İdman 05.07.2019 19:41

II Avropa Oyunlarını işıqlandırmış jurnalistlər mükafatlandırıldı - FOTO

Azərbaycan Gənclər və İdman Nazirliyində II Avropa Oyunlarını Belarusun paytaxtı Minskdən işıqlandırmış jurnalistlərlə görüş keçirilib.

Rakus.az xəbər verir ki, tədbirdə Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov və mətbuat katibi Səmayə Məmmədova iştirak ediblər.

S.Məmmədova bildirib ki, Nazirliyin və KİV-lərin özlərinin dəstəyi ilə bir qrup aparıcı nəşr əməkdaşları Minskdə bir ailə kimi tədbirdə iştirak edərək

Oyunları işıqlandırıblar.

İ.İsmayılov nazir Azad Rəhimovun adından jurnalistlərə təşəkkürünü bildirərək ölkədə idmana göstərilən diqqət və qayğıdan bəhs edib. O, ilk Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq buna Avropa Olimpiya Oyunları adının verilməsini daha məqsədəuyğun saydığını bildirib.

Nazir müavini idmançıların uğurlarının təbliğatında jurnalistlərin rolunu da vurğulayıb: “82 idmançıya 28 medal çox böyük uğurdur. Amma bu, arxayınlıq yaratmamalıdır. Tokio olimpiadası Avropa Oyunları kimi olmayacaq”.

Ardınca Minskə Gənclər və İdman Nazirliyinin xətti ilə yollanan jurnalistlər Azad Rəhimovun qərarı ilə mükafatlandırılıblar. Fəxri fərmanlar alanlar sırasında “Report”un əməkdaşı Elşən Məmmədov da var. O, “Minsk 2019 II Avropa Oyunları”nın işıqlandırılmasında göstərdiyi peşəkarlığa görə təltif edilib.

Sonda jurnalistlər yarışla bağlı təəssüratlarını bölüşüblər.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO