Siyasi 16.10.2023 10:47

Heydər Əliyev kursunun layiqli davamçısı – Tarix yazan lider

“Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intelektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı vəxalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.” – deyən Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına tarixi müraciətindən sonra ölkəmizin dünya xəritəsindən adının pozulmasının qarşısını alan, xaosvə ziddiyyətli, fəlakətə aparan yoldan işıqlı gələcəyə aparan Heydər Əliyevi sevən xalqımız 2003-cü il oktyabr ayının 15-də keçirilən Prezident seçkisində fəal iştirak edərək öz səslərini İlham Əliyevə vermişlər. İlham Əliyev 76 faizdən çox səs toplayaraq ölkəmizə Prezident seçilmişdir. Bundan sonra Ulu Öndərin siyasi kursunu davam etdirən İlham Əliyev Respublikamızı işıqlı gələcəyə aparmağa başladı.

Bu gün tam əminliklə deyə bilərik ki, Cənab İlham Əliyev Prezidentlik fəaliyyətinin ilk günündən “əsl siyasət konkret, real iş görməkdən ibarətdir,” – tezisini irəli sürərək, ötən müddətdə ona bəslənilən ümidləri doğruldub, cəmiyyətin bütün arzularını gerçəkləşdirməyə çalışmaqla, xalqın maraq və mənafelərinə cavab verən çevik, qətiyyətli qərarlar qəbul edib. Mühüm uğurlara imza ataraq özünü ciddi siyasətçi kimi təsdiqləyib. Beynəlxalq aləmdə böyük nüfuz sahibinə çevrilib. Bir sözlə ötən 20 il ərzində Cənab İlham Əliyev siyasi, sosial-iqtisadi sahələrdə böyük uğurlara imza atmaqla Ulu Öndərin siyasi varisi onun güclü dövlətçilik, Azərbaycançılıq ideologiyasının layiqli daşıyıcısı olduğunu təsdiqlədi. Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən Azərbaycanın sədrliyinin 2023-cü ilin sonuna qədər uzadılması, hərəkata uğurlu şəkildə sədrlik etmənin təsdiqi və yüksək qiymətləndirilməsi onun əməyinin nəticəsidir. Bu 20 ildə Prezident İlham Əliyev qüdrətli Azərbaycan yaratdı. Belə də olmalı idi, çünki hörmətli Prezidentimiz Heydər Əliyev kursunun davamçısıdır.

2003-cü ildə xalqın dəstəyi ilə Prezident seçiləndə Konstitusiyamıza və “Qurani-Kərim”ə and içərək dövlət müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağına söz verən Prezidentimiz İlham Əliyev, Qarabağ fatehi bizlərə “Zəfər” sevinci yaşadaraq dünya Azərbaycanlılarının və Türk dünyasının ürəyində özünə əbədi yer tutdu. 44 günlük müharibədən sonra Müzəffər Ordusu ilə keçirdiyi antiterror əməliyyatı zamanı xalqımızın fədakarlıına, gücünə inanmayan ermənilərə 23 saat 43 dəqiqəyə həyatı başa saldığı üçün tarix yaradan, tarix yazan lider oldu.

Artıq 20 ildir xalqımız Ulu Öndər Heydər Əliyevin özü qədər inandığı İlham Əliyevə inanaraq onun ətrafında sıx birləşmişdir.

Sultanəli Qurbanov – Səbail rayonu YAP –“Ü.Hacıbəyli – 68” ƏPT sədri , ADPU-nun dosenti.

 

XƏBƏR LENTİ
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO