təlaş içərisində idi. Sabaha inam qalmamışdı. Azərbaycanın xaricdəki düşmənləri daxildəki xəyanətkarlarla birləşmişdilər. Ermənilər isə Azərbaycanın torpaqları hesabına “Böyük Ermənistan” yaratmaq planlarını addım-addım həyata keçirirdilər. Daxilimizdəki satqınlar da Azərbaycanı öz aralarında parçalamağa çalışırdılar. Məsələn, əvvəllər Xalq Cəbhəsinin fəallarından olan birisi Lənkəran bölgəsində “Talış-Muğan Respublikası” yaratdığını elan etmişdi. Xalq Cəbhəsinin, hətta əvvəllər “Milli Qəhrəman” adı verilmiş digər nümayəndəsi isə hakimiyyətə can atırdı. O, xarici düşmənlərimizin buyruğu və köməyi ilə hakimiyyəti zorla ələ keçirməyə çalışırdı. Bu məqsədlə öz “hərbçiləri” ilə Bakı istiqamətində hücuma keçərək Navahı kəndi yaxınlığında düşərgə salmışdı. Burada Əbülfəz Elçibəyin tərəfdarları ilə Surət Hüseynovun dəstələri arasında atışma da baş vermiş, Vətən oğulları bir-birinin qanını axıtmışdılar. Mən bu dəhşətli mənzərənin canlı şahidiyəm. O zaman barışıq yaratmaq üçün bir neçə ziyalı ilə Navahıya getmişdik…

Mən cəbhə bölgələrini qarış-qarış gəzmişəm. Kərkicahanda, Xocalıda, Cəmillidə, Meşəlidə, Köhnəkənddə, Qubadlıda, Laçında gəncləri döyüşə ruhlandıranda hamı bir ağızdan deyirdi ki, bizi bu bəladan, fəlakətdən Heydər Əliyev xilas edəcəkdir, burada vaxt itirməyin, onu hakimiyyətə dəvət edin!”.

Y.Mahmudov qeyd edib ki, bu gün Azərbaycan müstəqil dövlət kimi yaşayırsa, xalqımız Heydər Əliyev kimi qüdrətli bir tarixi şəxsiyyətə minnətdar olmalıdır:

“Bunu o zamanlar da bir ziyalı kimi düşünürdüm. Hələ Naxçıvanda fəaliyyət göstərdiyi dövrlərdə Heydər Əliyev əslində bugünkü Azərbaycanın müstəqilliyinin qorunub saxlanması ideyaları ilə yaşayırdı. O çətin şəraitdə, blokada şəraitində, ona qarşı daxili qüvvələrin törətdiyi qəsd, onu hakimiyyətdən kənar etmək və s. kimi şəraitlərdə Heydər Əliyev təkcə Naxçıvan üçün yox, bütün Azərbaycan üçün düşünürdü. 1992-ci ilin noyabrında Naxçıvanda olub, onunla görüşlərdə iştirak etdim. Ondan sonra 1992-ci ilin dekabrında “Səs” qəzetində ardıcıl çıxış etdim ki, Azərbaycanın gələcəyi Yeni Azərbaycan Partiyası ilə bağlıdır. Yəni o zaman Azərbaycan xalqının müdrikliyinin nəticəsi idi ki, xalqımız o ağır şəraitdə düşünüb-daşınaraq, yeganə düzgün yol seçdi, Heydər Əliyevin hakimiyyətə qayıdışına nail oldu”.

Akademik qeyd edib ki, hələ 1969-cu ildən, yəni Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildiyi vaxtdan Azərbaycanın yüksəlişi onun adı ilə bağlı idi. Azərbaycan o zaman inkişaf etmiş respublikalardan birinə çevrilmişdi: “Heydər Əliyev Azərbaycanı böyük sovet məkanında ən tanınmış respublikaya çevirmiş, dünyada tanıtmışdır. Ona görə də xalqımız düzgün hərəkət edərək, öz nicatını Heydər Əliyevdə gördü və o, xalqın təkidli tələbi ilə Azərbaycanın rəhbərliyinə dəvət olundu”.

Heydər Əliyevin xalq arasında çox böyük nüfuza malik olduğunu deyən Y.Mahmudov qeyd edib ki, 1993-cü ilin iyununda Gəncədə baş verən hadisələrdə artıq qardaş qardaşın qanını tökmüşdü. Lakin Heydər Əliyevin Gəncəyə getməsi ilə sanki son həddə çatmış ehtirasların üzərinə sərin su çiləndi. Ulu öndərin qayıdışı onun böyüklüyünü, xalqına nə qədər bağlı olduğunu sübut edirdi. Çünki bundan bir az əvvəl ömrünün böyük hissəsini Azərbaycana həsr etmiş Heydər Əliyevi bəzi qüvvələr Binə Hava Limanında yerə enməyə, paytaxtda qərar tutmağa qoymamışdırlar:

“Buna görə də onun haqqı çatırdı ki, hakimiyyətə qayıtmaq çağırışlarına müsbət cavab verməsin! Amma o, bunu etmədi! Xalqımıza arxalanan Heydər Əliyev öz qətiyyəti ilə Vətəni 1994-cü ilin oktyabr və 1995-ci ilin mart sınaqlarından da çıxardı, ölkəni çapıb-talayan quldur dəstələrini tərk-silah etdi, Vətənimizdə sabitlik və əmin-amanlıq yaratdı, xalqımızda sabaha inam oyatdı. O zaman xalqımıza məhz bu lazım idi. Bu, o dövrdə, sözün əsl mənasında, çox böyük siyasi hünər idi! Bu gün mən bir ziyalı, bir tarixçi kimi xalqımıza bir daha səslənirəm ki, o zaman Heydər Əliyev müharibə məsələsində düzgün mövqe tutdu. Müdrik bir strateq, bir sərkərdə kimi real vəziyyətlə, tarixi şəraitlə hesablaşdı. Düşmənin və onun beynəlxalq havadarlarının gücünü, planlarını, Azərbaycanın düşdüyü qanlı burulğanın nə qədər təhlükəli olduğunu nəzərə aldı”.

Y.Mahmudov əlavə edib ki, Heydər Əliyev o zaman real vəziyyətdən çıxış edərək atəşkəs rejiminə nail oldu. Bununla da Azərbaycanın gənc, sağlam qüvvələrinin mənasız yerə qırılıb məhv edilməsinin qarşısını aldı – genefondumuzu xilas etdi. Akademik hesab edir ki, bu, Azərbaycan xalqının yaşaması, gələcəyi demək idi. Belə addımı o zaman yalnız Vətənin, xalqın gələcəyini düşünən, bunun üçün bütün varlığı ilə yanan böyük dövlət xadimi ata bilərdi:

“Heydər Əliyevin bir sözü o zaman böyük bir problemin həlli üçün kifayət idi. Biz “Talış-Muğan Respublikası” ilə bağlı hadisələrdə bunu gördük. Bir bəyanat kifayət etdi ki, xalq həmin prosesin qarşısını alsın. Eləcə də şimaldakı problemlər yoluna qoyuldu. Az müddət ərzində ordu quruculuğuna başlanıldı, silahlı dəstələr zərərsizləşdirildi. Mənim xatirimdədir, həmin arada mən Balakən rayonunu, bütün Şimal-Qərbi Azərbaycanı qarış-qarış gəzmişəm. O vaxt bu diyarın dağ yollarında maşınlar quldur dəstələrinin qorxusundan hərəkət etmirdi. Amma Heydər Əliyev hakimiyyətə gələn kimi bunlara son qoyuldu. Yaxud da atəşkəs böyük əhəmiyyətə malik idi. Çünki atəşkəs dövründə biz özümüzə gəlməyə, haqq səsimizi dünyaya çatdırmağa imkan qazandıq. Hansı ki, o vaxta qədər dünya elə bilirdi ki, Dağlıq Qarabağ Ermənistanın ərazisidir və Azərbaycan oranı işğal etmək istəyir. Məhz Heydər Əliyevin gördüyü böyük işlər sayəsində biz ədalətin kimin tərəfində olduğunu bütün dünyaya çatdıra bildik. Yəni Heydər Əliyev kiçik xalqın övladı olsa da, böyük xalqların böyük şəxsiyyətlərindən daha ucada duran dahi idi. Və bu böyük şəxsiyyət olmasaydı, biz həmin bəlalara qalib gələ bilməzdik! Heydər Əliyev Atatürk, Cavahirləl Nehru, Corc Vaşinqton, Bismark, De Qoll kimi məşhur siyasi xadimlərlə bir sırada duran insandır. Hansı ki, məhz bu cür şəxsiyyətlər mənsub olduqları xalqı çıxılmaz böhran anlarından çıxara bilirlər!” (Trend)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO