İlk həftənin mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO

Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi, eləcə də Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə sentyabrın 27-dən noyabrın 8-dək keçirilən şəhid jurnalistlərin xatirəsinə həvəskar komandalardan ibarət 4-cü Ənənəvi Minifutbol Turniri davam edir.
Rakus.az xəbər verir ki, ötən şənbə günü açılış mərasimindən sonra A və B qrupunda 2 qarşılaşma baş tutub. Meydana ilk olaraq “Real TV” və “Baku WS” komandaları çıxıb. Görüş televiziya təmsilçilərininin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
27 Sentyabr
I tur
A qrupu
19:00 “Real TV” – “Baku WS” – 2:1
Qollar: Bəkir Osmanov, Elçin Yusibov
Orxan Hüseynov
xxx
Günün 2-ci qarşılaşmasında “AZtv” “AZƏRTAC” ilə oynayıb və agentlik təmsilçilərinin qapısından 6 cavabsız top keçirib.
B qrupu
20:00 “AzTV” – “AZƏRTAC” – 6:0
Qollar: Mahir Qafarov 3, İbrahim Məmmədov, Sadiq Nağıyev, Cavidan Şükürov
Saat 19:00-da və 20:00-da başlayan oyunları AFFA-nın hakimləri Mahir Məmmədov və Vüsal Balaşov idarə ediblər.
xxx
Sentyabrın 28-də – bazar günü C və D qrupu üzrə 2 qarşılaşma baş tutub. Sahəyə ilk olaraq “Dəmir Yumruq” və “Zəfər 44” komandaları çıxıb. Hesab 5:3 birincilərin xeyrinə başa çatıb.
28 Sentyabr
I tur
C qrupu
22:00 “Dəmir Yumruq” – “Zəfər 44″ – 5:3
Qollar: Səhman Xasıyev 2, Elçin Cuvarov 2, İlqar Xələfli
Ramin Mikayılov 2, Babək Əliyev
Qırmızı kart – Şah Xasıyev, Emin Qasımov – (“Dəmir Yumruq”)
Sarı kart – Samir Həsənov – (“Dəmir Yumruq”)
Sonra “İctimai TV” ilə “Veteranlar” qarşılaşıblar. Gərgin mübarizə şəraitində keçən görüşdə 3:3 hesablı nəticə qeydə alınıb.
D qrupu
23:00 “İctimai TV” – “Veteranlar” – 3:3
Qollar: Elmir Məlikov 3
Ramiz Vəliyev 2, Əsgər İbrahimov
Sarı kart Natiq Vəliyev – (“Veteranlar”)
Saat 22:00-da və 23:00-da başlayan oyunları AFFA-nın hakimləri İmran Məhərrəmov və Elgün Hüseynov idarə ediblər.
xxx
Növbəti oyunlar həftənin oktyabrın 4-5-də – şənbə bazar günü keçiriləcək.
4 oktyabr
A qrupu 22:00 – APA – Baku WS
B qrupu 23:00 – Baku TV – AZƏRTAC
5 oktyabr
C qrupu 22:00 – Yurd Media – “Zəfər 44”
D qrupu 23:00 – “Vətən” – “Veteranlar”