Gündəm 16.03.2019 11:38

İlham Əliyev Səudiyyə Ərəbistanından nazir qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 16-da Səudiyyə Ərəbistanı Krallığının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falihi qəbul edib.

Rakus.az xəbər verir ki, dövlətimizin başçısı Bakıda “OPEC plus” ölkələrinin işində iştirak etdiyinə görə Xalid Əbdüləziz Əl Falihə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev Azərbaycanın neftin sənaye üsulu ilə istehsalın vətəni olduğunu vurğulayaraq, bu tədbirin Bakıda keçirilməsinin xüsusi məna daşıdığını qeyd edib. Dövlətimizin başçısı “OPEC plus” formatında əməkdaşlığın dünyada neftin qiymətinin balanslaşdırılmasında mühüm rol oynadığını vurğulayıb.

Nazir Xalid Əbdüləziz Əl Falih, ilk növbədə, İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun salamlarını dövlətimizin başçısına çatdırıb. O, Azərbaycanın “OPEC plus” formatında fəal iştirak etdiyini bildirərək ölkəmizdə tədbir iştirakçılarına göstərilən qonaqpərvərliyi yüksək qiymətləndirib. Xalid Əbdüləziz Əl Falih Prezident İlham Əliyevin “OPEC plus” formatının yaradılmasında liderlik rolunu yüksək dəyərləndirərək bu formatda Azərbaycanın çox fəal iştirakçı olduğunu qeyd edib. İkitərəfli münasibətlərə toxunan Xalid Əbdüləziz Əl Falih ölkəsinin Azərbaycanı ərazi bütövlüyünün və təcavüz nəticəsində pozulmuş suverenliyinin bərpası işinə tam sadiq olduğunu vurğulayıb. O qeyd etdi ki, Azərbaycanın möhkəmlənməsi, iqtisadi inkişafı və iqtisadiyyatının şaxələndirilməsi istiqamətində gedən işlər Səudiyyə Ərəbistanında böyük maraqla izlənilir. Xalid Əbdüləziz Əl Falih bu həftə Səudiyyə Ərəbistan Krallığından Azərbaycana gələn nümayəndə heyətlərinin Azərbaycan hökuməti və biznesinin nümayəndələri ilə məhsuldar görüşlər keçirdiyini vurğulayıb.

Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun salamlarına görə təşəkkürünü bildirib, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına çatdırmağı xahiş edib.

Ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın ədalətli mövqeyinə Səudiyyə Ərəbistanı Krallığının göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndirib və bunu dostluq münasibətlərinin təzahürü kimi dəyərləndirib. İki ölkə arasında siyasi sahədə əlaqələrin inkişafından məmnunluğunu ifadə edən Prezident İlham Əliyev Azərbaycanda və Səudiyyə Ərəbistan Krallığında hazırda iqtisadiyyatın şaxələndirilməsi üzrə böyük işlərin həyata keçirdiyini qeyd edib və bunun iqtisadi əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı imkanlar yaratdığını deyib. Dövlətimizin başçısı Səudiyyə Ərəbistan Krallığından Azərbaycana gələn turistlərin sayının artdığını qeyd edərək, bunun ölkələrimizin və xalqlarımızın bir-birinə daha da yaxınlaşması işinə xidmət etdiyini vurğulayıb. Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev qeyd edib ki, Səudiyyə Ərəbistan Krallığından Azərbaycana gələn insanlar xalqımızın qonaqpərvərliyinin və dostluq münasibətinin şahidi olurlar.

Görüşdə Azərbaycanla Səudiyyə Ərəbistan Krallığı arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində uğurla inkişaf etdiyi bildirilib, Səudiyyə Ərəbistanı Krallığının “Saudi Aramco” şirkətinin Bakıda ofisinin açılması yüksək qiymətləndirilib, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.


13:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 16-da Səudiyyə Ərəbistanı Krallığının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falihi qəbul edib.

Rakus.az-ın xəbərinə görə, bu barədə AZƏRTAC məlumat yayıb.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO