Siyasi 15.05.2025 22:54

Ermənistanın qanunvericilik, icra və məhkəmə orqanlarında Azərbaycan dili işlənəcək - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb. 

Rakus.az xəbər verir ki, “Ermənistan mediasında Qərbi Azərbaycanla bağlı sensasiya doğuran məqalə” adlı süjetdə  Zəngəzur məsələsindən və azərbaycanlıların doğma yurda qayıdış reallığından bəhs olunur.

Bildirilir ki, Ermənistanın “Past” nəşrinin yazdığına görə, Prezident İlham Əliyev Ermənistan Baş naziri Nikol Paşinyana azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı ilə bağlı konkret və təfərrüatlı layihə təqdim edib: “Bu layihənin yaxın zamanda həyata keçirilməsi nəzərdə tutulur. Ermənistan hakimiyyəti gizlətməyə çalışsa da, azərbaycanlıların qayıdışı danışıqların ən mühüm bəndlərindən biridir. İndi, bu, zarafat kimi səslənə bilər, lakin zamanla zarafat olmadığını anlayacağıq. Artıq dövlət liderlərinin masası üzərində sənədlər var və azərbaycanlıların qayıdışı ilə bağlı Paşinyana təqdim edilən təklif yox, konkret və təfərrüatlı layihədir. Bu layihənin yaxın zamanda həyata keçirilməsi nəzərdə tutulur. Ermənistan hakimiyyəti bu məsələ ilə bağlı minimal bəyanatlar verir. Prezident İlham Əliyevin israrla Qərbi Azərbaycandan danışması, 300 min insanın qayıdışından bəhs etməsi təsadüfi deyil və bu, qayıdış Ermənistanın süqutu deməkdir”.

Məqalədə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına, azərbaycanlıların qayıdışı proqramının Bakının əsas hədəfi olduğuna nümunə kimi Prezident İlham Əliyevin 2024-cü ilin dekabrında “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransında səsləndirdiyi fikirlərə, eləcə də  Zəngəzurda planlaşdırılan addımlarla da toxunulur: “Həm dəhliz açılacaq, həm də burada xarici qüvvələr tərəfindən qorunan azərbaycanlıların yaşadığı böyük eksklav yaradılacaq. Bu ərazilər yalnız sözdə “Ermənistan” adlandırılacaq. Lakin məsələ təkcə Zəngəzurla məhdudlaşmayacaq. Azərbaycanlılar tarixi torpaqları hesab etdikləri digər ərazilərdə də kompakt şəkildə yaşayacaqlar. Azərbaycanın bu planı Ermənistan hakimiyyəti tərəfindən həyata keçiriləcək. Paşinyanın hazırda əsas problemi Ermənistan cəmiyyətini bütün bunların zəruriliyinə inandırmaqdır. Hətta Ermənistanın qanunvericilik, icra və məhkəmə orqanlarında Azərbaycan dili işlənəcək”.

Sonda vurğulanır ki, Ermənistan mediasında sensasiya sayılacaq bu məqalənin dərc edilməsi təsdiqləyir ki, artıq erməni ictimaiyyətinə azərbaycanlıların tarixi torpaqlarına qayıdacağı ilə bağlı müəyyən məqamlar bəllidir və bu, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının reallaşacağı günün uzaqda olmadığını da təsdiqləyir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında mayın 15-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 15.05.2025 22:54
Ermənistanın qanunvericilik, icra və məhkəmə orqanlarında Azərbaycan dili işlənəcək - VİDEO
Siyasi, Təhlil / 15.05.2025 14:22
“Zəngəzurda böyük eksklav yaradılacaq?” – ANONS - VİDEO
Siyasi, Sosial / 14.05.2025 22:23
Nadir şaha görə ərini öldürüb, qalanı təhvil verən erməni qadını - VİDEO
Siyasi, Sosial / 14.05.2025 13:37
Tumanyanın fahişə diplomatiyası – ANONS - VİDEO
Mədəni / 14.05.2025 09:22
Bakıda “Muğam” Televiziya Müsabiqəsinə start verilib - FOTO - VİDEO
Siyasi, Sosial / 13.05.2025 22:57
Axsu, Axtaxana, Axtacul, Axund Buzovand, Axura – türk tarixinin izi - VİDEO
Elm və təhsil, Müsahibə, Video müsahibə / 13.05.2025 18:53
“İrəvan erməniləri Qarabağ ermənilərini niyə bəyənmirlər?” - VİDEO
Siyasi, Sosial / 13.05.2025 14:51
Hayların ölü kəndə çevirdiyi məkan – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Video müsahibə / 13.05.2025 13:22
Qarabağ erməniləri qıpçaq albanların törəməsidir – ANONS - FOTO - VİDEO
Müsahibə, Mədəni / 12.05.2025 22:56
“Mirzə Qədim İrəvanini təbliğ etmək Qərbi Azərbaycanı yaşatmaqdır” - VİDEO
İdman / 11.05.2025 17:09
Turan Nəbiyev 13 yaşlılar arasında birinci olub - FOTO
Elm və təhsil / 10.05.2025 22:15
“Sufizm türk şamanizmindən yaranıb” - VİDEO
Siyasi, Sosial / 09.05.2025 22:32
“Heydər Əliyev Moskvada vəzifəyə seçiləndə ermənilər çaxnaşmaya düşmüşdülər” - FOTO - VİDEO
Siyasi, Sosial / 09.05.2025 13:22
“Quş olub kəndimizə uçmaq istəyirəm” – Kifayət Nəzərovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi / 09.05.2025 11:22
Babamın “qara kağızı”… Əsgər Əlioğlu - FOTO
Siyasi, Təhlil / 08.05.2025 22:14
Paşinyanın babasının iştirak etdiyi erməni legionunu Qərbi Azərbaycanla nə bağlayır? - VİDEO
Siyasi / 08.05.2025 14:09
Njdenin Zəngəzurda abidəsi söküləcək – ANONS - VİDEO
Sosial / 07.05.2025 22:56
“İranlılar Ermənistana sərxoş olmağa, qızlara görə gəlirlər” - VİDEO
Sosial / 07.05.2025 14:22
İrəvanda nə qaldı? – ANONS - VİDEO
Siyasi, Sosial / 06.05.2025 22:36
Axta, Axtala – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 06.05.2025 18:51
“Ermənistan fürsətdən istifadə edib Azərbaycanın uzatdığı əli qəbul etməlidir” - VİDEO
Siyasi, Sosial / 06.05.2025 14:31
Padarların saldığı oğuz yurdu – ANONS - VİDEO
Müsahibə, Siyasi / 06.05.2025 13:16
“Ermənistan sülhə qarşı gedə bilməz” – ANONS
Siyasi, Video müsahibə / 05.05.2025 22:53
“Moskva elitası ermənilərin himayədarına çevrilmişdi” - VİDEO
Elm və təhsil, Mədəni / 03.05.2025 22:36
“Türklər tarixi işarələrlə qayalara, xalçalara həkk edirdilər” - VİDEO
Siyasi, Sosial / 02.05.2025 22:20
“Sovet əsgərləri ermənilərin hərəkətlərinə göz yumurdu” - FOTO - VİDEO