Gündəm 03.12.2019 19:00

İlham Əliyev Bakıda Haulin Jaonu qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Haulin Jaonu qəbul edib.

Rakus.az xəbər verir ki, görüşdən məmnunluğunu ifadə edən Baş katib Haulin JAO dedi: “Siz mənim indiyədək dünyada ən çox görüşdüyüm Prezidentsiniz. “Bakutel” sərgisi hər il keçirilən tədbirdir. Bu il 25-ci ildönümünü qeyd edir”.

Prezident İlham Əliyev: Bəli, doğrudur.

Haulin Jao: Həmçinin bu, indiyədək ən çox ziyarət etdiyim tədbirdir.

Prezident İlham Əliyev: Bu, bizim əməkdaşlığımızın yaxşı göstəricisidir və Azərbaycanın İKT sektorunun inkişafına verdiyi önəmi əks etdirir. Əlbəttə, sizin şəxsən sərgidə iştirakınız çox vacibdir. Çünki bu, Beynəlxalq Telekommunikasiya İttifaqı üçün tədbirin əhəmiyyətli olduğunu göstərir. Biz, həmçinin bunu sözügedən sektorda gördüyümüz işlərə verilən qiymətin göstəricisi hesab edirik. Qeyd etdiyiniz kimi, bu, 25-ci sərgidir. İldən-ilə marağın artdığını görürük. Əslində, bu sərgi zamanı cari ildə əldə etdiyimiz nailiyyətlər barədə də danışa bilərik. Düşünürəm ki, biz İKT sektorunda çox yaxşı inkişafa nail olmuşuq və bu sektor bizim ölkənin əsas prioritetlərindən biri olaraq qalır. Çünki o, çoxlu yeni ideyalar yaradır, yeni texnologiyalar gətirir, ölkəmizi müasirləşdirməyə yardım edir.

Azərbaycan hazırda çox aktiv islahatlar mərhələsindədir. Struktur islahatları, siyasi inkişafla, şəffaflıqla bağlı islahatlar. Biz çox yaxşı nəticələr görürük. Azərbaycan çox sabit ölkədir və əhalinin böyük əksəriyyəti siyasətimizi dəstəkləyir. Bu, güclü siyasi iradənin nümayişinə, həmçinin iqtisadi və sosial həyatdakı böyük nailiyyətlərə əsaslanır. Cari il də bu baxımdan çox nəzərəçarpan olub. İnsanların gündəlik həyat şəraitinin yaxşılaşdırılması, sosial proqramların həyata keçirilməsi, maaş və təqaüdlərin artırılması – bütün bunların hamısı, təbii ki, bizim inkişafımızın göstəricisidir. Əlbəttə, iqtisadiyyatın əsas aparıcı qüvvəsi kimi İKT sektoru da qarşıdan gələn illərdə çox vacib rol oynayacaq. Bu sektorun inkişafı bizə islahatlarda daha çox səmərə əldə etməyə kömək edəcək. Təbii ki, bizim ölkəmizə göstərdiyiniz diqqətə görə sizə şəxsən təşəkkür etmək istəyirəm. Şadam ki, hər il bu sərgidə bizi ziyarət edirsiniz. Bunun sayəsində biz çox səmərəli əməkdaşlıq qura bilmişik. Beləliklə, mən sizə minnətdaram və Bakıda xoş vaxt keçirməyinizi arzu edirəm.

Haulin Jao: Çox sağ olun, cənab Prezident. Bəli, doğrudan da mən Azərbaycanda İKT-nin sürətlə inkişaf etdiyini görürəm. Bütün digər ekosistemləri əhatə etmək üçün çoxlu yeni İKT tətbiqləri artıq var və onlar bütün ekosistemlər üzrə geniş yayılıb. Təkcə bu il “Bakutel”də nəinki daha çoxsaylı ölkələrin iştirak etdiyini, həmçinin çoxlu yeni məhsulları və yeni tətbiqləri görürəm. Məsələn, mən sərgidə gördüm ki, “məlumatların böyük həcmi” haqqında geniş söhbət gedirdi, süni intellekt məhsulları haqqında çoxlu danışdılar. Bunlar bir-birindən fərqlənir. Həmçinin bu gün buraya gəlməzdən əvvəl mən gənclərin hazırladıqları stendlərlə tanış oldum. Onlarla müəyyən ünsiyyətim oldu və bu uşaqların çox istedadlı olduqlarını aşkar etdim.

Sonda xatirə şəkli çəkdirildi.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS