Gündəm 18.08.2020 14:47

YENİLƏNDİ: İlham Əliyev səfirin etimadnaməsini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 18-də Özbəkistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanovun etimadnaməsini qəbul edib.

Rakus.az xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Prezident İlham Əliyev ölkələrimiz arasındakı ikitərəfli əlaqələrin və əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edib. Ölkələrimiz arasında fəal siyasi dialoqun aparıldığını vurğulayan Prezident İlham Əliyev Azərbaycanın Özbəkistanla beynəlxalq təşkilatlar, o cümlədən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində yaxından əməkdaşlıq etdiyini bildirib. Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin 2019-cu ilin oktyabrında Bakıda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammitində iştirakının əməkdaşlığımızın inkişafına mühüm töhfə verdiyini qeyd edib. Prezident İlham Əliyev bu səfər çərçivəsində Özbəkistan dövlətinin başçısı ilə iqtisadiyyat, ticarət, nəqliyyat-logistika, kənd təsərrüfatı, o cümlədən pambıqçılıq və digər sahələrdə də əməkdaşlığa dair səmərəli müzakirələrin aparıldığını vurğulayıb.

Koronavirus pandemiyası ilə əlaqədar Özbəkistana nəzərdə tutulmuş səfərinin təxirə salındığını qeyd edən Prezident İlham Əliyev epidemioloji vəziyyət imkan verən kimi qardaş Özbəkistana səfər edəcəyini bildirib.

Prezident İlham Əliyev bu il iyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın Azərbaycana qarşı növbəti təcavüzü ilə əlaqədar İslam Əməkdaşlıq Təşkilatı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində müvafiq bəyanatların qəbul edilməsinə üzv dövlət olaraq Özbəkistanın verdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Dövlət başçısı digər sahələrlə bərabər, nəqliyyat-logistika sahəsində ölkələrimiz arasında əməkdaşlıqda yaxşı nəticələrin əldə olunduğunu qeyd edib.

Ölkələrimiz arasında əməkdaşlığın xalqlarımızın qardaşlıq əlaqələrinə əsaslandığını qeyd edən Prezident İlham Əliyev Özbəkistanla münasibətlərin bütün sahələrdə inkişafı üçün yaxşı perspektivlərin olduğunu vurğulayıb.

Səfir Bahrom Aşrafxanov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ən səmimi salamlarını və xoş arzularını Prezident İlham Əliyevə çatdırıb. Keçən ilin oktyabrında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilmiş sammitində Özbəkistan Prezidentinin iştirakının və bu çərçivədə dövlət başçıları səviyyəsində görüşlərin ikitərəfli əlaqələrimizin inkişafına mühüm təkan verdiyini qeyd edib.

Səfir eyni zamanda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə böyük uğur qazandığını və digər ölkələr üçün örnək olduğunu vurğulayaraq Özbəkistanın Azərbaycanın qabaqcıl təcrübəsindən bəhrələndiyini, “ASAN xidmət” nümunəsində ölkəsində Dövlət Xidmətləri üzrə Agentliyin yaradıldığını bildirib.

Ölkələrimiz arasında yaxşı münasibətlərin olduğunu qeyd edən səfir Özbəkistanın Azərbaycanla ticari-iqtisadi əlaqələrin inkişafına böyük önəm verdiyini və Azərbaycanın bu sahədə MDB məkanında Özbəkistan üçün strateji tərəfdaş olduğunu deyib. Eyni zamanda səfir kənd təsərrüfatı, xüsusilə də fındıqçılıq və narçılıq sahələrində Azərbaycanın təcrübəsinin Özbəkistan üçün maraqlı olduğunu bildirib.

Səfir koronavirus pandemiyası ilə bağlı karantin tədbirlərinin yaxın vaxtlarda sona çatacağına və Azərbaycan Respublikası Prezidentinin Özbəkistana səfər edəcəyinə ümidvar olduğunu ifadə edib. Bu səfərin əməkdaşlığımızın genişlənməsi və dərinləşməsinə yeni bir təkan verəcəyinə əminliyini bildirib. Səfir Özbəkistanın Azərbaycanla nəqliyyat-logistika sahəsində əməkdaşlığa, Xəzər dənizi vasitəsilə Azərbaycanı və Mərkəzi Asiya ölkələrini birləşdirən nəqliyyat dəhlizinə və Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb.

Bahrom Aşrafxanov Özbəkistanın Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini daim dəstəklədiyini vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünə göstərdiyi birmənalı dəstəyinə görə Özbəkistana təşəkkürünü bildirib.

Dövlət başçısı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını və ən xoş arzularını Özbəkistanın Prezidentinə çatdırmağı xahiş edib.

11:30
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 18-də Özbəkistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Baxrom Aşrafxanovun etimadnaməsini qəbul edib.

Rakus.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO