Siyasi 17.10.2020 17:59

Hikmət Hacıyev: Düşmən qorxaqlığının qisasını xaincəsinə mülki insanlardan alır

Əziz Gəncə sakinləri, mən, ilk növbədə, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın başsağlığını çatdırmaq istərdim. Allah şəhidlərimizə rəhmət eləsin. Yaralananların tezliklə şəfa tapmasını diləyirik. Mənfur düşmənlə üz-üzəyik. O düşmən ki, döyüş meydanında zəifliyinin, qorxaqlığının qisasını xaincəsinə mülki insanlardan alır.

Rakus.az xəbər verir ki, AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri Məhərrəm Əli oğlu xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncədə yerli sakinlərlə görüşdə söyləyib.

Hikmət Hacıyev deyib: “Bir həftə bundan əvvəl, ondan əvvəlki günlərdə də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə xain hücum keçirilmişdir. Onlar bu məqsədlə raketlərdən, ilk növbədə, “Skad” raketindən istifadə edirlər. Bu dəfə də böyük dağıdıcı gücə malik olan “Skad” raketindən istifadə olundu.

Mənfur düşmən dinc azərbaycanlı sakinlər arasında qırğın törətmək istəyir. O cümlədən Gəncə sakinləri arasında təşviş yaratmaq istəyir. Amma onlar məqsədlərinə heç vaxt nail ola bilməyəcəklər. Azərbaycan xalqının bu gün qəti bir əzmi var: Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan torpaqları işğaldan azad edilsin”.

Prezidentin köməkçisi bildirib ki, düşmən bu mənfur cinayətlərini gizlətmək, beynəlxalq ictimaiyyəti aldatmaq üçün yalan məlumatlar, dezinformasiya yaymaqdadır.

“Təşəkkür edirik ki, Azərbaycan Respublikasında akkreditə olunan səfirlər, səfirliklərin əməkdaşları, beynəlxalq təşkilatların nümayəndələri, hərbi attaşelər Gəncədədirlər. Onlar bizimlə birlikdə gəldilər və Gəncə faciəsi, Ermənistan silahlı qüvvələrinin xaincəsinə, alçaqcasına, şərəfsizcəsinə törətdiyi bu cinayətlə yerində tanış oldular. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, biz bir həftə bundan əvvəl də Gəncədəydik. Yenə də faciəli bir hadisə baş vermişdi. İndi biz yenə də növbəti faciə ilə əlaqədar Gəncəyə gəlmişik. Beynəlxalq ictimaiyyətin gözü qarşısında bu kimi iyrənc, şərəfsiz hücumun baş verməsinin bir daha şahidi oluruq. Xarici diplomatlar bu barbarlığı görürlər və öz ölkələrinə bu barədə məlumat verəcəklər. Gəncədə bu hücum nəticəsində əziyyət çəkmiş, həyatını itirmiş insanların ah-naləsi yerdə qalmayacaq. Çox təəssüflə qeyd edək ki, erməni terroru qurbanlarının arasında hətta azyaşlı uşaqlar da var. Bir daha Uca Allahdan onlara rəhmət diləyirik”, – Hikmət Hacıyev qeyd edib.

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri bildirib ki, beynəlxalq media nümayəndələri də Gəncədədirlər və Azərbaycanın haqq səsi bütün beynəlxalq ictimaiyyətə çatdırılmalıdır.

“Gəncə sakinləri həmişə möhkəm olub, dövlətçiliyimizin yanında dayanıblar. Bu Vətən müharibəmizdə Gəncənin də şəhidləri var. Gəncə, eləcə də Azərbaycanın digər şəhərləri – Tərtər, Bərdə, Ağcabədi, Beyləqan və Ağdamın kəndləri, hamısı düşmənin artilleriya zərbələrinə baxmayaraq, mətncəsinə, qəhrəmancasına öz əzmlərini nümayiş etdirirlər. Bu gün Ali Baş Komandan tərəfindən hər birimizin 27 il gözlədiyimiz növbəti gözəl bir xəbər çatdırıldı. Bu, Füzuli şəhərinin işğaldan azad edilməsi idi. Düşmən məhz bu kimi məğlubiyyətlərinin əvəzini mülki insanlardan çıxır”, – o əlavə edib.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO