Siyasi 18.10.2020 18:18

Hikmət Hacıyevin “Al Jazeera” kanalına müsahibəsi - FOTO

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın son təxribatları, xüsusilə Gəncə şəhərinə raket hücumu ilə bağlı “Al Jazeera” televiziya kanalına müsahibə verib.

AZƏRTAC müsahibəni təqdim edir.

– Ermənistan bildirir ki, onların raketlərinin Gəncə şəhərini vurmaq üçün lazımi uçuş məsafəsi yoxdur. Bu barədə nə deyə bilərsiniz?

– Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən bunun təkzib edilməsi qeyri-əxlaqi təfəkkürün məhsuludur. Ermənistan silahlı qüvvələri Azərbaycanın ən böyük şəhərlərinə və oktyabrın 4-dən isə Gəncə şəhərinə raket hücumu həyata keçirir.

İlk dəfə deyil ki, ermənilər Azərbaycanın mülki əhalisinə qarşı qəsdən belə hücumlar törədirlər. Onlar bir vaxtlar Səddam Hüseynin mülki şəxslərə qarşı istifadə etdiyi SCUD taktiki ballistik raketlərindən istifadə edirlər. Ermənilər məhz gecə saat 1 radələrində insanların yatdığı zaman Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəni və xüsusilə də şəhərin əhalinin sıx məskunlaşdığı ərazisini amansız şəkildə raket atəşinə tutublar. Ermənistanın bu raket hücumlarını həyata keçirməkdə yeganə məqsədi mülki insanlar arasında təşviş və çaxnaşma yaratmaq, bacardıqca çoxlu mülki şəxsləri qətlə yetirməkdir.

– Bir neçə saat əvvəl Azərbaycan Stepanakerti atəşə tutub.

– Bu, tamamilə yalandır. Əvvəla, həmin şəhərin adı Xankəndidir və ermənilər onun adını dəyişiblər. İkincisi, Azərbaycan Prezidenti xalqa müraciətində də bir daha vurğulayıb ki, Azərbaycan mülki şəxsləri hədəfə almır və onlara qarşı vuruşmur. Bu da Ermənistan ilə Azərbaycan arasındakı fərqdir. Azərbaycan yalnız legitim hərbi hədəflərə qarşı silah və raketlərdən atəş açır. Gəncənin raket atəşinə tutulması Ermənistanın məhz SCUD taktiki ballistik raketlərdən mülki şəxslərə qarşı istifadə etməsinin əyani təsdiqidir. Bu hücum nəticəsində 13 mülki şəxs qətlə yetirilib, 40 nəfərdən çox insan yaralanıb. Həmin hücumdan bir həftə əvvəl ermənilərin Gəncəyə raket hücumu nəticəsində isə 11 mülki şəxs həlak olmuş və 30-dan çox insan yaralanmışdı. Bütün bu hücumlar qəsdən törədilmiş vandalizm və terrorizm aktı, o cümlədən müharibə cinayəti hesab edilir. Ermənistanın hərbi-siyasi rəhbərliyi bu cinayətə görə tam məsuliyyət daşıyır.

– Bu münaqişənin dayandırılması üçün beynəlxalq səylər göstərilirmi? Yəni, bu münaqişə bu cür davam edə bilməz. Bu barədə nə düşünürsünüz?

– Azərbaycan və Ermənistan arasında humanitar atəşkəs razılaşması əldə olunub. Amma Ermənistan bilərəkdən razılaşmanın şərtlərini kobud şəkildə pozur. Bu razılaşma əldə olunduqdan dərhal sonra Ermənistan SCUD raketi ilə Gəncəyə hücum həyata keçirdi və yenidən mülki əhalini hədəfə aldı. Həmçinin Gəncə şəhəri coğrafi cəhətdən döyüş zonasından kənarda yerləşir. Bu şəhəri, xüsusilə də heç bir hərbi obyektin yerləşmədiyi həmin ərazini raket atəşinə tutmaq vandalizm aktıdır. Bütün bunlara görə Ermənistanın növbəti atəşkəs razılaşmasından sonra da atəş açmayacağına necə inana bilərik?

Dünya birliyinin Ermənistanın qeyri-qanuni fəaliyyətinə və törətdiyi hərbi cinayətlərə qarşı susqunluq nümayiş etdirməsi və bu hadisələri kəskin şəkildə pisləməməsi Ermənistanın özünü cəzasızlıq şəraitində hiss etməsinə rəvac verir. Biz beynəlxalq ictimaiyyəti Ermənistanın bu hərəkətlərini kəskin şəkildə pisləməyə və onun belə təxribatlar törətməkdən çəkindirməyə, həmçinin bu işğala son qoymasını tələb etməyə çağırırıq. Ermənistan regionda sabitliyə və təhlükəsizliyə yeganə ciddi təhdid olaraq qalır.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO