Gündəm 13.04.2020 08:32

Heydər Əliyev Mərkəzi İtaliya bayrağı ilə bəzədilməsi Romada maraq doğurdu

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycanın COVİD-19 virusunun geniş yayıldığı ölkələrlə həmrəyliyinin ifadəsi olaraq Heydər Əliyev Mərkəzinin binası üzərində İtaliyanın bayrağının videoproyeksiyası İtaliya mətbuatında böyük maraqla qarşılanıb.

Rakus.az xəbər verir ki, Heydər Əliyev Fondundan verilən məlumata görə, İtaliyanın nüfuzlu İl Giornale, Askanews, İl Sole 24 Ore, İl Tempo, Libero Quotidiano, Agenzia Nova, Si Viaggia, Today.it, Notizie Tiscali, Quotidiano, Yahoo Finanza, Yahoo Notizie, Notizie Geopolitiche, Virgilio, TPI, Corriere dell’Umbria, Corriere di Siena, Corriere di Arezzo, Corriere di Viterbo, Corriere di Rieti və sair kimi 20-dən çox KİV-i videoçarxla bağlı məlumatlar dərc edib və videoreportajlar yayımlayıblar.

İtaliyanın Telecaprinews və Caprievent televiziya kanallarında efirə çıxan “Occhio sulla città” proqramı da bu mövzu ilə bağlı xüsusi reportaj hazırlayıb. 12 aprel tarixində hər iki kanalda ilk dəfə nümayiş etdirilən bu reportaj 14 və 15 aprel tarixlərində təkrarən göstəriləcək.

Məlumatlarda Cakomo Puççininin “Nessun Dorma”  əsərinin səsləndirildiyi Bakı Media Mərkəzinin video çarxından sonra Heydər Əliyev Fondunun təşəbbüsü ilə 8 aprel tarixində paytaxt Bakıda eyni adlı ariyanın sədaları altında Heydər Əliyev Mərkəzinin İtaliya bayrağının rənglərində işıqlandırılması ilə Azərbaycanın İtaliyaya COVİD-19 virusunun yayılmasına qarşı apardığı mübarizədə öz həmrəyliyini bir daha nümayiş etdirdiyi bildirilib.

Yazılarda Heydər Əliyev Fondunun illərdir Azərbaycan mədəniyyətinin dünyada tanıdılması və beynəlxalq mədəni əməkdaşlıq layihələrinin reallaşdırılması üçün çalışdığı, o cümlədən İtaliya  və Azərbaycan arasında mədəni əməkdaşlıq münasibətlərində xüsusi rola malik olduğu və İtaliyada hər şeydən öncə dərin dostluqla xarakterizə olunan çoxsaylı və mühüm təşəbbüslər həyata keçirdiyi vurğulanıb.

İtaliya bayrağının işıqlandırılması üçün məhz Azərbaycan paytaxtının əsas memarlıq rəmzlərindən biri olan Heydər Əliyev Mərkəzinin seçilməsinin isə mühüm vizual əhəmiyyət daşıdığı və geniş ağ və dalğavarı səthləri olan Heydər Əliyev Mərkəzinin İtaliya bayrağını füsunkarlıqla nümayiş etdirdiyi diqqətə çatdırılıb. Bu təşəbbüsün Azərbaycan və İtaliyanın bir-birinə strateji tərəfdaşlıq münasibətləri ilə yanaşı, səmimi və sıx dostluqla bağlandığını təsdiq etdiyi qeyd olunub.

Məlumatlarda, eləcə də Heydər Əliyev Mərkəzinin layihəsinin müəllifi memar məşhur Zaha Hadid olduğu, həmin memarın Romada yerləşən XXI Əsr İncəsənəti Milli Muzeyinin (MAXXI) də müəllifi olduğu xatırlanıb.

Heydər Əliyev Mərkəzinin binası üzərində İtaliyanın bayrağının videoproyeksiyası ilə bağlı hazırlanmış video çarx sosial media üzərindən İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi, çoxsaylı tanınmış simalar, sadə vətəndaşlar tərəfindən paylaşılaraq Azərbaycanın İtaliya xalqı ilə bu çətin günlərdə həmrəyliyinə görə yüksək qiymətləndirilib.

Video çarxla bağlı İtaliya kütləvi informasiya vasitələrində yayımlanmış məlumatlar və reportajlarla aşağıdakı keçidlərlə tanış olmaq mümkündür:

https://www.ilgiornale.it/news/mondo/azerbaigian-lheydar-aliyev-center-baku-illuminato-tricolore-1852158.html

http://www.askanews.it/video/2020/04/09/lazerbaigian-vicino-a-italia-tricolore-su-heydar-aliyev-center-20200409_video_13375714/

https://stream24.ilsole24ore.com/video/mondo/l-azerbaigian-a-italia-tricolore-heydar-aliyev-center/ADwiCIJ

https://notizie.tiscali.it/feeds/l-azerbaigian-vicino-italia-tricolore-heydar-aliyev-center/

https://video.virgilio.it/guarda-video/lazerbaigian-vicino-a-italia-tricolore-su-heydar-aliyev-center_bc6148327207001

https://tv.iltempo.it/tv-news/2020/04/09/video/l-azerbaigian-vicino-a-italia-tricolore-su-heydar-aliyev-center-1311909/

https://www.liberoquotidiano.it/video/tv-news/21920747/l_azerbaigian_vicino_a_italia_tricolore_su_heydar_aliyev_center.html

https://www.youtube.com/watch?v=Fjw3lYxEO6Q

https://corrieredisiena.corr.it/video/tv-news/1564293/l-azerbaigian-vicino-a-italia-tricolore-su-heydar-aliyev-center.html

https://corrieredellumbria.corr.it/video/tv-news/1564292/l-azerbaigian-vicino-a-italia-tricolore-su-heydar-aliyev-center.html

https://corrierediviterbo.corr.it/video/tv-news/1564296/l-azerbaigian-vicino-a-italia-tricolore-su-heydar-aliyev-center.html

https://corrierediarezzo.corr.it/video/tv-news/1564294/l-azerbaigian-vicino-a-italia-tricolore-su-heydar-aliyev-center.html

https://corrieredirieti.corr.it/video/tv-news/1564295/l-azerbaigian-vicino-a-italia-tricolore-su-heydar-aliyev-center.html

https://www.affaritaliani.it/coffee/video/politica/l-azerbaigian-vicino-a-italia-tricolore-su-heydar-aliyev-center.html

https://video.tpi.it/video/mHZ35xEF/lazerbaigian-vicino-a-italia-tricolore-su-heydar-aliyev-center/

http://siviaggia.it/notizie/fotonotizia/monumenti-mondo-colorano-bandiera-italiana/277892/

https://it.finance.yahoo.com/notizie/il-tricolore-accende-lo-spettacolare-heydar-aliyev-center-083533308.html

http://www.askanews.it/esteri/2020/04/09/il-tricolore-italiano-accende-lo-spettacolare-heydar-aliyev-center-a-baku-pn_20200409_00038/

https://www.notiziegeopolitiche.net/azerbaigian-heydar-aliyev-center-sempre-piu-vicini-allitalia/

https://www.agenzianova.com/a/5e8ed12b6cbd44.24017502/2888244/2020-04-09/azerbaigian-italia-l-heydar-aliyev-center-di-baku-illuminato-col-tricolore

https://it.notizie.yahoo.com/il-tricolore-accende-lo-spettacolare-heydar-aliyev-center-083533308.html

http://www.today.it/video/l_azerbaigian-vicino-a-italia-tricolore-su-heydar-aliyev-center-7yorm.askanews.html

https://www.quotidiano.net/esteri/video/l-azerbaigian-vicino-a-italia-tricolore-su-heydar-aliyev-center-1.5101105

https://youtu.be/mLJIbkMdnWU

https://www.giornalediplomatico.it/Covid-19-Azerbaigian-sempre-piu-vicino-a-Italia-si-tinge-di-tricolore-l-Heydar-Aliyev-Center.htm

https://www.youtube.com/watch?v=noK-G_OQU1Q&feature=youtu.be

https://www.youtube.com/watch?v=EANJieomz2E&feature=youtu.be

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS