Gündəm 26.09.2019 10:53

Heydər Əliyev Mərkəzində Xəlilovun fərdi sərgisi açıldı - FOTO - VİDEO

Xalq rəssamı Fərhad Xəlilovun “Yenidən Bakıda” adlı fərdi sərgisi keçirilir.

Rakus.az xəbər verir ki, sərgi Heydər Əliyev Mərkəzində açılıb. Açılış mərasimindən əvvəl Xalq rəssamı Fərhad Xəlilov çıxış edərək sərgisinin belə bir möhtəşəm mərkəzdə nümayişinə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib. Vurğulayıb ki, bu sərgi onun Bakıda ikinci fərdi sərgisidir. İlk sərgisi on il bundan əvvəl təşkil edilib: “Rusiyada 11 fərdi sərgim açılıb. Bu möhtəşəm mərkəzdə sərgi təşkil etmək böyük məsuliyyət tələb edir. Çünki bura dünyada olan ən böyük, müasir mədəniyyət mərkəzlərindən biridir. Buna görə çox şadam. Sərgidə uşaqlıq, gənclik və müasir dövrdə çəkdiyim əsərlər təqdim edilib. Burada Xocalı faciəsinə həsr etdiyim əsərim də nümayiş olunur. Uzun müddətdir bu mövzu üzərində çalışırdım. Burada istəmişəm ermənilərin vəhşiliklərini dünyaya çatdırım. İnanıram ki, sərgi ziyarətçilər tərəfindən böyük maraqla qarşılanacaq”.

Müasir incəsənət üzrə mütəxəssis, Müasir İncəsənət Dövlət Mərkəzinin bədii rəhbəri, Rusiyanın Ali İqtisad Məktəbinin professoru Leonid Aleksandroviç Bajanov bildirib ki, bu sərgi daha çox gənclərin marağına səbəb olmalıdır: “Çünki son 50 ilin sənətkarları gənc rəssamların diqqətindən kənarda qalıb. Beləliklə, onların əsərlərinin nümayiş etdirilməməsi ilə biz bir çox bədii yaradıcılıq nümunələrini itirmiş oluruq. Şadam ki, bu sərgi geniş şəkildə təqdim olunur. Rəssamın yaradıcılığı irəlidə çox tamaşaçını gözləyir. O, dünya miqyaslı rəssamdır. Bizim tələbələr onun yaradıcılığına böyük maraq göstərirlər və əsərlərini öyrənirlər”.

Rəssam haqqında ancaq onun əsərlərinin danışdığını söyləyən SSRİ Xalq artisti, rejissor, Tbilisidəki Şota Rustaveli adına Dövlət Akademik Teatrının bədii rəhbəri Robert Robertoviç Sturua Xalq rəssamının sərgilərinin dünyanın bir çox ölkələrində uğurla nümayiş olunduğunu diqqətə çatdırıb.

Sonra iştirakçılar sərgi ilə tanış olublar.

Qeyd edək ki, sərgidə rəssamın 60-a yaxın rəsm əsəri nümayiş olunur. Abşeron təbiətinin vurğunu olan rəssamın tablolarında Buzovna, Mərdəkan, Qala mənzərələri xüsusi incəlik və sevgi ilə əks edilib.

Sərgidə Fərhad Xəlilovun “Görüş”, “Xatirə”, “Torpağın naxışları”, “Gözlənilməz baxış” silsiləsindən təqdim edilən rəsmlərində torpağın, dənizin və səmanın vəhdəti hiss olunur.

Sərgi oktyabrın 25-dək davam edəcək.

Heydər Əliyev Mərkəzində Xalq rəssamı Fərhad Xəlilovun fərdi sərgisi açılıb (FOTO/VİDEO)

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO