Hikkəli norveçli müəllimlə bağlı xatirə – “Qarabağ”ın təntənəsi – TƏHLİL
İdman yarışları emosiyaların təntənə yeridir. Bu baxımdan qarşılaşmaları bayram tədbiri də adlandırmaq olar.
Sentyabrın 21-də Ağdamın “Qarabağ” klubu azərbaycanlı futbolsevərlərə Norveç “Molde”si üzərində 1:0 hesablı qələbə ilə gözəl ovqat yaşadıb. Bununla da “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinə qələbə ilə başlayıb.
İdman siyasətə qatılmır. Onu ayrı tuturlar. Hətta diplomatik əlaqəsi olmayan dövlətlərin idmançıları bir-biri ilə qarşılaşır. Məsələn, İsrail idmançıları iranlı həmkarları ilə üz-üzə gəlməkdən heç vaxt imtina etməyiblər. Yaxud Azərbaycan idmançıları da Ermənistandan olan həmkarları ilə daim qarşılaşıblar. Bu görüşlərdə hər iki tərəfdən udan da, uduzan da olur. Məğlub olanda vətəndaşı olduğu ölkədə ona təzyiq və ya təqib edilmir və s.
Yeri gəlmişkən, sentyabrın 21-də Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Serbiyanın paytaxtı Belqradda təşkil olunan lisenziya xarakterli dünya çempionatında Ermənistandan olan Malxas Amonyana qalib gələrək finala yüksəlib və olimpiadaya lisenziya əldə edib. Güləşçi qızıl medal uğrunda qırğızıstanlı Akjol Mahmudovla görüşərək.
İdman yarışı həm də sosial və mədəni hadisəsidir. Norveç klubu da məğlubiyyətə görə ölkəsində təzyiqlə üzləşməyəcək.
Futboldan da danışdıq. Norveçli müəllim təkəbbürlə dedi: “Sizə demokratiyanı da, futbol oynamağı da öyrədərik”. Onun bu iddialı, yekəxana danışığını belə cavablandırdıq: “Bizim işimizə qarışmayın, özümüz yolumuzu tapacağıq”.
Sonradan məlum oldu ki, Norveç “Statoil”un Azərbaycanla bağlı layihəsinin keçməsini istəyirmiş. Bu istəyi təmin olunandan sonra norveçlilərin bütün başqa hikkəli davranışı dayandı.
Xatırladaq ki, vaxtilə İranın keçmiş dövlət başçısı Əli Əkbər Haşimi-Rəfsəncaninin oğlu Mehdi Haşiminin adı Norveçin “Statoil” neft şirkəti ilə qanunsuz müqavilələrin imzalanmasında və 30 milyon dollarlıq korrupsiyada hallanıb. Bu işi “Statoil”un korrupsiya işi” də adlandırırlar. Norveçin hüquq-mühafizə orqanlarının rəsmi ittihamına görə, “Statoil” neft müqavilələrinin imzalanmasını təmin etmək üçün İrandakı mühüm siyasi fiqurlara, habelə o vaxt İran Neft Şirkətində beynəlxalq əlaqələr idarəsinə rəhbərlik edən Mehdi Haşimiyə 15,2 milyon dollar ödəyib. Korrupsiya qalmaqalı 2003-cü il sentyabrın 3-də Norveçin “Dagens Næringsliv” qəzeti tərəfindən ifşa edilmişdi. Bu iş Qərb mediasında səs-küy salsa və “Statoil” Norveç məhkəmələri tərəfindən təqsirli bilinsə də, İran tərəfi M.H.Rəfsəncanini cəzalandırmamışdı.
Həmin hadisələrdən 20 il keçib. O vaxtdan sonra Norveç futbol üzrə dünya çempionatının final mərhələsinin iştirakçısı olmayıb. Sosial ədalət baxımından dünyanın ən təminatlı dövlətlərindən sayılsa da, təəssüf ki, Anders Berinq Breyvik adlı terrorçu da bu ölkənin vətəndaşıdır. Onun 2011-ci il iyulun 22-də Norveçin paytaxtı Osloda bomba partlayışı və hakimiyyətdəki Əmək Partiyasının Ütöya adasında təşkil etdiyi gənclər düşərgəsində törətdiyi terror nəticəsində 77 nəfər ölmüş, 97 nəfər yaralanmışdı. Nə qədər təzadlı sayılsa da, bu, Norveç demokratiyasının törəməsi idi.
Azərbaycan isə ötən 20 ildə torpaqlarını işğaldan azad edib. İşğaldan azad edilən, ermənilərin dağıtdığı şəhər və kəndlər abadlaşır, yenidən qurulur. Azərbaycanla Ermənistan arasında birbaşa, kənar müdaxilə olmadan görüşlər keçirilir. Müdaxilə olmadan yol tapılır.
Azərbaycan da Norveç kimi futbol üzrə dünya çempionu olmayıb. Hansısa nüfuzlu turnirin final mərhələsinə yüksəlməyib. Ancaq bu da olacaq. Çünki 20 il əvvəl Norveçin klubunu məğlub etmək mümkün deyildi. İndi isə bunu kənar müdaxilə olmadan, yerli baş məşqçinin rəhbərliyi altında bacarırıq. Odur ki, bir-birinin işlərinə müdaxilə cəmiyyətlərin inkişafına heç də həmişə yardım etmir. ATƏT-in keçmiş Minsk qrupunun 30 illik fəaliyyəti kimi. Cəmiyyət təbii inkişafı ilə daha böyük uğur əldə edir. Tərəqqi yoluna mane olan ünsürlərin aradan qaldırılmasının isə bütövlükdə qlobal önəmi var. Təkəbbür, hikkə və yekəxanalıq qıcıq yaradır, etibarın üzərinə kölgə salır. Norveçə də həmişə örnək olmağı arzulayaq…
Sədrəddin Soltan – “Report”