Siyasi 27.12.2019 12:20

İcmanın idarə heyəti hesabat verdi

Dekabrın 27-də “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin idarə heyətinin ilin yekunları ilə bağlı iclası keçirilib.

Rakus.az xəbər verir ki, Dağlıq Qarabağın Azərbaycan icmasının sədri Tural Gəncəliyev rəhbərlik etdiyi qurumun 2019-cu ildəki fəaliyyəti və həyata keçirilən layihələrlə bağlı geniş məlumat verib.

İcma sədri ötən müddət ərzində görülən işlərin səmərəli olduğunu diqqətə çatdırıb. Bildirib ki, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin yeni idarə heyətinin formalaşmasından bir il ötür. Vurğulayıb ki, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması beynəlxalq əlaqələri, analitik-informasiya sahəsini, ictimaiyyətlə və media qurumları ilə əlaqələri, sosial şəbəkələrdə fəaliyyəti, ölkədaxili tədbirlərdə iştirakı və digər bu kimi vacib məsələləri diqqətdə saxlayıb.

Qeyd edilib ki, beynəlxalq təşkilatların nümayəndələri ilə mütəmadi görüşlərin keçirilməsi, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının müxtəlif məsələlərlə bağlı mövqeyinin bu qurumların təmsilçilərinin diqqətinə çatdırılması əsas məqsədlərdən olub. Bu baxımdan, ATƏT-in sədri Miroslav Layçakın rəhbərlik etdiyi nümayəndə heyəti, ATƏT-in Minsk qrupunun həmsədrləri, üzvü olan digər ölkələrin, Azərbaycanda fəaliyyət göstərən səfirləri ilə, həmçinin Avropa İttifaqının, Avropa Şurası, BMT, Qızıl Aypara Komitəsinin Bakı ofislərində keçirilən görüşlər xüsusi əhəmiyyətə malikdir.

Tural Gəncəliyev sosial şəbəkələrdə fəaliyyətin, ictimaiyyət, xüsusilə gənclər və media qurumları ilə əlaqələrin qurulmasının, xarici ölkələrin mətbuatına icma üzvlərinin müsahibələrinin əhəmiyyətini vurğulayıb.

Sonra İdarə Heyətinin üzvləri Əli Həsənov, Fərhad Bədəlbəyli, Elçin Əhmədov və başqaları cari il ərzində görülən işlərlə bağlı fikirlərini bölüşüblər. Vurğulanıb ki, Azərbaycan tərəfi hər zaman Ermənistan-Azərbaycan münaqişəsinin qarşılıqlı anlaşma və sülh yolu ilə həllinin tərəfdarı olub. (Azərtac)

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO