Siyasi 12.05.2020 09:34

Hümbət Hüseynov: “Bu cür yanaşma bələdiyyələrin fəaliyyətinə zərbədir”

Bu günlərdə millət vəkili Razi Nurullayev bələdiyyələrin fəaliyyətini sərt tənqid edərək 1999-2009-cu illərdə bələdiyyəyə seçilənlərin torpaqları satdıqlarını, onların fəaliyyətinin yoxlanmalı olduğunu bildirib, hətta daha irəli gedərək “ciddi həbslərə” səsləyib.

Rakus.az xəbər verir ki, məsələyə münasibət  bildirən Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədri, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov deyib:

“Bələdiyyələrin fəaliyyətinə bu cür yanaşma yanlışdır. Mən də 2009-cu ildən bələdiyyədə təmsil olunuram. O illərdən mənim kimi bələdiyyə institutunda çalışan, bu sahəni mənimsəyən və təhlil edə bilən onlarla, yüzlərlə peşəkarlar var. O illərdə çalışanların hamısının həbs olunmasına çağırış 20 illik fəaliyyəti dövrlərə bölmək, parçalanma yaratmaqdır, bütövlükdə bələdiyyələrin fəaliyyətinə zərbədir.

Millət vəkili soruşur: “Bələdiyyələr elan edir ki, bu işləri daxili vəsait hesabına edirik. Daxili vəsait nə deməkdir?” Düşünürəm ki, əvvəla, bir seçkili orqanın nümayəndəsinin digər seçkili orqanın nümayəndələrinin fəaliyyəti haqqında bəsit bilgilərə malik olmaqla hər hansı fikir yürütməsi ən azı qeyri-peşəkarlıqdır. Maraqlıdır, “bələdiyyələrin daxili vəsaiti nə deməkdir?” bilməyən, bələdiyyə büdcəsinin necə formalaşması haqqında təsəvvürü olmayan Razi müəllim,  bələdiyyələrin ümumi fəaliyyəti haqqında necə fikir yürüdə bilər? Digər tərəfdən bu çıxış bütövlükdə bələdiyyələrin 20 illik fəaliyyətinə kölgə salmaq deməkdir. Bəli, qüsur və nöqsanlar var və bu, zaman-zaman səslənib. Eləcə də bələdiyyələr öz fəaliyyətlərində dönüş yaratmağa çalışır. Ötən 20 il müddətində bələdiyyələrin fəaliyyəti formalaşma, daha sonra isə təkmilləşmə mərhələlərini keçib. Bir sıra işlər görülüb və görülür. Amma bələdiyyələrin hamısını rüşvətdə təqsirləndirmək təkcə bələdiyyə üzvlərinin deyil, eləcə də çoxsaylı bələdiyyə qulluqçularının insan hüquqlarının pozulmasıdır”.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO