“Azərbaycanın igid oğlu – əsgər Solntsev Dmitri Aleksandroviç torpaqlarımızın Ermənistan işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə həlak olub”.
Rakus.az xəbər verir ki, bu sözləri “Twitter” səhifəsində Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev yazıb.
“25 yaşında idi. Etnik rus kimi çoxmədəniyyətli Azərbaycanın qürurlu vətəndaşı idi.
Ruhun şad olsun, əziz Dmitri! Allah rəhmət eləsin!”, – H.Hacıyev bildirib.