İkinci turun açılışı, epizodlar, qollar, növbəti oyunlar – CƏDVƏL - VİDEO
Zəfər Günü (8 Noyabr) münasibətilə şəhid jurnalist Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə keçirilən həvəskar komandalardan ibarət Ənənəvi Futbol Turniri davam edir,
Rakus.az xəbər verir ki, oktyabrın 16-da turnirin 2-ci turu keçirilib, A və B qrupü üzrə iki görüş baş tutub.
Meydana ilk olaraq “Ada Təpə” və “Media” komandaları çıxıb. Böyük maraq doğuran bu qarşılaşmada “Ada Təpə” 2:1 qələbə qazanıb.
“Göyçə” – “Sadaxlı” oyunu da gərgin keçib. Baxımlı futbol nümayiş etdirən komandalar sahədən sülhlə ayrılıblar. Qapılara 2 qol vurulub və qalib müəyyənləşməyib – 1:1.
Oyunlarda ən yaxşı oyunçu “Ada Təpə”dən Zaur Hüseynov, “Göyçədən”dən Xamis Hacıyev, “Sadaxlı”dan isə Nurlan Aşırov seçiliblər.
B qrupu
“Ada Təpə” – “Media” – 2:1
Qollar: İsa İsayev, Şükür Məmmədalıyev – Rüstəm Abdullayev
A Qrupu
“Göyçə” – “Sadaxlı” – 1:1
Qollar: Əfqan Əliyev, Nurlan Aşırov
Hazırda bombardirlik siyahısına 4 qolla Rüstəm Abdullayev başçılıq edir. Elmin Əlizadə (2) – Emin İmaməliyev (2), Samir Əliyev (2), Qasım Məmmədov (1), Emin Qasımov (1), Əsgər İbrahimov (1), Əfqan Əliyev (1), İsa İsayev (1), Şükür Məmmədalıyev (1), Nihad Vəliyev (1), Nurlan Aşırov (1) qol vurub.
Növbəti oyunlar həftənin bazar günü keçiriləcək.
23 Oktyabr
III tur
B qrupu
09:30
“Novoivanovka” – “Ada Təpə”
A qrupu
10:30 “Ardanış” – “Göyçə”
30 oktyabr
Yarımfinal
09:30 A1 – B2
10:30 B1 – A2
6 noyabr
09:30 III yer uğrunda görüş
11:00 Final
Xatırladaq ki, turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, Məhərrəm və Siracın timsalında şəhid olan igidlərin öz peşələrindən əlavə, idmana olan marağını gənclərə aşılamaq, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir. Ənənəvi Futbol Turnirində 6 komanda – “Ardanış”, “Göyçə”, “Sadaxlı”, “Ada Təpə”, “Novoivanovka” və “Media” mübarizə aparır.