İdman 11.06.2019 03:01

İlk oyun günündə 12 görüş keçirildi - FOTO - VİDEO

Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində IV tura start verilib.

Rakus.az xəbər verir ki, turun ilk oyun günündə 5 qrupda 12 görüş keçirilib.

Gecənin sensasiyası A qrupunda qeydə alınıb. UEFA Millətlər Liqasında Azərbaycanla eyni qrupdan qalib kimi çıxmağı bacaran Kosovo bu dəfə səfərdə Bolqarıstan üzərində əzmkar qələbəyə imza atıb – 3:2. Bernar Şallandın baş məşqçi olduğu komanda hazırda qrupda məğlubedilməzdir. Qrupun digər oyununda Çexiya Monteneqronu darmadağın edib – 3:0.

B qrupunda Ukrayna yığması bu dəfə gözlənilməz nəticələrə imza atan Lüksemburqa çətinliklə qalib gəlib – 1:0. Serbiya isə ötən tur Ukraynaya 0:5 hesablı məğlubiyyətin əvəzini Litvanı darmadağın etməklə çıxıb.

D qrupunda Danimarka Gürcüstanı darmadağın edib – 5:1. İrlandiya isə Cəbəllütariqi 2 cavabsız topla məğlubiyyətə uğradıb.

F qrupunda İspaniya ardıcıl dördüncü qələbəsini İsveç üzərində böyük hesabla qazanıb – 3:0. Rumıniya səfərdə Maltanı 4:0 hesabı ilə darmadağın edibsə, Farer adaları evdə Norveçə uduzub – 0:2.

G qrupundakı hər 3 oyunda darmadağın qeydə alınıb. Polşa evdə İsraili 4:0, Sloveniya səfərdə Latviyanı 5:0, Avstriya isə Makedoniyanı 4:1 hesabı ilə yenib.

AVRO-2020, IV tur

10 iyun

A qrupu

22:45. Çexiya – Monteneqro – 3:0

Qol: Yakub Yankto, 18. Boris Kopitoviç, 49 (öz qapısına). Patrik Şik, 82

22:45. Bolqarıstan – Kosovo – 2:3

Qollar: İvelin Popov, 43. Kristian Dimitrov, 55 – Milot Raşitsa, 14. Vedat Muriqi, 64. Elbasan Raşani, 90+3

Xal durumu: İngiltərə – 6 (2 oyuna), Çexiya – 6 (3), Kosovo – 5 (3), Monteneqro – 2 (4), Bolqarıstan – 2 (4).

B qrupu

22:45. Ukrayna – Lüksemburq – 1:0

Qol: Roman Yaremçuk, 6

22:45. Serbiya – Litva – 4:1

Qollar: Aleksandar Mitroviç, 20; 34. Luka Yoviç, 35. Adem Lyayiç, 90+2 – Arvidas Novikovas, 71 (penalti ilə)

Xal durumu: Ukrayna – 10 (4 oyuna), Lüksemburq – 4 (4), Serbiya – 4 (3), Portuqaliya – 2 (2), Litva – 1 (3)

D qrupu

22:45. İrlandiya – Cəbəllütariq – 2:0

Qollar: Roy Çipolina, 29 (öz qapısına). Robbi Bredi, 90+3

22:45. Danimarka – Gürcüstan – 5:1

Qollar: Kasper Dolberq, 14; 63. Kristian Eriksen, 30 (penalti ilə). Yussuf Poulsen, 73. Martin Braytveyt, 90+3 – Saba Lobjanidze, 25

Xal durumu: İrlandiya – 10 (4 oyuna), Danimarka – 5 (3), İsveçrə – 4 (2), Gürcüstan – 3 (4), Cəbəllütariq – 0 (3).

F qrupu

22:45. İspaniya – İsveç – 3:0

Qollar: Serxio Ramos, 64 (penalti ilə). Alvaro Morata, 85 (penalti ilə). Mikel Oyarsabal, 87

22:45. Malta – Rumıniya – 0:4

Qollar: George Puşkaş, 7; 29. Aleksandru Kipçu, 34. Dennis Man, 90+1

Qırmızı vərəqə: Aleksandru Kipçu, 81 (Rumıniya)

22:45. Farer adaları – Norveç – 0:2

Qollar: Byorn Yonsen, 49; 84

Xal durumu: İspaniya – 12, İsveç – 7, Rumıniya – 7, Norveç – 5, Malta – 3, Farer adaları – 0.

G qrupu

22:45. Polşa – İsrail – 4:0

Qollar: Kşiştof Pyontek, 35. Robert Levandovski, 56 (penalti ilə). Kamil Qrositski, 59. Damian Kondzyor, 84

22:45. Latviya – Sloveniya – 0:5

Qollar: Domen Çrniqoy, 24; 27. Yosip İliçiç, 29 (penalti ilə); 44. Mixa Zayts, 47

22:45. Makedoniya – Avstriya – 1:4

Qollar: Martin Hinteregger, 18 (öz qapısına) – Valentino Lazaro, 39. Marko Arnautoviç, 62 (penalti ilə); 82. Konrad Laymer, 86

Xal durumu: Polşa – 12, İsrail – 7, Avstriya – 6, Sloveniya – 5, Makedoniya – 4, Latviya – 0.

(report.az)

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS