Prezidentin köməkçisi Hikmət Hacıyev Ermənistanın törətdiklərinə görə cəzasız qalmasının onu daha da hərbi cinayətlərə təhrik etdiyini deyib.
Rakus.az xəbər verir ki, o, bu barədə özünün “Twitter”də paylaşım edib.
Hikmət Hacıyev bildirib ki, Ermənistanın dövlət səviyyəsində terror siyasəti davam edir:
“Humanitar atəşkəsdən sui-istifadə edərək Ermənistan Gəncənin sıx məskunlaşmış yaşayış hissəsini atəşə tutdu. Ermənistan dayandırılmalıdır”.
Armenia’s state level policy of terror continues. Impunity of Armenia encourages it for further war crimes and military crimes. Misusing humanitarian truce Armenia indiscriminately fired densely populated residential part Ganja. #Armenia must be stopped. #GanjaStrong pic.twitter.com/8YeZ1RQDmn
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 11, 2020