İqtisadi 05.11.2019 12:54

HP hökumətə FŞ-nın yaradılmasını tövsiyyə etdi

Hesablama Palatası büdcə qanunvericiliyi ilə bağlı hökumətə bir sıra tövsiyyələr verib.

Rakus.az xəbər verir ki, həmin tövsiyyələr aşağıdakılardır?

– Büdcə şəffaflığının artırılması və hesabatlılığın yüksəldilməsi, büdcənin tərtibinin mütərəqqi metodologiyaya uyğunlaşdırılması və beynəlxalq reytinq hesabatlarında ölkəmizin mövqeyinin möhkəmləndirilməsi məqsədilə büdcə qanunvericiliyi sahəsində yeni normativ-hüquqi aktların hazırlanması;

– Növbəti ilin dövlət büdcəsi ilə bağlı nəzərdə tutulmuş əsas hədəf və göstəricilərə nail olmasının, tərtib edilən proqnozların əsaslılğının və makroiqtisadi göstəricilərə uyğunluğunun ədalətli qiymətləndirilməsinə şərait yaradan məlumat və izahatların “Büdcə zərfi”nə daxil edilməsi;

– Dövlət büdcəsində nəzərdə tutulmayan xərclər, habelə dövlət və yerli əhəmiyyətli tədbirlərin həyata keçirilməsi, həmçinin ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edən müvafiq tədbirlərin maliyyələşdirilməsi məqsədilə “Büdcə sistemi haqqında” qanuna müvafiq qaydada ehtiyat fondların proqnozlaşdırıldığını nəzərə alaraq, dövlət büdcəsinin xərclərində ilin əvvəlində bölüşdürülməyən xərclər, xüsusilə birdəfəlik təyinatlı xərclər anlayışının və istifadə istiqamətlərinin, həmçinin dövlət büdcəsinin ümumi xərclərinə münasibətdə hədlərinin normativ-hüquqi aktlarda müəyyən edilməsi;

– Büdcə qaydasının orta və uzunmüddətli makroiqtisadi dayanıqlığı, maliyyə və borc intizamını təmin edən büdcə siyasətinin həyata keçirilməsi üçün makroiqtisadi və büdcə göstəricilərindən ibarət çərçivə olaraq müəyyən edildiyini nəzərə alaraq normativhüquqi aktlarda bu qaydalarda neft, məzənnə, zaman amillərinin nəzərə alınması ilə bağlı təkmilləşdirmələri nəzərdə tutan dəyişikliklərin olunması;

– Dövlət büdcəsi gəlirlərinin hesabatlılığında şəffaflığın daha da artırılması, o cümlədən gəlirlərin inzibati təsnifat üzrə hesabatlılığının genişləndirilməsi məqsədilə Nazirlər Kabinetinin 11 oktyabr 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş büdcə gəlirlərinin təsnifatına dövlət büdcəsi gəlirlərinin yığılmasını təmin edən bütün inzibati qurumların adlarını və inzibati təsnifat kodlarını əks etdirən bölmənin də əlavə olunması;

– Vergi orqanları xətti ilə yığılan gəlirlər üzrə dövlət büdcəsinə təmin olunan daxilolmaların, yaranan borc və artıqödəmə məbləğlərinin tərkibində dövlət mülkiyyətində olan müəssisələrin xüsusi çəkisinin əhəmiyyətli səviyyədə olmasını nəzərə alaraq Nazirlər Kabinetinin 30 dekabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Gəlirlər və xərclər smetaların hazırlanmalı, təsdiq edilməli və icrası üzrə monitorinq aparılmalı olan iri dövlət şirkətlərinin Siyahısı”nda göstərilən müəssisələrin smetalarının layihələrinin və sərbəst mənfəətinin istifadəsi istiqamətləri barədə məlumatların növbəti ilin dövlət büdcəsinin layihəsi ilə birgə təqdim edilməsi ilə bağlı qanunvericiliyə müvafiq əlavələrin edilməsi;

– Dövlət vəsaitlərinin tam olaraq əhatə edilməsinin və mövcud resurslar barədə məlumatların əlçatanlığının təmin olunması məqsədilə Toplu Maliyyə Balansında dövlət büdcəsindən maliyyələşən təşkilatlar, publik hüquqi şəxslər, dövlət müəssisələri və özəl müəssisələr barədə məlumatların cəm şəklində deyil, ayrı-ayrılıqda təqdim edilməsi;

– Dövlət büdcəsindən publik hüquqi şəxslərə ayrılacaq vəsaitlərin məbləğinin müəyyənləşdirilməsi üçün dövlət sifarişləri əsasında göstəriləcək xidmətlərə əsaslanan maliyyələşmə mexanizmlərinin hazırlanmasını və bu qurumların büdcəsinin dövlət nəzarət orqanı ilə (məsələn, Nazirlər Kabineti) razılaşdırılması ilə bağlı qanunvericiliyə əlavələrin edilməsi;

– Dövlət büdcəsindən kifayət qədər maliyyə resursları aldıqlarına və vergi güzəştlərindən istifadə etdiklərinə əsaslanaraq dövlətin yaratdığı publik hüquqi şəxslərin gəlir və xərcləri barədə məlumatların ayrı-ayrılıqda olmaqla növbəti ilin büdcə layihəsi ilə birgə təqdim edilən məlumatlara əlavə edilməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi;

– Dövlət büdcəsinin layihəsində və dövlət büdcəsinin icrası barədə Hesabatlarda məqsədli proqram və tədbirlərə ayrılan vəsaitlərin ayrıca göstərilməsi, Proqramların icrası barədə hesabatların keyfiyyətliliyinin yüksəldiməsi və kənarlaşmalar barədə məlumatın təqdim edilməsi ilə bağlı qanunvericiliyə müvafiq əlavələrin edilməsi;

– Ölkədə gedən fiskal islahatların dinamikliyini nəzərə alaraq, beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin daha yaxşılaşdırılması və alternativ makroiqtisadi, o cümlədən, büdcə parametrlərinin (o cümlədən, fiskal risklərin) geniş təhlili və qiymətləndirilməsi işinin təkmilləşdirilməsi məqsədilə – fiskal şuranın (Fiscal Council) yaradılması.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO