Siyasi 05.11.2025 16:09

Hümbət Hüseynov: “ELDA-nın məqsədi vətəndaş iştirakını dayanıqlı prosesə çevirməkdir”

Azərbaycanın yerli və regional hakimiyyət orqanlarını təmsil edən milli nümayəndə heyətinin üzvü, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov Fransanın Strasburq şəhərində keçirilmiş Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 49-cu plenar iclasında iştirak edib.

Rakus.az xəbər verir ki,  o, iclasda müzakirə olunan məsələlər, xüsusilə Avropa Yerli Demokratiya Həftəsi ilə bağlı aparılan islahatlar barədə Belediyye.infoya məlumat verib. H.Hüseynov bildirib ki, 2007-ci ildən bu günədək həyata keçirilən “Yerli Demokratiya Həftəsi” təşəbbüsü Avropa ölkələrində vətəndaşlarla yerli və regional hakimiyyət orqanları arasında körpü yaradaraq minlərlə tədbir vasitəsilə dialoqa, şəffaflığa və fəal iştiraka töhfə verib. 29 oktyabr 2025-ci il tarixində keçirilmiş sessiyada isə Konqres Avropa Yerli Demokratiya Həftəsinin (ELDW) islahatını qəbul edib.

Onun sözlərinə görə, bundan sonra “Yerli Demokratiya Həftəsi” yeni ad, format və məzmunla fəaliyyət göstərəcək. Layihə artıq “Avropa Yerli Demokratiya Fəaliyyəti” (ELDA) adlanır və məqsədi vətəndaş iştirakını ilboyu davam edən dayanıqlı prosesə çevirməkdir. Yeni tematik struktur, “ELDA” Mükafatı və beynəlxalq əməkdaşlıq imkanları sayəsində bələdiyyələr üçün daha geniş perspektivlər açılacaq.

Assosiasiya sədri vurğulayıb ki, Azərbaycanda hər il keçirilən “Yerli Demokratiya Həftəsi” çərçivəsində bələdiyyələrdə açıq qapı günləri, dəyirmi masalar, sosial və idman tədbirləri, iməciliklər, plakat aksiyaları təşkil olunub, informasiya guşələri və bələdiyyə poçtu qutuları yaradılıb, fəal sakinlər təltif edilib: “Bu fəaliyyətlər vətəndaş iştirakını, şəffaflığı və yerli özünüidarəetmədə sosial məsuliyyəti gücləndirməyə yönəlib. Yeni mərhələdə Yerli Demokratiya artıq təkcə bir həftəlik tədbir deyil, vətəndaşlarla onların nümayəndələrini hər gün birləşdirən davamlı və canlı proses kimi təqdim olunacaq. Bu islahat Avropa Şurasının Baş katibi Alen Bersenin “Avropa üçün Yeni Demokratik Pakt” çağırışı ilə səsləşir və yerli səviyyədə etimadın, şəffaflığın və vətəndaş iştirakının gücləndirilməsinə xidmət edəcək. Yeni formatın tətbiqinə 2026-cı ilin əvvəlindən başlanacaq və bu, Avropa miqyasında vətəndaş iştirakına yeni mərhələ açacaq”.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 05.11.2025 16:09
Hümbət Hüseynov: “ELDA-nın məqsədi vətəndaş iştirakını dayanıqlı prosesə çevirməkdir”
Elm və təhsil / 05.11.2025 14:31
“Hayların saxtalaşdırdığı Şuşanik dastanı” – ANONS
Siyasi, Sosial / 04.11.2025 23:09
Bayburd, Bəydağ, Baydarçay – türk tarixinin izi - VİDEO
Müsahibə, Təhlil / 04.11.2025 18:57
“Azərbaycanın bütün enerji layihələri regional sabitliyə yönəlib ” - FOTO - VİDEO
Elm və təhsil / 04.11.2025 16:04
Əli Hüseynli: “Elm və texnologiyanın sintezi – innovativ inkişafın əsasıdır”
Siyasi / 04.11.2025 15:00
V əsrdən mövcudolan türk yurdu – ANONS - VİDEO
Mətbuat / 04.11.2025 14:06
“AnewZ” 1 yaşını qeyd edir
Müsahibə, Siyasi / 04.11.2025 13:22
“Misirdə imzalanan sənəd çox “kövrəkdir” – ANONS - FOTO
İdman / 04.11.2025 09:25
Xatirə Turniri başa çatır: final matçı və bombardirlər CƏDVƏLİ
Müsahibə, Video müsahibə / 03.11.2025 22:56
“Tarixi abidələr sübut edir ki, Dərələyəzin köklü sakinləri azərbaycanlılardır” - VİDEO
Mədəni, Siyasi / 01.11.2025 23:11
“1937 repressiyaları və irəvanlı ziyalıların faciəsi” - VİDEO
Siyasi, Sosial / 31.10.2025 23:34
“Ermənilər dedilər ki, getməlisiniz, bura bizimdir” - FOTO - VİDEO
Siyasi, Sosial / 31.10.2025 14:22
“İti üstümüzə qısqırdırdılar” – Müzəffər Qəhrəmanovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Mətbuat / 31.10.2025 11:22
İqtisadiyyat.az 7 yaşını qeyd edir
Təhlil / 30.10.2025 23:44
“Seçkidən sonra Qərbi Azərbaycana qayıdışa strat verilə bilər” - VİDEO
Siyasi / 30.10.2025 14:42
Ermənistan bazarına daxil oluruq – ANONS - VİDEO
Elm və təhsil / 29.10.2025 23:51
“Ararat adının kökü Arar və Urar mələkləri ilə bağlıdır” - VİDEO
Elm və təhsil / 29.10.2025 14:45
Qaraçılarla ermənilər niyə oxşardır? – ANONS - VİDEO
İdman / 29.10.2025 09:33
Turnirin YARIMFİNAL oyunları – yaddaqalan anlar və fotokadrlar - FOTO
Siyasi, Sosial / 28.10.2025 23:14
Bayandur, Bayandur bulağı – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 28.10.2025 19:09
“Ermənistan azərbaycanlıların geri qayıtmasının qaçılmazlığını anlayır” - FOTO - VİDEO
Sosial / 28.10.2025 14:46
Bayandurdan Vağatura – saxta erməni planı – ANONS - VİDEO
Müsahibə / 28.10.2025 13:22
Qərbi Azərbaycan – Vahid Vətənin tərkib hissəsi – ANONS - VİDEO
İdman / 28.10.2025 08:22
Xatirə Turnirinin YARIMFİNAL mənzərəsi - FOTO
Müsahibə / 27.10.2025 22:32
“Andranik ermənilərə yazdığı məktubda özünü ifşa edib” - VİDEO
Mətbuat / 27.10.2025 12:22
On bir yaşlı “Report”: Yeni nəsil jurnalistlərin ünvanı