İlham Əliyev: “Əfsuslar olsun ki, “Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı” – YENİLƏNİB - FOTO
“Əfsuslar olsun ki, “Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı”.
Rakus.az xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.
Səylərimizin nəticəsi olaraq 18 ölkənin bu qanlı faciəni soyqırımı kimi tanıdığını xatırladan dövlətimizin başçısı qeyd edib:
“Ancaq bu ölkələrin arasında böyük dövlətlərin adları yoxdur. Beynəlxalq təşkilatlar, onların bir çoxu bu faciəyə biganə qalıb”.
14:14
Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı şəhərində Xocalı soyqırımı memorialının təməlini qoyub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb və onlarla birlikdə şəhərdə aparılan tikinti işləri ilə tanış olub.
Rakus.az xəbər verir ki, bu barədə President.az məlumat yayıb.
Sonra dövlətimizin başçısı və Xocalı rayon ictimaiyyətinin nümayəndələri Xankəndi şəhərində olublar.
13:14
Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı rayonunda Xocalı soyqırımı memorialının təməlini qoyub və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Rakus.az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.